Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
Tarix : 28-09-2015, 14:16
Yerevandan Bakıya yeni terror hədələri


Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Dağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasında münaqişəyə dair yeni açıqlamalar edib. Politoloqun sözlərinə görə, Ermənistan tərəfi bu gün də zəbt olunmuş Azərbaycan ərazilərini azad etmək fikrindən uzaq olduğundan, problemin sülh yolu ilə həll olunması ücün aparılan danışıqlar dalana dirənib. Butov.az Milli.Az-a istinadən bildirir ki, Rasim Musabəyov son zamanlar cəbhə xəttindəki gərginliyin artmasını məhz bu faktorda görür: "Qabaqlar ara sıra baş verən atışmalar artıq fasiləsiz, kəskin xarakter alıblar. Tərəflər atəş vasitələri kimi minaatanlardan, artilleriyadan və reaktiv qurğulardan istifadə edirlər. Hərbçilərlə birgə, təəssüf ki, həm də dinc əhali itkilər verir. Bununla belə erməni tərəfi, hərbçilərinin və siyasətçilərinin özlərindən razı "mənəm mənəmliklərinə" baxmayaraq Azərbaycanla müqayisədə daha cox itkilər verir". Deputat ona da diqqət yetirib ki, Ermənistan bir "forpost" kimi, müstəqil addımlar ata bilməsə də, ölkənin başcısı Serj Sarkisyan siyası və hərbi gücsüzlüyünü hədələyici ritorika ilə kompensasiya etməyə calışır. "Sarkisyan ağır itkilər vedriklərini inkar etməsə də, növbəti boğazdan yuxarı bəyanatlarından da qalmayıb. Rəsmi Yerevan iddia edir ki, onlar bu cinayətlərdə iştirak edənləri müəyyən edəcək və əmrləri icra edənlərdən tutmuş , bu əmrləri verən hər kəs, öz cəzasını alacaq", - R.Musabəyov vurğulayıb. Politoloq qeyd edib ki, əslində, bu cür bəyanatlar Ermənistanın Azərbaycana açıq döyüş meydanında müqavimət göstərə bilməməsinə dəlalət edir və bu səbəbdən Yerevan açıqlamalarında terror hədələrinə işarə edir: "Əslində, buna təəccüb etməyə dəyməz. Sarkisyanın hərbi cinayətkar olması heç kim üçün sirr deyil və onun elə özü də misal ücün, Xocalı soyqırımında birbaşa iştirakını bir neçə dəfə səsləndirib".

Butov.az


Paylaş



Bölmə: İrəvan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!