“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 11-07-2017, 19:29
Azərbaycanlı milli - mədəni fəal Nəsim Sadiqi məhkəməyə çağırılıb


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Azərbaycanlı milli - mədəni fəal, Təbriz sakini xanım Nəsim Sadiqi yaşadığı şəhərin İnqilab Məhkəməsinə çağırılıb.

Bu barədə fəala telefon vasitəsi ilə məlumat verilib. O, avqustun 15 - də Təbriz İnqilab Məhkəməsinin 1 - ci Şöbəsinə müraciət etməlidir.

Azərbaycanlı fəal, “Tərh-i No” qəzeti türklər haqqında təhqiramiz yazı dərc etdikdən sonra 2016 - cı il iyulun 28 - də Təbrizdə keçirilən etiraz aksiyasında saxlanılıb. Onun həmin dosye ilə əlaqədar məhkəməyə çağırıldığı bildirilir.

Etiraz aksiyasında yaxalanan Nəsim Sadiqi Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin təcridxanasında 5 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Fəal saxlandığı zaman “Sistemin əleyhinə təbliğ” və “Ölkə təhlükəsizliyinə qarşı addım atmaq” - da ittiham olunub.

2016-ci il iyulun 20-də ETTELAAT Nazirliyinə bağlı olan “Tərh-i No” qəzeti 868-ci sayısında türklərə qarşı təqhiramiz yazı dərc edib. Yazıda müəllif Firdovsinin Şahnamə əsərindən bir hikayə anladaraq türklərlə bağlı "Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı arvaddır. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get, arvadlar kimi əlinə pambıq və mil götür" – kimi təhqiramiz sözlərdən istifadə edib. Bu, Güney Azərbaycan Təbriz, Urmiyə, Zəncan, Marağa, Ərdəbil, Xoy və s. kimi şəhərlərində kütləvi etiraz aksiyalarına səbəb oldu, küçələrdə “Haray haray məntürkəm”, “Azərbaycan milləti, çəkməz bu zilləti”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlar səsləndirildi. Dinc keçirilən etiraz aksiyaları təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsinə məruz qaldı, etirazçılardan bir neçəsi döyülərək bədən xəsarətləri aldılar. Aksiyalar zamanı onlarla fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.

İranda türk millətinin təhqir edilməsi sistemli bir şəkildə həyata keçirilir. Bunu İran kütləvi informasiya vasitələri, xüsusi ilə Teleradio Şirkəti, rəsmi və qeyri - rəsmi orqanlar və hətta dini yığıncaqlarda görmək mümkündür.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!