“Güllə səsinə açılan qapı” kitabı işıq üzü gördü .....                        Leyla Əliyeva beynəlxalq elmi konfransda .....                        Prezident Agentliyin əməkdaşlarını təbrik etdi .....                        Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək .....                        Yeni tikiləcək yolların adları açıqlandı .....                        “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında xarici dillərdə məqalələr yaradılıb .....                        Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib .....                        Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilib .....                        MEK Beynəlxalq “Metafizika” Mərkəzinə kitablar hədiyyə edib .....                       
Tarix : 31-10-2014, 13:09

 

 

 

Respublikanın Əməkdar jurnalisti Rəşid Mahmudovun əziz xatirəsinə

 

 

Rəşid müəllimin saflığı , sadəliyi , qayğıkeşliyi qarşısında baş əyirəm , səcdə edirəm . Peyğəmbərlərə, şeyxlərə səcdə etdiyim kimi.O, mirvari kimi saf, büllur kimi təmiz idi . Həyətimizdə böyük bir qızılgül kolu var . Onun gözəlliyi, ətri , qoxusu həyətə gələn hər kəsi özünə məftun edir. Bütün ilboyu da çiçək açır. Bu saat da onun üstü tər qönçələrlə doludur. Qışda ağappaq qar altında da üstü güllərlə dolu olur. 

Bu qollu-budaqlı, qocaman qızılgül kolunu mən ona, onun ömrünə bənzədirəm . O da ömrünün axırına kimi beləcə barlı-bəhərli idi . Son nəfəsinə kimi insanlara xeyirxahlıq edərdi. Mən də bu insandan ancaq xeyirxahlıq görmüşəm. 

1979-cu il idi. Orta məktəbi yenicə bitirmişdim. Müsabiqədən keçə bilmədiyim üçün Bakı Dövlət Universitetinə qəbul olunmamışdım . Zaqatala şəhər mədəniyyət evində gənc şairlərlə--rəhmətlik Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Əhməd Elbrus, Vaqif Bəhmənli, Vaqif İbrahim və başqaları ilə görüş keçirilirdi. Rəşid Mahmudov da onda Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi idi. Görüşə də özü sədirlik edirdi. Gənc şairlərdən bir-ikisi çıxış edəndən sonra söz mənə verildi . Həmin alqışlar indi də qulaqlarımdadır. Ertəsi gün atamı raykoma çağırdılar. Rəşid müəllimin rayonumzda işlədiyi dövrdə “Əməkdə igidliyə görə” medalına və ”Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüş atamla Rəşid müəllim arasında müəyyən dostluq əlaqələri var idi. Rəşid müəllim atama istedadımın üzə çıxması üçün əlindən gələn köməyi göstərəcəyini bildirmişdi. Bir neçə aydan sonra o, “Kommunist” qəzetinə redaktor göndərildi. Mənim “Zaqatala” şeirimi həmin qəzetdə dərc etdirdi . 

Mənim BDU-nun jurnalistika fakültəsində oxumağımda da Rəşid müəllimin böyük əməyi olub. Onun təmənnasız kömək etdiyi yüzlərlə jurnalist arasında mən də varam. Bütün böyük şəxsiyyətlər bəşəriyyətin sevimli insanlarıdır. Şərqin qüdrətli filosofu Əl-Cərabinin sözü ilə desək, xeyirli işlər

görüb insanlığa xidmət göstərən şəxslər ulu Tanrının dərgahına ağ üzlə gedərlər. Bəli, mən Rəşid müəllimdən həmişə ata qayğısı, ata sevgisi görmüşəm. O mənim mənəvi atam idi. Bir dəfə evlərində Rəşid müəllimə “Dağlardan axan nəğmələr” kitabımı bağışladım. Kitabı sevinclə alıb öpdü, sonra alnına qoydu. Kitabı açıb ona həsr etdiyim şeiri oxuyanda gözləri yaşardı. Dedi ki, sən məni tarixə salmısan,əziz balam. Həmin şeir belə idi: 

Kölgən üstümüzdən əskik olmasın,

Bir arzun çıxmasın boşa dünyada.

