Qızılgülün tikanı və ya Əbülfəz Elçibəyə məktub- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR .....                        Doqquz illik ehsan aşı .....                        Gənclər təşkilatı “Təbiətin Dostları” qrupu yaradır .....                        Vətənə gedən yol .....                        Başlanğıc - II hissə: Nəticə .....                        İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”: .....                        Əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün Agentlik sahibkarlara müraciət etdi .....                        “Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım günüdür .....                        Qida Təhlükəsizliyi Agentliyinin sədri Lənkəranda sakinləri qəbul edib .....                       
Tarix : 6-06-2018, 13:16
İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”:


İranlı Mühacirlər Cəmiyyətində keçirilən dəyirmi masada "Azərbaycan Xalq Cümhuriyyəti və İran" mövzusu müzakirə olundu.
Ötən şənbə günü “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində “dəyirmi masa” keçirilib. “Azərbaycan Xalq Cümhuriyyəti və İran” adlı tədbirdə AXC irsini araşdıran alimlər, təhqiqatçılar, həmçinin təşkilatın müxtəlif sahələrdə çalışan üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
“Dəyirmi masa”nı İMC-in sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə açıb. O deyib ki, Cümhuriyyətin 100 illik yubileyi ərəfəsində demək olar bütün qurumlarda mərasimlər keçirilir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də müvafiq sərəncamı var. Lakin tariximizin elə şanlı səhifələri mövcuddur ki, barəsində ilboyu söhbətlər, müzakirələr getməlidir. 28 May Şərqdə ilk demokratik respublikanın yaradılması ilə nəticələnən tarixi hadisə olduğundan, qonşu dövlətlərə də təsirsiz qalmadığından biz demək olar az öyrənilmiş mövzunu seçdik. Məruzəçimiz isə həmin dövrlə bağlı çoxsaylı məqalələrin, elmi əsərlərin, monoqrafiyaların müəllifi, tarix üzrə elmlər doktoru, professor, fədai övladı Solmaz Rüstəmova-Tohididir.
İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”:

Solmaz xanım konkret mənbələrə, sənədlərə, elmi araşdırmalara əsaslanan məruzəsində Azərbaycan xalqını 28 Mayın qələbəsinə doğru aparan tarixi proseslərin, konkret hadisələrin mənzərəsini yaradıb, AXC qurucularının şəxsiyyətini, mübarizə yolunu, talelərini səciyyələndirib. Müstəqil dövlətin yaranmasının o vaxtlar cəmi 2,9 milyona yaxın əhaliyə malik azərbaycanlıların bir xalq olaraq məhv edilməsinin qarşısını aldığını diqqətə çatdırıb.
Professor burada keçirilən mütərəqqi islahatların qonşu ölkələrə, ən başlıcası İrana təsirsiz qalmadığını deyib. Qeyd edib ki, AXC ilə diplomatik əlaqələr yaratmış dövlətlərdən yalnız birinin – İranın Bakıda səfirliyi fəaliyyət göstərirdi. Cümhuriyyətin isə yeganə səfirliyi və üstəgəl konsulluğu orada idi.
İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”:

S.Rüstəmova – Tohidi Cümhuriyyətin Azərbaycan adını xalqımıza qaytardığına, o tayda baş verən möhtəşəm hərəkatlar üçün ilham mənbəyi olduğuna və digər xüsusiyyətlərinə görə sevilməyə, qürur mənbəyi kimi dəyərləndirilməyə layiq olduğunu söyləyib.
AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan bölməsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə onun fikirlərini bölüşərək deyib: “Mən də məruzəçi ilə razıyam ki, Azərbaycan adının dövlətlə yanaşı çəkilməsi ilk növbədə
Cümhuriyyətin qurucusu və rəhbəri Məmməd Əmin Rəsulzadənin və həmfikirlərinin xalqımız qarşısındakı müstəsna xidmətləri sayılmalıdır. Bunadək istər İranda, istərsə də çar Rusiyasının işğal etdiyi xanlıqların heç birində bu ad rəsmi işlənilməyib.
100 ildir ki, dünya xəritəsində Azərbaycan adı rəsmi yer alıb. Bu ad sovet dövründə də, ikinci müstəqilliyə qovuşduğumuz illərdə də yaşadılıb. Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Hökumət də Azərbaycan adlandırılıb. Bunun ideya mənbəyini Azərbaycan Xalq Cümhuriyyətində axtarmaq gərəkdir”.
İranlı Mühacirlər Cəmiyyətində “dəyirmi masa”:

Bakı Dövlət Universitetinin dosenti Pərviz Kazımi Cümhuriyyət dövrü və onun görkəmli nümayəndələri barədə nəçr olunmuş əsərlərin qısa xülasəsini çatdırıb.
Azərbaycan Pedaqoji Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Həcər Hüseynovanın (Umani) və filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin çıxışlarında bəhs olunan dövrün alimlərinin, mütəfəkkirlərinin, şair və yazıçılarının qarşılıqlı əlaqələri barədə ətraflı söhbət açılıb. Onların yaradıcılıq nümunələrinin ictimai fikrin formalaşmasına təsiri konkret misallarla əsaslandırılıb.
Tədbirdə İMC-nin Qadınlar Təşkilatının sədri Möminat Puhən, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Kərimov (Dasi), həkim Keyhan Mirzayi, media təmsilçilərindən Tamxil Ziyəddinoğlu (“Bütöv Azərbaycan” qəzeti), Əhməd Məmmədov (“İki sahil” qəzeti), Dünya Əliyeva (“Dünyainfo.az saytı), Həsən Cəbrayılov -Ahəngi (“Mühacir” qəzeti) və başqaları müzakirə olunan mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
İMC sədrinin birinci müavini Firudin İbrahimi “dəyirmi masa”ya yekun vuraraq bildirib ki, Cümhuriyyət ilində təşkilat bu silsilədən tədbirləri davam etdirəcək.
Butov.az


Paylaş



Bölmə: Güneyin sesi, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!