142 yaşın mübarək! .....                        Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir .....                        Atəşkəs rejimi 132 dəfə pozulub .....                        Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib .....                        Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub .....                        "Şah İsmayıl Xətainin heykəli götürüləcək” - Mais Ağayev .....                        Pirallahı qəsəbəsinin baş planı hazırlanıb .....                        "İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü .....                        İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub .....                       
Tarix : 28-06-2016, 16:54
Vətənə layiqli xidmətin ata-oğul nümunəsi


Dövlət xadimləri Nəzər Heydərovun 125, Arif Heydərovun 90 illiyinə

Doğrudur, vəzifə insanların potensial imkanlarının, ağıl və qabiliyyətinin üzə çıxmasında, tanınmasında, xətir-hörmət, nüfuz sahibi olmasında mühüm faktora, münbit zəminə çevrilə bilir. Elə adamlar var ki, uzun illər yüksək vəzifə, səlahiyyət sahibi olsa da, həyatdan köçəndən sonra unudulur, adı çəkiləndə də kimsə bir şey xatırlamır, ad bir şey demir. Adlar da var ki, üstündən on illər keçsə də, xalqın yaddaşından silinmir, təkcə yubiley illərində deyil, hər zaman xatırlanır, ehtiramla anılır, haqqında danışmağa söz tapılır. Ötən yüzillikdə yaşamış, Fəxri Xiyabanda uyuyan ata-oğul Nəzər və Arif Heydərovlar da adları ehtiramla çəkilən, rəhmətlə anılan, özlərindən sonra silinməz iz qoyub gedən insanlardandır.
Nəzər Heydərov 1891-ci ildə xalqımıza bir neçə dəyərli dövlət, elm xadimi bəxş etmiş Zəngəzur qəzasının 25 evli Gürcülü kəndində (Qubadlı rayonu ) dünyaya gəlib. 1913-1918-ci illərdə "Balaxanıneft" mədənlərində işləyib, inqilabi hərəkata qoşulub, bolşeviklər partiyasının qərarı ilə mühüm, gərgin hadisələrin cərəyan etdiyi Zəngəzura göndərilib, Qubadlı rayonunun inqilab komitəsinin, qəza partiya komitəsinin katibi və İcraiyyə Komitəsinin sədri, AK(b)P MK–nın məsul təlimatçısı, Ağdaş və Şuşa rayon İcraiyyə Komitəsinin sədri, eyni zamanda DQMV MİK–in sədr müavini olub. 1927-1928-ci illərdə Azərbaycan SSR Ali XTS-də məsul vəzifədə çalışıb. 1931-ci ildə Moskva Sənaye Akademiyasını, eyni zamanda Neft İnstitutunu bitirdikdən sonra 1949-cu ilədək Azərbaycanda neft sənayesində, o cümlədən "Əzizbəyov" trestinin müdiri, Azneft Birliyinin rəisi işləyib. 1949-1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olub. 30 dekabr 1968-ci ildə Bakıda dünyasını dəyişib. Özündən sonra təmiz, ləkəsiz ad-san qoyub gedib, vəzifəsinin, nüfuzunun imkanı daxilində xalq, dövlət üçün yaxşı nə mümkün olubsa edib, cəmiyyətə dəyərli övladlar bəxş edib, təqaüdə çıxandan sonra da yaşadığı ömrə və XX əsrin əvvəllərində Zəngəzurda baş verən hadisələrə, tarixi həqiqətlərinə güzgü tutan "Zəngəzur dağlarında" kimi Azərbaycan, rus, erməni dillərində dəfələrcə nəşr edilmiş çox gərəkli me¬mu¬arı yazıb.
1972-ci ildə nəşr edilən bu kitab hələ sovetin saxta beynəlmiləlçilik, sözdə xalqlar dostluğu şüarlarının rəsmi ideologiya kursu kimi qəbul edildiyi bir zamanda obyektivliklə, cəsarətlə 20-ci illərdə erməni-daşnak, rus bolşevizminin azərbaycanlılara qarşı yönəlmiş qanlı planlarının, əzəli torpaqlarımızın hiylə ilə qoparılmasının real fakt və şahidi olduğu olaylarla canlı təsvirini verib, ermənilərin ya¬ra¬mazəməl¬lə¬rini, məkrli xislətinin iç üzünü açıb. Müəl¬lif özü də 20-ci illərdə Zəngəzurun qoparılaraq Ermənistana verilməsinin qarşısının alınması üçün az iş gör¬məyib. 1988-ci ildə Qarabağ hadisələri başlayanda Moskvaya göndərilən sənədlərdə mühüm mənbələrdən biri kimi bu kitabdakı faktlardan da istifadə edilmişdi.
