Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 1-09-2017, 11:44
Həmədanda 170 sənaye müəssisəsi fəaliyyətini dayandırıb




Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Güney Azərbaycanda ağır iqtisadi vəziyyətlə əlaqədar yüzlərlə istehsal müəssisəsi işini dayandıraraq uzun müddətdir istehsal dövriyyəsindən kənarda qalıblar. Bu proses işsizlər ordusunun sıralarının daha da genişlənməsinə səbəb olur.


Həmədan Əyaləti Ticarət, Mədən və Sənaye Təşkilatının rəisi Həmidrza Mətin avqustun 31-də jurnalistlərə təmsil etdiyi əyalətdə 170 sənaye müəssisəsinin bağlandığını deyib.

“Hal-hazırda Həmədan Əyalətində sənaye sahəsində fəaliyyət göstərən 1178 müəssisəyə lisenziya verilib, lakin onlardan 170-i fəaliyyətini dayandırıb. Bağlanan müəssisələrin bəziləri gələcəkdə fəaliyyətini yenidən bərpa edə bilər”- deyə o bəyan edib.

H.Mətin sözlərinin davamında deyib: “Fəaliyyətini dayandıran müəssisələrdən 146-ı rəsmən bağlanılıb, onların artıq işığı söndürülüb. 37 sənaye müəssisəsi isə müştəri olduqca, yəni mövsümi işləyir. Bunu da nəzərə almalıyıq ki, qarşıdan qış fəsli gəlir, soyuq havalarda sənaye müəssisələrinin fəaliyyəti daha da məhdudlaşır”- deyə o qeyd edib.

Həmədan Əyaləti Ticarət, Mədən və Sənaye Təşkilatının rəisi sənaye müəssisələrinin yerləşdiyi məntəqələrlə bağlı əlavə edib ki, “əyalətdəki müəssisələrdən sadəcə 400-ü sənaye şəhərciklərində, qalan 800-ü isə digər məntəqələrdə yerləşir. Ona görə də bütün sənaye şəhərcikləri sözügedən problemə görə bağlana bilməz.”

Qeyd edək ki, son illərdə Güney Azərbaycanın müxtəlif bölgələrində sənaye müəssisələrinin bağlanması və işçilərin ixtisarı faktları çoxalıb. İqtisadi vəziyyətin ildən ilə tənəzzülü nəticəsində çoxlu soydaşımız iş tapmaq məqsədilə İranın fars vilayətlərinə köçür. Bu isə Azərbaycanda demoqarik vəziyyətin dəyişməsinə gətirib çıxarır.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!