Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
Tarix : 26-10-2018, 14:53
Ərdəbildə azərbaycanlı müğənni Peyman Keyvaninin konserti ləğv edilib

Güney Azərbaycanda yerli müğənnilərin ləğv edilən konsert proqramlarına daha biri əlavə olunub.
Ərdəbildə keçirilməsinə icazə almaq üçün aylarca çalışan Peyman Keyvaninin türkcə konsert proqramı ləğv olunub. Müğənni bu barədə oktyabrın 24-də İnstaqram səhifəsində məlumat yayıb.
“Dostlar, noyabrın 25-də keçirilməsi planlaşdırılan konsertim ləğv olunub. Mənim mübahisə etməyə hövsələm yoxdur, konsert və səhnə ilə bağlı bir kompleksim də yoxdur. Qoy, paytaxt müğənniləri gəlib konsert versinlər. Bir gəncin qürurunu sındırmaqdan ləzzət alan cənab; Sən yerli dildə konsert keçirməyə razılıq vermirsən. Eybi yoxdur, xoşhal ol, biz də xoşhalıq... . Lakin bu günlər də keçəcək. Bizim Allahdan başqa hökumətdə heç bir tanışımız yoxdur. Qoy, Allah özü sizə qənim olsun. Mən yaltaq deyiləm və heç zaman şərəfsizlər qarşısında boyun əyməmişəm. Haqqımı tələb edirdim, eybi yoxdur...”- deyə məlumatın bir hissəsində qeyd olunub.Tanınmış azərbaycanlı müğənni təkidlə vurğulayır ki, Ərdəbil üçün təyin olunmuş yerli məsullar türk dilində konsert keçirməyə imkan vermir, lakin farsca konsertlərə heç bir maneçilik yoxdur. Gənc müğənninin üzləşdiyi problem azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb.Peyman Keyvani ötən aylarda türkcə konsertə icazə verilmədiyi üçün gitarasını yandırmışdır.
Peyman Keyvani Güney Azərbaycanda tanınıb-sevilən müğənnilərdən biridir, onun əksər mahnıları vətənpərvərlik mövzusundadır.
İranda azərbaycanlı müğənnilərin əksəriyyəti konsert keçirmək üçün oxşar problemlə üzləşir. İslami İrşad və Mədəniyyət İdarəsi Azərbaycan şəhərlərində fars dilində konserti dəstəklədiyi halda, azərbaycanlı müğənnilər minbir problemlə üzləşir.
Butov.az


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!