“Güllə səsinə açılan qapı” kitabı işıq üzü gördü .....                        Leyla Əliyeva beynəlxalq elmi konfransda .....                        Prezident Agentliyin əməkdaşlarını təbrik etdi .....                        Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək .....                        Yeni tikiləcək yolların adları açıqlandı .....                        “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında xarici dillərdə məqalələr yaradılıb .....                        Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib .....                        Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilib .....                        MEK Beynəlxalq “Metafizika” Mərkəzinə kitablar hədiyyə edib .....                       
Tarix : 7-08-2014, 13:11

 

 

 

 

Hərbçi Jurnalistlər Birliyinin sədri: “Bəzi jurnalistlər bilmədən düşmən kəşfiyyatına xidmət edir”

 

Avqustun gəlməsi ilə start götürən və ikinci Qarabağ savaşının ilk cücərtiləri olan məlum hadisələr zamanı media bir çox qüsurlarla yadda qaldı. İnformasiya mübarizəsində rəqibinə uduzmamaq, operativlik xətrinə  ilkin cəhd etmək və s. səbəblərdən media orqanları cəbhə boyu yaşanan gərginlik barədə dezinformasiyalar yaymaqdan çəkinmədi. Modern.az bu istiqamətdə yeni yaradılan Azərbaycan Hərbçi Jurnalistlər Birliyinin sədri, hərbi-jurnalist Tamxil Ziyəddinoğlu ilə həm bu istiqamətdə həm də yeni yaradılan , bu gün üçün vacib olan QHT-si barədə etdiyi söhbəti sizlərə təqdim edir:

- Müharibə şəraitində qeyri- peşəkar,  təcrübəsiz jurnalistlərin sayı gündən günə artır. Belələrinin səbatsızlığından yararlananlar  Müdafiə Nazirliyi və digər güc qurumlarının mətbuat xidmətlərinin jurnalistlərlə  işi düzgün qura bilməməsindən istifadə edib bəzi məqamlarda ifrata vardı, ordu quruculuğuna qara yaxdı. Bir çox məsələlərlə bağlı saysız- hesabsız dezinformasiyalar yayırlar. Cəbhədə baş verən son hadisələr bunu bir daha sübut elədi.

- Sizin təşkilat da bu zərurətdən yarandı?

- Amma bu ideyanın doğma səbəbi konkret bir faktla əlaqəlidir. Deməli bir gün Daxili Qoşunların N saylı hərbi hissəsinə çəkilişə getmişdik. O vaxtkı komandan indi bizim müdafiə nazirimiz olan general-polkovnik Zakir Həsənov idi. Hərbi hissədə müəyyən məqamlarla tanışlıqdan sonra yeməkxanadan görüntü alanda müxbirlərin biri aşpaza belə bir sual verdi: Gündə neçə “pors” yemək bişirirsən. “Pors” da adam başına verilən yemək idi. Bunu deməklə şəxsi heyətin sayını da deyə bilərdilər. Aşpaz-gizir təcrübəsiz olduğundan rəqəmi demək istəyirdi. Amma ona imkan vermədim.  Dedim, gizir, hərbi sirri deyirsən. Məhz bu fakt mənə belə bir ideya verdi ki, hərb aləmində təcrübəsiz olan jurnalistlər üçün belə bir təşkilat yaradaq . Çünki jurnalistika fakültələrinin heç birində hərbi jurnalistikaya dair dərs keçilmir. O sahədə az-çox təcrübəsi olanlar da vaxtilə könüllü cəbhəyə, müharibəyə gedib orda təcrübə qazananlardır. Odur ki biz düşündük ki, təşkilatın xətti ilə treninqlər, görüşlər keçirib bu sahədəki boşluğu imkanımız çatan qədər dolduraq. 

- Nə zaman qeydiyyatdan keçdi və hazırda neçə üzvü var?

- Təsis yığıncağımız 2012-ci ildə keçdi. Qeydiyyat məsələsinə gəldikcə isə bir müddət bundan əvvəl Mətbuat Şurasında hərbi məsələlərə aid bir kitabın təqdimatı keçirilirdi. Mən də məqamında durub təşkilat haqqında məlumat verdim. Təşkilatımızı dövlət qeydiyyatından keçirtmək istəyimi eşidən Əflatun Amaşov, sağ olsun, məsələyə çox operativ yanaşdı. Elə orada Ədliyyə Nazirliyinə zəmanət məktubu yazdı. Hazırda nazirlikdə sənədlərin araşdırılması gedir , ondan sonra rəsmən qeydiyyatdan keçəcək. İdarə heyətimizdə tanınmış jurnalist, ehtiyatda olan polkovnik Elşad Qoca, ordu qəzetində işləyənlər, Əbülfət Qasımov, Vahid Məhərrəmli, Arif  Pənahlı, Əlisəftər Hüseynov var. Sıralarımıza qatılanlar çoxdur.  Hamısının adını çəkmək mümkün  deyil.  Qeydiyyata alınma məsələsi ortaya çıxandan sonra üzvlük üçün müraciət edənlərin sayı çoxdur. Amma bura başqa QHT-dən  istiqamətinə görə fərqlidir. Çünki bir xeyli dövlət strukturları ilə əlaqələr qurulacaq, ortada hərbi sirlər, milli təhlükəsizlik məsələləri, səmimi vətəndaşlıq mövqeyi olacaq. Odur ki, biz  tanımadığımız jurnalistlər barədə müəyyən tanışlıq araşdırması aparandan sonra üzvlüyə daxil edəcəyik.

