Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 15-09-2017, 12:53
Azərbaycanlı millət vəkili Urmu gölünə baxış keçirdi: “Vəziyyət gərgindir” - VİDEO


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Urmu gölünə baxış keçirdikdən sonra gölün vəziyyəti ilə bağlı məyusedici sözlər deyib.

O, çərşənbə günü Urmu gölündə qalan son gəmiyə gedib əraziyə baxış keçirdikdən sonra göldə suyun səviyyəsinin aşağı düşdüyünü bildirib.

“Hal-hazırda Urmu gölünün vəziyyəti çox gərgin və nigaranedicidir. Hökumət və Urmu Gölünü Canlandırma Mərkəzi Urmu gölünə zülm edir. Bizim isə göldə suyun səviyyəsinin qalxması üçün təkcə ümidimiz payız yağışlarınadır”, - deyə o, vurğulayıb.

Urmu gölünün bugünkü vəziyyətinin Azərbaycan əhalisinə psixoloji təsiri olduğunu deyən N.Qazipur əlavə edib ki, “artıq göl quruduğuna görə onun hər tərəfi ağarıb. Göldə çox az su qalıb, su olan yerlər də əslində duz bataqlığıdır".

[media=http:/https://youtu.be/VGijfCX3nso]

Millət vəkili sözlərinin sonunda göldə suyun səviyyəsinə işarə edərək hazırkı vəziyyətlə bağlı həyəcan təbili çalıb. “Urmu gölündə suyun səviyyəsi 2003-cü (hicri-şəmsi təqvimi ilə 1392-ci il) illə müqayisədə 18-20 santimetr aşağı düşüb, bu məsələ ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır”- deyə N.Qazipur vurğulayıb.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani təxminən 4 il yarım öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünün canlandırılması və Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılacağına dair vəd vermişdir. Artıq ikinci dəfə prezident seçilərək rəsmən fəaliyyətə başlayan H.Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib, Urmu gölündə vəziyyət getdikcə pisləşir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!