"Müasir Azərbaycan Gənclər" İctimai Birliyi 20 Yanvar faciəsinə film həsr edib .....                        “28 ildir o gülləni ayağımda gəzdirirəm” – 20 Yanvar şahidləri danışır .....                        Əngəlli olmaq Vətənin müdafiəsi uğrunda mübarizəyə əngəl deyil .....                        Balıkesir millət vəkili azərbaycanlı dərnək rəhbərləri ilə görüş keçirib .....                        Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir .....                        Müharibənin gənc qəhrəmanı   .....                        Facebook… .....                        Lavrov və Zərif Xəzərin statusunu müzakirə edib .....                        Monteneqronun nüfuzlu CdM informasiya portalında “ASAN xidmət”dən bəhs olunub .....                       
Tarix : 24-11-2016, 15:40
"Təbriz soyqırımını unutmağa haqqımız yoxdur"

Rüfət Muradlı:

"Təbriz soyqırımını unutmağa haqqımız yoxdur"

İndi o tarixdən bizi tam 70 il ayırır. 71 il öncə vətənimizin güneyində 21 Azər adı ilə yazılan şərəf tatixinin qanla boğulduğu növbəti ilin Azərindən. Qışın şaxtasında Təbriz küçələrini donmuş fədai qanlarının al rəngə boyadığı o dəhşət saçan faciədən. Pəhləvi rejiminin minlərlə soydaşımızın qanını tökməsilə yanaşı insanlıq adına yaşanan utancverici kitab yandırılma rəzalətinədək millətimizə yaşatdığı gerçək soyqırımdan..
Bu haqda Ümid Partiyası olaraq demək olar hər il bəyanatlar yayır, dünyaya səslənir, bu bəşəriyyət əleyhinə törədilən cinayətə dünyanın diqqətini cəlb etmək istəyirik. Ötən ilin Azər -dekabr ayında İsveçdə Güney Azərbaycan Konqresinin təşkil etdiyi "21 Azər Həftəsi" çərçivəsindəki görüşlərimizdə də bu faviə haqda isveçli parlamentarlara ətraflı məlumar vermişdik. Hər halda bu insanlığa zidd cinayətləri dünyanın tanımasında fayda olduğunu düşünürəm. Hərçənd dünyanın səssiz qalmasını da müşahidə etməkdəyik. Bütün hallarda soydaşlarımızın tapdanan haqlarının qorunması üçün əliimizdən gəldiyini əsirgəməməliyik, şübhəsiz buna da haqqımızın olmadığı qənaətindəyik. Əslində biz Güney Azərbaycanda bu gün sayları 35 milyonu keçən qardaş və bacılarımızın milli haqlarına çatmasında onların yanında olmağı özümüz üçün borc bilirik və bu yöndə siyasi mövqeyimiz dəyişməzdir.
Bəs bu günlər 70 ilini qeyd edəcəyimiz Təbriz soyqırımı haqda nə qədər bilirik? Yəqin kimsə buna etiraz etməz ki, biz tarixi yaddaşı iti olmayan bir toplumuq. Olanları tez unudaraq durumla barışar, heç nə olmamış kimi davam edərik. Bəlkə də bu xüsusiyyətdə pozitiv cəhətlər də araya bilərik. Amma unutqanlıq sindromu yaşayan toplumların tarixinə ekskurs etsək heç də uğurlu millət gerçəyilə üzləşməyəcəyik. Nə yazıq ki, bu əsnada bir zamanlar vətənimizin quzeyində yaşadıqlarımız güneyindən də yan keçməmişdir. 70 il öncə 1946-cı il dekabr ayında Pəhləvi rejiminin qoşunları Qəzvin hüdudlarından başlayaraq Güney Azərbaycan şəhərlərində amansızlıqla soyqırıma başladı. Zəncanda, Miyanada yüzlərlə soydaşımızı qanına qəltan edən Tehran qoşunu yol üstündə qarşısına çıxan qocaya,qadına, uşağa da rəhm etmədi. O tarixdən 6 onillik keçsə də düşünmürəm ki, Azərbaycan hələ də Miyanada Rüqəyyanın başına gətirilənləri, Şibli aşırımında fədai gənclərinin başlarının qurbanlıq kimi kəsilməsini , müctəhidlərin fədai qadınlarının namusunu halal elan etməsini tam unutmuşdur. Amma unutmasa belə zamanla üzləşdiyi durumla barışmaq məcburiyyətini yaşamışdır. Bir illik Milli Hökumət dönəmində İran cografiyasında görünməmiş inkişafa nail olmuş Təbrizin qan gölünə çevrildiyi o günlərdə tarix milllətimizə qarşı misli görünməmiş bir cinayətə də şahid oldu. 26 Azərdə(17 dekabr) Pəhləvi rejiminin qoşunları Təbrizi işğal edərkən minlərlə soydaşımızı qətlə yetirməklə yanaşı kitab qətliamı da həyata keçirdi. Milli Hökumətin bir illik varlığı dönəmində çap olunan Ana dilimizdəki bütün kitablar küçələrdə qalanmış tonqallarda yandırıldı. Yeganə günahı ana dilimizdə yazılması olan minlərlə kitab... Heç bircə il belə övladlarımızın oxumasına macal tapmadığı Azərbaycan türkcəsindəki dərsliklər.. Bu olay bəlkə də 20-ci əsrdə "Kitab qətliamı" kimi tarixə düşdü. Amma bəşəriyyət bu insanlığa zidd cinayətdən gerçəkdən xəbərdardırmı? Kitab qətlinə fərman verənlər və onların icraçıları haqda dünya ictimaiyyətini nə qədər məlumatlandıra bilmişik? Sivil dünyanı xüsusi eybəcərliyilə seçilən bu cinayət haqda məlumatlandırmaq üçün nə etmək gərəkdir? Azərbaycanın diaspora qurumları bu yöndə hər hansı addım atmışdırmı? Məncə bütün bu suallar cavabsız qalacaq. Amma bəşəriyyət bu cinayəti mahiyyət etibarı ilə tanımalıdır. Və bu tanıtma missiyası 21 Azər qüruru yaşayan bütün soydaşlarımızın öhdəsinə düşür. Gəlin, Seyid Cəfərlərin, Kavianların, Cavidlərin, Firidunların, Biriyaların bizə miras qoyduğu və tariximizdə cəmi bircə il balalarımızın öz analarının dilində oxuduqları o kitabların haqqını qismən də olsa bərpa edək.


Paylaş



Bölmə: Güneyin sesi, Köşə, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!