- Birinci Qarabağ savaşında bir çox hərbi jurnalistlərimiz iştirak edib. Onlara təşkilata qoşulmaq üçün müraciət edəcəksinizmi?

- Biz təbii ki müəyyən döyüş təcrübəsi keçmiş, savaşda iştirak edən o yolları artıq geridə qoyan təcrübəli döyüşçü jurnalistlərimizi sıralarımıza qatacağıq. Onlarla ideoloji istiqamətdə iş görmək bizə də maraqlıdır. Məsələn, Mahir Süleymanov kimi təcrübəli döyüşçü jurnalistlərdən ideoloji təbliğat məqsədilə çox yaxşı istifadə etmək olar.

- Təşkilatın adına da diqqət edək. Biz həmişə hərbi jurnalist birləşməsini işlətmişik. Amma yeni təşkilatınızın adı hərbçi jurnalistlər adlanır. Bu barədə daha ətraflı danışa bilərikmi?

- Hərbi sözü geniş mənada işlənir. Yaradıcı çəxslərə hərbi sözünü şamil etmək o qədər də düzgün deyil. Amma hərbçi jurnalist deyərkən onun birbaşa peşə ixtisasını deyirsən. Məncə bu variantdaha doğrudur. İdman jurnalisti deyirlər amma idmançı jurnalist demirlər. Amma biz bir çox adamlarla məsləhət etdik, onlar da təcrübələrinə güvənib məsləhət gördülər ki. Hərbi yox hərbçi jurnalistlər  deyilməsi daha düzgün olar.

- Təşkilata üzv olmaq üçün hansı kriteriyalara riayət etmək lazımdır?

- Yeganə kriteriyamız vətənpərvərlikdir. Jurnalist də qələmi ilə, əqidəsi ilə döyüşür. O bunlarla döyüşən əsgərləri mübarizələrə səsləyir.

- Son hadisələr zamanı cəbhə xəttindən dezinformasiyaların yayılmasını nə ilə əlaqələndirirsiniz?

- Mən bunu ora gedən jurnalistlərin bəlkə də vaxtından qabaq sevincək olmaları ilə əlaqələndirirəm. Görürsən ki təmas nöqtəsində texnikanın yerini dəyişirlər bu da yazır ki, ordu düşmən üzərinə hücuma keçdi. Təbii ki, burada təcrübəsizlik də var. Başqaları da səhv  informasiyanı olduğu kimi tirajlayırlar. Foto, audio-video görüntülərin yayılması yolverilməzdir. Amma bizimkilər sosial şəbəkələrdə bunları edirlər. Amma bilmirlər ki sosial şəbəkələrdə  azərbaycanlı adları ilə maskalanmış düşmənlər var ki, sakit-sakit öz işlərini görürlər. Azərbaycanın əleyhinə kəşfiyyat fəaliyyətlərini həyata keçirirlər.

Bir məsələ də var ki, təcrübəsiz gənc bir əsgər qohumlarının yanında nəyisə danışır, onlar da bunu başqalarına danışır,  belə-belə sosial şəbəkələrə yol açır. Amma bunların hamısı düşmən kəşfiyyatının xeyrinə işləyən faktlardır. Maşın karvanlarını çəkirlər, az qala maşının seriya nömrəsi də orada görsənir. Belə çıxır ki,  biz könüllü olaraq düşmən kəşfiyyatına xidmət edirik. Olmaz belə!

- Təşkilat cəbhə xəttində treninq keçirəcəkmi?

- Özümüz hələ bu təşkilat yaranmamışdan qabaq 2000-ci ildən bu yana cəbhə xəttində, təmas nöqtələrində olmuşuq. Bu sahədə yetərincə təcrübəm var. İnşallah digər vətənsevərlərimizlə birgə görəcəyimiz işlər çoxdur.

Elmin Nuri

 



Paylaş



Bölmə: Müsahibə, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!