Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib .....                        Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub .....                        "Şah İsmayıl Xətainin heykəli götürüləcək” - Mais Ağayev .....                        Pirallahı qəsəbəsinin baş planı hazırlanıb .....                        "İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü .....                        İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub .....                        Türkiyədəki zəlzələnin Azərbaycana təsirinin olub - olmamasıyla bağlı açıqlama .....                        Qızıl Xaç Komitəsi azərbaycanlı girovlarla bağlı müraciətə cavab verib .....                        Bu günə 42 dərəcə isti gözlənilir .....                       
Tarix : 19-09-2016, 14:04
Dərbəndli azərbaycanlıları referendumunda iştirak edəcək

Dərbəndli azərbaycanlılari milli maraqlarımızın müdafiəçiləri kimi ümumxalq referendumunda iştirak edəcək və səs verəcəklər
Sentyabrın 17-də Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyi Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsində ictimai birliyin üzvlərinin fəal iştrak edəcəyi barəsində iclas keçirib.

Tədbir “Dərbənd” Xeyriyyə İctimai Birliyi üzvlərinin təbrik edilməsi ilə başlayıb. Məlumat verilib ki, “Dərbənd” xeyriyyə cəmiyyəti 2016-cı il 21 iyul tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “Dərbənd” xeyriyyə ictimai birliyi yeni adı ilə qeydiyyata alınmışdir və birliyin Nizamnaməsi 3-cü redaksiyada təsdiq edilmişdir. Qeyd olunub ki, birliyin üzvlərinin fəaliyyəti nəticəsində Azərbaycan və Dağıstan Respublikasında yaşayan həmvətənlərimiz arasında əlaqələr daha möhkəmlənəcək və bu işdə ictimai birliyin üzvlərinə uğurlar azru edilib.

Sonra “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, tarix elmləri doktoru Nurulla Əliyev tədbirdə geniş məruzə ilə çıxış edib. Nurulla Əliyev bildirib ki, sentyabrın 3-dən Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi ilə əlaqədar referendumqabağı təşviqat başlamışdır.
Dərbəndli azərbaycanlıları referendumunda iştirak edəcək

N.Əliyev çıxışında qeyd edib ki, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır.

Məruzəçi çıxışında onu da vurğulayıb ki, sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar bu proses artıq sentyabrın 3-də başlanmış və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına iki dəfə dəyişiklik edilib. Bu, 2002 və 2003-cü illərdə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə üçüncü dəyişikliyin edilməsi üçün Referendum Aktı layihəsi təqdim olundu. Qonşu dövlətlərdə də mövcud reallıqlardan çıxış edərək konstitusiyada dəyişikliklər ediblər. Əslində, cəmiyyətdən gələn sosial sifarişlər bunu zəruri edir.

Məruzəçi çıxışında açıqlayaraq qeyd etdi ki, bu ilin oktyabr ayında Azərbaycanda ölkə müstəqilliyinin 25-ci ili qeyd olunacaq. Bu müddətdə Azərbaycan xeyli inkişaf edib. Qeyd olunub ki, 2016-cı il islahatlar ili elan edilmişdir. Dəyişikliklər dövlət orqanlarının fəaliyyətlərini daha da təkmilləşdirilməsinə xidmət edir. Demokratik ölkələrdə insanları səsvermə prosesinə hazırlamaq ciddi məsələdir. Bu məsələdə dövlət orqanlarının və içtimai birliklərin rolu böyükdür.

Nurulla Əliyev bildirib ki, referendumun təşviqat prosesində içtimai birliklərin rolu Azərbaycan Respublikasının Konstitusiyasında, qanunlarda və Mərkəzi Seçki Komissiyasının təlimatlarında əksini tapmışdır. “Dərbənd” Xeyriyyə İctimai Birliyin üzvləri də qanun çərçivəsində fəaliyyət göstərməlidir.

Dərbəndli azərbaycanlılar bütün dövrlərdə dövlətçiliyimizin qorunmasında, ölkəmizin təhlükəsizlik və milli məsələlərində fəal rol oynadığını vurğulayıb.

Qeyd olunub ki, dünyada baş verən arzuolunmaz proseslər hamımızın gözü önündədir. Hər gün qanlar axıdılır, dinc insanlar qətlə yetirilir. Ancaq Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində bu gün ölkəmiz dünyanın ən stabil, təhlükəsiz dövlətləri sırasındadır. Bunu Azərbaycan xalqı və xüsusilə Dərbəndli azərbaycanlıları da yaxşı bilir, dərk edirlər. Əldə olunan nailiyyətləri birlikdə qorumaq hər birimizin vətəndaşlıq borcudur.

Sonda məruzəçi vurğuladı ki, qarşıdan Azərbaycanın həyatında çox müsbət rol oynayacaq hadisə, referendum gəlir. Tam əminəm ki, Dərbəndli azərbaycanlılar hər zaman olduğu kimi bu məsələdə də öz sözünü deyəcək, xalqımıza, dövlətimizə qarşı olan çağırış sahibləri isə bir daha iflasa uğrayacaqlar.

İctimai birliyin üzvləri Ələkbər Əliyev, Rafiq Rəhimov, Raxilə Əskərova, Füzuli Cəfərov, Həci Əhmədov və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin və əmin-amanlığın bərqərar olduğunu, respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu bildiriblər. Natiqlər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişafından, ölkəmizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən və ictimai birliyin üzvlərin səsvermə prosesinə hazırlıgından danışıblar.

Sonda ictimai birliyin üzvləri adından bəyanat qəbul olunub.

İclasda həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dəstəyi ilə “Dərbəndin hərbi-strateji əhəmiyyəti və onun tanınmış hərbçiləri” kitabının təqdimatı kecirilib. Məlumat verilmişdir ki, kitabın müəllifi

tarix elmləri doktoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix üzrə professoru Nurulla Əliyevdir. Kitabda Dərbəndin yaranma tarixi, onun hərbi-strateji əhəmiyyəti barədə ətraflı məlumat verilir. Qeyd olunub ki, nəşrdə, həmçinin Böyük Vətən müharibəsi illərində bu qədim şəhərin sakinlərinin və hərbçilərinin xidmətləri haqqında ətraflı məlumatlar yer alıb. Kitabda yer alan bütün mövzular hərb tariximizin zəngin arxiv materialları və mənbələri əsasında ətraflı təhlil olunub.

Daha sonra “Dərbənd” cəmiyyətinin plenumu keçirilib. Plenumda və təşkilati işlər müzakirə olunub.






Bölmə: Dərbənd, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!