Pislikdən uzaq, xeyirxah, gözü, könlü tox, təmiz insan olub. Vəfat edəndə Türkiyədə konsul işləyən oğlu Arif Heydərov Bakıda cəmi bir neçə gün qala bilir. Qayıdanda DTK sədri general-mayor mərhum Heydər Əliyev əsil dost, qardaş səmimiyyəti ilə:-mən hər həftənin cümə günü burda səni əvəz edəcəyəm, arxayın get-deyir və 40-ı çıxana qədər hər həftə bu evə gəlirmiş. Bir dəfə H.Əliyev qonaqların diqqətin bu evin sadəliyinə yönəldir, deyir ki, baxın, görün Nəzər Heydərov nə qədər təmiz, səliqəli, gözütox insan olub ki, bu evdə bir dənə artıq əşya yoxdur, hətta 2-ci asılqanı asmağa da yer yoxdur bu evdə.
1952-ci ildə vətənsevər, milli düşüncəli gözəl şair, ədəbiyyatşünas alim Qasım Qasımzadənin vaxtilə erməni daşnaklarına çox zərbələr vurmuş “pristav Şahsuvar bəyin oğlu” olması səbəbi ilə hansısa mərdimazarların donoslarından sonra Elmlər Akademiyasının aspiranturasından çıxarıldığını, Qarabağın ən qabaqcıl təsərrüfat başçılarından biri olan, öz pulu ilə cəbhəyə bir tank alıb bağışlayan anası Arəstə xanımın deputat mandatının əlindən alındığını, təqiblərə məruz qaldıqlarını eşidir. Dərhal məsələyə qarışır, qətiyyətlə bu ailənin müdafiəsinə qalxır, başları üstünü almış qara buludları uzaqlaşdırır. Qasım müəllim Allahın bəxş etdiyi ilhamla şair, zəhmətinin, ağlının sayəsində elmlər doktoru, Dövlət mükafatı laureatı, tanınmış ziyalı, ictimai xadim olur.
Nəzər Heydərov Mir Cəfər Bağırovun ən hirsli-hikkəli vaxtlarında sözünü eşidib məsləhətini dinlədiyi, hər zaman dəyər verdiyi tək-tük adamlardan biri olub. Onun məhkəməsində də haqsız yerə üzünə durmayanlardan biri olub, Moskvanın bir çox antiazərbaycan planlarına qarşı dayanıb, reallaşmasına imkan verməyib, elə Moskvanın təkidi ilə 5 il çalışdığı respublikanın 2-ci adamı vəzifəsindən çıxarılmasının da əsas səbəbi bu olub.
Yazımın növbəti hissəsinə keçmədən öncə deməliyəm ki, Nəzər Heydərovun böyük oğlu Qaçay Heydərov 1920-ci il 16 yanvarda Qubadlının Gürcülü kəndində anadan olmuşdu. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirməsinə baxmayaraq ixtisasını dəyişərək iqtisadiyyat tarixindən elmi iş yazmışdı. Xalq Təsərrüfatı İnstitutunun "İqtisadi tarix" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor idi. II Dünya Müharibəsində iştirak etmiş və oradan şikəst qayıtmışdı. O, bir neçə monoqrafiyanın müəllifi idi, həm də şeirlər yazırdı. Qaçay Heydərov 1990-cı il 10 iyunda vəfat edib. 1981-ci ildə Qubadlıda çıxan “Avanqard” rayon qəzetində Nəzər Heydərovun 90 illik yubileyi ilə əlaqədar geniş məqalə yazmışdım. Bakıya gələndə ona təqdim etdim, çox xoşhal oldu, atasının doğma el-obasında unudulmadığını, kəndlərini əhatə edən kolxoza da adının verildiyindən razılıqla danışdı, özünün bir neçə şeirini oxudu, uşaqlıq xatirələrini danışdı, sadə, mehriban insan kimi yaddaşımda qaldı.
