Ukrayna üçün 1 milyarddan çox yardım ayrılacaq .....                        Fransa Azərbaycandakı səfirini geri çağırdı .....                        Rusiya sülhməramlıları Azərbaycanı tərk etdi .....                        Tbilisidə yenidən etiraz aksiyası keçirildi .....                        Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verildi - FOTO .....                        İlham Əliyev serbiyalı həmkarını COP29-a dəvət etdi .....                        Serbiya prezidenti İlham Əliyevdən dəstək istədi .....                        Putin və Rəisi arasında telefon danışığı olub .....                        Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi .....                       
Tarix : 6-03-2018, 11:24
Qadınlar təbrik edildi, mükafatlandırıldı
İranlı Mühacirlər Cəmiyyətində bayram tədbiri

Ötən şənbə “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub. Tədbirə qurumun üzvü olan zərif cinsin nümayəndələri, qonaqlar və media təmsilçiləri qatılıblar. Təşkilatın sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə qadınların hər birinə İMC adından bayram təbriklərini yetirib, onlara ana, qurucu insan, cəmiyyətin aktiv üzvü kimi fəaliyyətlərində uğurlar arzulayıb.
İranlı Mühacirlər Cəmiyyətində bayram tədbiri

Qurum sədrinin birinci müavini, istefada olan polkovnik Firidun İbrahimi bildirib ki, ənənəvi bayram öz yerində. Bu gün qadınlarımıza həm də təşkilatımızın son bir ildə nəzərə çarpacaq dərəcədə aktivləşməsindəki xidmətlərinə görə minnətdarıq.
İMC-nin Qadınlar Təşkilatının sədri Möminat Puhən rəhbəri olduğu qurumun 20 ildən sonra fəaliyyətini bərpa etməsindən sonra gördükləri işlərdən danışıb, bu sahədə fərqlənənlərin hər birinə təşəkkürlərini yetirib.
İranlı Mühacirlər Cəmiyyətində bayram tədbiri

İMC-nin İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin əməkdaşı, tibb elmləri namizədi Adilə Çernikbulənd çıxışında 8 Martı həm də mübarizə günü kimi xarakterizə edərkən 73 il əvvəl Azərbaycan Demokrat Firqəsinin Ərdəbil komitəsinə daxil olan 3 qadın təşkilatı, onların rəhbərləri və üzvləri barədə dəyərli xatirələri dilə gətirib. Həmin qadınların mühacirət illərində şair, yazıçı, alim, istehsalat qabaqcılı kimi özlərini bir daha təsdiqlədiklərindən danışıb: “ 15 yaşımda Ərdəbildə ilk tədbirdə iştirak etdim. Qadınlar çıxışlarında dedilər ki, 8 Martı hamı bayram kimi qeyd edə bilər. Amma Milli Hökumətimiz qurulub. Bizə silah tutmağı, sərrast atəş açmağı öyrədin ki, qardaşlarımıza kömək edək”.
İranlı Mühacirlər Cəmiyyətində bayram tədbiri

Tədbirdə həkim Valya Rəhmaniyə, Validə Zöhrabovaya, Azadə Əhədiyə, rabitə işçisi Sevil Puhənə, filologiya elmləri namizədi Pərvanə Məmmədliyə və “dünyaxeber.info” saytının baş redaktoru Dünyaxanım Əliyevaya “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin diplomları təqdim olunub. 7 nəfərə isə İMC-nin yeni üzvlük biletləri verilib.
İMC-nin “Məşəl” ansamblınımn üzvləri, əməkdar artist Ruhəngiz Müsəvinin, müğənni Tahirə Muradovanın şən mahnıları, beynəlxalq müsabiqələr laureatı Həsən Cəbrayılovun (Ahəngi) paradoyiları da xoş ovqat bəxş edib.
İranlı Mühacirlər Cəmiyyətində bayram tədbiri


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!