Nəzər Heydərov soyunun davamçıları bu gün də ata-babalardan qalma xalqa, dövlətçiliyə sədaqətli xidmət estafetini ləyaqətlə davam etdirməkdədir.

8 il daxili işlər naziri və faciəli son


Arif Heydərov da insanlıq, vətəndaşlıq tərbiyəsini atasından almışdı. Ötən illərdə qəzetlərdə bir informasiya getmişdi; polis –milis orqanlarında işləmiş təqaüdçü veteranlar arasında “ən yaxşı daxili işlər naziri kim olub?” rəy sorğusu keçirilmişdi, reytinq sıralamasında general-leytenant Arif Heydərovun adı böyük üstünlüklə birinci yerdə yazılmışdı. Təbii ki, belə sorğuların yekunları təsadüfdən yaranmır.
Qarşımda bir kitab var “General Arif Heydərov”. Cəmil Əlibəyli, Azad Şərif, Elbrus Şahmarın topladığı xatirələr toplusunu vərəqlədikcə nəcib insan, dəyərli vətəndaş, bacarıqlı təşkilatçının obrazı gözlərimiz önündə canlanır, Dəyərli insanların ürək sözlərinin başlıqlarıdır bunlar: “milis belə nazir görməmişdi”, “eldən gedən oğul”, “ot kökü üstə bitər”, “ləyaqət, sədaqət nümunəsi, “mənim tale bələdçim”, “mübarizlik, professionallıq, təvazökarlıq onun xarakteri idi”, “o anadan çekist doğulmuşdu”, “möhkəm əqidə”, “tarixi şəxsiyyət”, “həyatımda onun böyük rolu olub”, “soyuna layiq insan”, “həssaslıq, tələbkarlıq”, “qəlbi nurlu insan”, ....
O əsil vətənpərvər idi. Türkiyə səfirliyində 3 il konsulluq şöbəsinin rəisi işləyən zamanlarda olub bu əhvalat. 28 apreldi, SSRİ-nin Türkiyədəki səfirliyi üzərində SSRİ bayrağı ilə yanaşı o vaxtadək heç kimin görmədiyi bir bayraq da dalğalanır, Xarici İşlər Nazirliyindən, müxtəlif qurumlardan zənglər gəlir, o nə bayraqdır elə? Arif Heydərov cavab verir:-bu gün mənim Azərbaycanımın respublika elan edildiyi gündür, o şərəfə qaldırılıb bu bayraq. Məsələ düz SSRİ xarici işlər naziri Smirnova qədər böyüyür. “Arifə olar”-deyir. Türkiyədə bu olay yaddaşlarda qalır, növbəti il xeyli insan zəng edib səfirlikdə işləyən azərbaycanlıları təbrik edirdilər, bizi qonaq dəvət edirdilər. (Ədilə xanım Heydərova)
Yerevanda Zaqafqaziya respublikaları daxili işlər orqanları rəhbərlərinin müşavirəsi keçirilir. Sonda qonaqların şərəfinə banket verilir. Yerevanın 1-ci katibi, sinəsində deputat nişanı ayağa qalxır, Yerevanın Qafqazda ən qədim şəhər olduğunu, bu il 1750 illiyini qeyd edəcəklərini deyib bu şərəfə badə qaldırmağı təklif edir. Heydərov badəni yerə qoyur, hamının baxışı onun üzünə zillənir:-Bizim Bakının 10 min il yaşı var, siz elə hər daşın üstünə bir tarix yazıb basdırır, sonra yerdən çıxardıb özünüzə tarix quraşdırırsız, mən bu sağlığa badə qaldırmaram...gürcü, erməni nazir, Moskvadan gəlmiş nazir müavini nə qədər təkid edirsə, xeyri olmur, Yerevanın rəhbəri sözünü geri götürməli olur. (Fətullah Hüseynov)
O nəcib insan idi. “...toyumuz başa çatırdı, maşına əyləşmək istəyəndə bir neçə iş yoldaşı bizə yaxınlaşdı: -biz dünyanın ən gözəl insanını, ən gözəl dostumuzu sizə əmanət edirik...onu qoruyun!-dedilər. (Ədilə xanım Heydərova)
Elə qəbul günü olmazmış ki, hansısa yetim, dul qalmış, ehtiyac içində olan ailənin, tək milis yox, problemlərinin həllinə yardımçı olmasın. Təsadüfi avtomobil qəzası törədən 4 körpə uşaq atasının həbs edildiyini öyrənir, xəbər tutan kimi, onun həbsdən buraxılmasına yardımçı olur.
Onun faciəli ölümü həbsxanadakı məhbusları o qədər kədərləndirir ki, günlərlə yas tuturlar, mərmər lövhə üzərində barelyefin düzəldib, nekroloq, foto-rəsmini həkk edirlər. Məhbus qadınlara saçlarına qoymaq üçün həna, xına, rəng də verilərmiş, belə hərəkətlərin səbəbini başa düşməyənlərə deyərmiş: bura düşən insanların heç biri anadan cinayətkar doğulmayıb, onları həyat, yaşadığımız cəmiyyət buna məcbur edib, şərait yaradıb, onların islah olunması üçün ən yaxşı təsir vasitəsi həbsxanada dövlətin adından onlara göstərilən insani münasibətdir.
Qorxu bilməzdi, cəsarət rəmzi idi. Moskvaya Ali Zabitlər Məktəbinə oxumağa gələndə 15 yaşı var idi. Atası bir dəfə Moskvaya gələndə onu axtarır, tapa bilmir, dostlarından öyrəndiyi xəbər Nəzər Heydərovu həm kədərləndirir, həm qürurlandırır: Arif ərizə verib israrla ön cəbhəyə döyüşə getməyə nail olub və dostlarından bunu atasına bildirməməyi xahiş edibmiş. Reyxstaqa qədər döyüş yolu keçir, müharibədən sonra bir neçə il Polşa və Almaniyada çalışır.
Nazir olanda da cangüdənsiz gəzərdi, tez-tez təkbaşına şəhəri gəzməyə çıxardı, rayonlara gedəndə də kiməsə onu müşayiət etməyə izin verməzdi.
Təbiətən qurucu insan idi. Bu gün də paytaxtın ən gözəgəlimli binalarından olan DİN inzibati binasını, indi öz adını daşıyan DİN-ninqospitalını, Zuğulbadakı istirahət evini, Bakı, Gəncə də daxil, 20-dən çox polis idarəsinin inzibati binasını o tikdirib.
Peşəkar çekist idi, Dövlət Təhlükəsizliyi orqanlarının fəxri əməkdaşı, SSRİ DİN-nin əməkdar işçisi idi, bir neçə xarici ölkənin orden, medalları ilə təltif edilmişdi. SSRİ miqyasında böyük nüfuz sahibi idi. SSRİ Dİ naziri NikolayŞelokovla məxsusi ünsiyyəti vardı. Xarici səfərlərə birgə gedərmişlər, bir dəfə Almaniyada rəsmi səfərdə olarkən Heydərova qarşı o qədər hörmət göstərirlər ki, o 2-3 dəfə Şelokovun onun rəisi olduğunu xatırlatmalı olur, görüşlərdə alman dilində o qədər səlis çıxış edir ki, Şelokov tərcüməçidən tez-tez adamların nədən belə təsirləndiklərini soruşur. A Heydərov müharibə illərində dinc insanların heç bir günahı yoxdur düşüncəsi ilə nə qədər günahsız alman uşaq, qoca, qadını ölümdən xilas etmişdi. Hitlerin ölümünün canlı şahidlərini O dindirib Moskvaya mühüm məlumatlar göndərmişdi. Alman tarixi ilə bağlı söhbətlərini isə muzey işçiləri də maraqla dinləyib, əlavə suallar verirmişlər.
Vətənə layiqli xidmətin ata-oğul nümunəsi

Qocaman, sovet milisində nüfuzlu insan, SSRİ DİN Akademiyasının rəisi general-polkovnik S.M Krılov:- taleyimin mənə bundan sonra nə qədər ömür verəcəyini bilmirəm, ancaq taleyimdən razıyam ki, məni Arif Nəzəroviç kimi bir zəka Titanı ilə rast salıb-deyər, görəndə: -ay mənim əziz Titanım, böyük İnsanım”-deyə qucaq açarmış. SSRİ DİN və DTK akademiyalarının dinləyicilərinə o illərdə “Heydərovun həmyerliləri” kimi məxsusi hörmət-izzət var idi. (Əzim Piriyev). SSRİ Dİ naziri N. Şelokov Arif Heydərovun dəfn mərasimində hıçqırıqlı göz yaşlarını boğa bilməmişdi.
Zəka sahibi poliqlot idi, türk və rus dillərindən başqa fars, polyak, alman, ingilis dillərini də təmiz bilirdi. Dəfələrlə müxtəlif ölkələrdə ən çətin məxfi tapşırıqları yerinə yetirmişdi. Türkiyədə çalışarkən türk gəncləri arasında kommunist təbliğatı aparan bir sovet tərcüməçisini onu gözləyən 15 illik həbs cəzasından xilas edib Moskvaya qaçırmışdı. Türkiyə Prezidenti S.Dəmirəlin Moskvaya, SSRİ Nazirlər Sovetinin sədri Kosıginin Ankaraya rəsmi səfərlərini təçkil etmişdi, Türkiyə kəşfiyyatı ona “Qaraqaş” ismi vermişdi. SSRİ-nin Banqladeşdəki fövqəladə və səlahiyyətli səfiri təyinatı artıq həll olunmuş məsələ idi.
Ziya Yusifzadə: “Peşəkar kəşfiyyatçı Arif Heydərov analitik zəkaya, hərtərəfli dərin biliyə malik idi, hər cür mürəkkəb, dəyişən siyasi və operativ şəraitdə düzgün istiqamət götürməyi, ən ağıllı qərar qəbul etməyi bacarırdı və bunun sayəsində hər hansı kəşfiyyat işinin uğurla başa çatdırılmasına müvəffəq olurdu.”
Yaraşıqlı, boy-buxunlu, gözəgəlimli idi, 56 ölçüdə kostyum geyərdi, idmançı görkəmini saxlamışdı, 2 dəfə akademik avarçəkmə üzrə Azərbaycan çempionu olmuşdu. “General qiyafəti ona necə də gözəl yaraşırdı, pəhləvan cüssəli, sakit danışıqlı, ağayana tərpənişli, alimanə söz-söhbətli...” (Əli İldırımoğlu)
Sadə, mehriban idi, ailə başçısı kimi örnək, nümunə idi. Bir yerə səfərə gedəndə mütləq yaxın-uzaq qohumlardan kimisə tapıb evində uşaqlara həyan qoyarmış ki darıxmasınlar, xeyir-şərdən qalmazmış. Xeyirxahlıq onun ömür kredosu idi.
52 yaşının tamam olduğu günün səhəri-iyunun 29-da öz xidməti otağında güllələnmişdi, Arif Heydərovla birgə kabinetdə olan müavini, müharibə veteranı general Səlahəddin Kazımov və köməkçisi – podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi. Sonda cinayətkar özünə də atəş açaraq hadisə yerində keçinmişdi.
1978-ci il iyunun 30-da yayılan məlumat bütün ölkədə sarsıntı yaratmış, kədərlə qarşılanmışdı. SSRİ DİN Kollegiyası, DTK adından İttifaq qəzetlərində Arif Heydərov haqqında nekroloqlar verilmişdi.
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev uzun bir məsafədə Dost cənazəsini çiyinlərində apararaq, vida mərasimində üzüntülü kədərlə çıxış etmişdi, xatirəsinin əbədiləşməsi üçün qərarlar vermişdi, ikinci dəfə respublika rəhbərliyinə qayıdışından sonra yubileyini keçirmişdi, yaddaşlarda qalan təsirli nitq söyləmişdi.


Ümummilli lider H. Əliyev: Arif Heydərov mənim azsaylı dostlarımdan idi


Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1996-cı ildə Şəhriyar adına mədəniyyət sarayında görkəmli dövlət xadimi, general-leytenant Arif Heydərovun 70 illiyinə həsr olunmuş yubiley gecəsində nitqindən: “Mən Arif Heydərovla 1950-ci ildə Azərbaycana, Bakıya işə gələndən sonra tanış oldum. Bizim tanışlığımız qısa bir müddətdə yaxınlığa çevrildi. O zamanlardan Arif Heydərovun həyatının son dəqiqələrinə qədər onunla həm iş sahəsində sıx əlaqəm olub, eyni zamanda şəxsi dostluğum olubdur…mən yalnız öz xasiyyətimə uyğun olan adamla şəxsi münasibət saxlaya bilərəm. Arif Heydərovun mənəvi dəyərləri, mənəviyyatı hər şeydən üstün tutması, sadəliyi, işgüzarlığı, öz üzərində daim çalışması, özünü təkmilləşdirməsi, işə sağlam münasibəti, sağlam əxlaqı – bunlar hamısı birlikdə mənim tələblərimə uyğun olduğuna görə mənimlə onun arasında şəxsi münasibətlər yaranmışdı.
1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçiləndən sonra həmin ilin sonunda mənim ilk addımlarımdan biri Daxili İşlər Nazirliyində yaranmış ağır vəziyyəti aradan götürməkdən ibarət oldu.…Arif Heydərov o vaxt Türkiyədə idi. Ümumiyyətlə o, dövlət təhlükəsizliyi orqanlarında işləyərkən çox vaxt kəşfiyyat sahəsində çalışırdı. Bundan əvvəl də xarici ölkələrdə işləmişdi və o vaxt Türkiyədə idi. Mən onu Türkiyədən dəvət etdim və ona daxili işlər naziri vəzifəsini təklif etdim. Doğrudur, o, bu işə o qədər də həvəslə girişmədi. Çünki bilirdi ki, bir tərəfdən bu, çətin, ağır işdir, digər tərəfdən də o, xaricdəki işindən ayrılmaq istəmirdi. Ancaq o, hiss edəndə ki, mənə burada kömək lazımdır və bu sahə çox mühüm sahədir. Söhbət ayrı-ayrı adamların vəzifəsindən yox, ümumxalq prinsiplərindən, mənafeyindən gedir, – bu vəzifəni öz üzərinə götürməyə razı oldu. Ondan sonra da həyatının son dəqiqəsinə qədər bu vəzifədə sədaqətlə xidmət etdi.
Arif Heydərov mənim iş yoldaşım, dostum olubdur, tutduğum yüksək vəzifələrdə mənim silahdaşım olubdur. Mən ona çox inanırdım, etibar edirdim. Onun fəaliyyətini çox yüksək qiymətləndirirdim. Ona görə də mən Azərbaycanda rəhbər olarkən o, əsas dayaqlarımdan biri idi. Deyə bilərəm ki, əvvəl dövlət təhlükəsizliyi orqanlarında olduğu kimi, Azərbaycanın Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrdə – səkkiz il müddətində də çox fədakarcasına çalışdı, çox işlər gördü. O, orqanlarda sağlam mühit yaratmaq, cinayətkarlığa qarşı mübarizəni həqiqətən gücləndirmək, ictimai asayişin qorunmasını təmin etmək üçün, Daxili İşlər Nazirliyinin üzərinə düşən bütün başqa vəzifəsindən yox, ümumxalq prinsiplərindən, mənafeyindən gedir, – bu vəzifəni öz üzərinə götürməyə razı oldu. Ondan sonra da həyatının son dəqiqəsinə qədər bu vəzifədə sədaqətlə xidmət etdi.Biz tariximizi həmişə qiymətləndirməliyik. Azərbaycan xalqının böyük tarixi var. Arif Heydərov da Azərbaycan tarixində özünəməxsus görkəmli yer tutubdur. Tarix görkəmli insanların işləri, fəaliyyətləri ilə yaranır. Tarixi yaradan insanlardır. Bu gün bu yubiley mərasimini keçirərək, biz bir daha öz tariximizə hörmət və ehtiramımızı bildiririk. Bir daha bəyan edirik ki, Azərbaycan xalqının zəngin tarixi, keçmişi və xalqımızın dəyərli şəxsiyyətləri var. Bu şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi, Azərbaycan xalqının generalı, unudulmaz Arif Heydərovdur. Onun xatirəsi bizim qəlbimizdə və gələcək nəsillərin qəlbində əbədi yaşayacaqdır.”
Xanış Məmmədov,
31 saylı Ağdam orta məktəbinin sabiq direktoru, əmək veteranı,



Ulu öndərin dəyər verdiyi şəxsiyyətlər bir xatirədə


Müasirləri Nəzər Heydərovu xalqına və dövlətinə son dərəcə sədaqətli, təmiz, sözübütöv, gözü-könlü tox, şəffaf və şərəfli ömür yolu keçmiş mətin bir dövlət xadimi, kimi tanıyırdılar. Əlləri kimi işi də, əqidəsi də, məsləki də təmiz idi. Bu təmizlik isə ona söz demək, sözün düzünü deməkdən çəkinməmək üstünlüyü vermişdi. Azərbaycan SSR-in o vaxtkı rəhbəri Mir Cəfər Bağırov bu keyfiyyətlərinə görə onun sözünü eşidirdi.
Düz danışmaq, həqiqətin gözünə qorxmadan baxmaq bəzən insana zərər də yetirə bilir. Elə buna görə də Moskvanın 1953-cü ildə Azərbaycan partiya təşkilatında rəhbər kadrların dəyişdirilməsi barədə qərarının selinə-suyuna qataraq, yaşına görə onu da pensiyaya göndərdilər.
1968-ci ilin dekabrın axırları idi. Nəzər Heydərov qəflətən yorğan-döşəyə düşdü. Həkimlər yaxınlarına bildirmişdilər ki, hazırlıq görsünlər, kişi bir neçə günün “qonağıdır”. Odur ki, dost-tanış, qohum-əqrəba xəstənin yanını boş qoymurdu. Dəstə-dəstə gəlib gedirdilər. Lakin hamını narahat edən bu idi ki, kiçik oğlu Arif uzaqda idi, SSRİ-nin Türkiyədəki səfirliyində məsul bir vəzifəni yerinə yetirirdi. Onu işdən ayırmaq çox çətin idi. Bəs nə etməli? Qaçay müəllim çox düşünüb-daşındıqdan sonra o zaman Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işləyən Heydər Əlirza oğlu Əliyevə müraciət etdi. Heydər Əliyev bu ailəyə çox yaxın idi, həm də Arifin xətrini istəyirdi. Vəziyyətdən halı olan Heydər Əliyev dərhal Moskva ilə danışaraq Arifin Bakıya gəlməsi üçün razılıq aldı.
Arif Heydərov Türkiyədən gələndən sonra da xəstənin yanına gediş-gəliş səngimədi. Bir az keçmiş Süleyman Rəhimovla Əli Vəliyev, daha sonra isə Kamran Hüseynov gəldi.
Bundan sonra söhbətin istiqaməti Azərbaycanın çətin durumuna, iqtisadi və sosial sarsıntılar keçirməsinə yönəldi…Bir sözlə, Vətən indi oğul istəyir ki, xalqı bu böhrandan xilas etsin...
Elə bu məqamda qapı açıldı. Heydər Əliyev general formasında içəri daxil oldu, hamı ilə səmimiyyətlə görüşdü. Ariflə qucaqlaşdılar. Nəzər kişidən hal-əhval tutdu. Stul gətirdilər. Yox-yox, gedirik, - deyə etiraz etdi. Arif astaca dedi:
- Hara gedirsiniz, Ağdamdan qohumlar gəlib, yaxşı lavaş, axtarma motal pendiri gətiriblər...
Heydər Əliyevin çöhrəsinə təbəssüm qondu:
-Neynək, onda hərəyə bir dürmək yeyərik, - deyərək mətbəxə keçdilər.
Bu yerdə Nəzər Heydərov başını yüngülcə qaldıraraq dilləndi:
- Uzağa getməyin, sizin axtardığınız adam bax budur, dediklərinizin öhdəsindən ancaq o gələ bilər...
Nəzər Heydərov 30 dekabr 1968-ci ildə dünyasını dəyişdi. Müdrik ağsaqqalın dedikləri də bundan təqribən 7 ay sonra gerçəkləşdi, Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycanın rəhbəri seçildi.”
Vətənə layiqli xidmətin ata-oğul nümunəsi

Hacı NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri






Bölmə: Zəngəzur, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!