Səndən tələbimiz, istəyimiz yox,

Yetər ki, sən sağ ol, yaşa dünyada. 

***

Ey gözəl, mehriban, ziyalı insan

Demə yaşlanmışam, yaşa dolmuşam.

Doğma övladların çox olmasa da,

Sən neçə övlada ata olmusan! 

Hər dəfə Bakıya gedəndə onu və həyat yoldaşı Məhbubə xanımı ziyarət edərdim. Hər ikisi çox sevinərdi. 

…Rəşid İsmayıl oğlu Mahmudov 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsini, aspiranturanı, Ali Partiya Məktəbini bitirib. Keçmiş “Kommunist” qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri, inspektor, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, “Kommunist” qəzetinin redaktoru , “Azərbaycan kommunisti” – “Kommunist Azerbaydjana” jurnalının baş redaktoru, Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifələrində işləyib. Respublika Jurnalistlər İttifaqına, “Kitab” Cəmiyyətinə rəhbərlik edib. Azərbaycan KP MK-nın üzvü, dörd çağırış respublika Ali Sovetinin deputatı, mədəniyyət daimi komissiyasının sədri seçilib. Respublikanın “Əməkdar jurnalisti” fəxri adına, “Qızıl qələm”, “Üstad” ali jurnalistika mükafatlarına, bir sıra orden və medallara layiq görülüb.

 

Rəşid müəllimin Azərbaycan mətbuatı tarixinin tədqiqində, jurnalist kadların hazırlanmasında xidmətləri böyükdür. Çoxsaylı elmi-tarixi, ictimai-siyası publisistik yazıların müəllifi, neçə-neçə kitabın redaktoru və naşiridir. Rəşid müəllim belə məsul vəzifələrə öz bacarığına, biliyinə, əməksevərliyinə, tapşırılan işə məsuliyyət hissi ilə yanaşmasına və tələbkarlığına görə irəli çəkilib. Bir də bu keyfiyyətlər onun böyüyüb boya-başa çatdığı mühitdən, tərbiyə aldığı ailədən qidalanıb. Babaları, atası öz dövrlərinin xeyirxah, maarifpərvər insanları olub. 

1973-cü il iyulun 4-də Rəşid müəllim Zaqatala rayonuna işləməyə göndərilir. O, yeddi ilə yaxın bir müddətdə bu rayonda işləyir. Atam deyərdi ki, Rəşid müəllim gecələr saat 2-dən tez evə getmir.

Ötən əsrin 70-ci illəri və 80-ci illərin əvvəlləri Azərbaycanın iqtisadi, sosial mədəni həyatında çox qaynar illər, əsl intibah dövrü idi. Hər yerdə qayda-qanun, nizam-intizam möhkəmləndirilir, inkişaf uğrunda əsl yarış gedirdi. Kadrlara böyük tələbkarlıqla yanaşılır, onların işi təşəbbüskarlıq, məsuliyyət və paklıq meyarları ilə ölçülürdü. 

Rəşid müəllim həmin illərdə Zaqatala rayonunda böyük işlər gördü. Rayonun adı həmişə qabaqcıllar sırasında çəkilirdi, mükafatlandırılanlar arasında olurdu. Sonralar Rəşid müəllim o illəri xatırlayaraq deyirdi: --Gözəl rayondur, camaatı işgüzar, öz yurdunun ad-sanını uca tutan insanlardır. Təcrübəli, səriştəli təsərrüfat başçıları, istedadlı ziyalıları, fəalları çoxdur. Onlara arxalanıb etimadı doğrultmaq üçün özümdə qüvvə tapdım. Həm də respublika rəhbərliyinin böyük

diqqət və qayğısını gördüm. Müraciət etdiyim elə bir məsələ yox idi ki, operativ həllini tapmasın. Qabaqcıl təcrübəni öyrənmək üçün qonşu Şəki, Qax, Balakən rayonlarında, Moldovada, Özbəkistanda, Gürcüstanda oldum. Bir sözlə, hamımız əl-ələ verib, rayonun qabaqcıllar sırasında olmasına çalışdıq. O illərdə Zaqatalada 30 min tondan çox taxıl, 10 min ton tütün, 420 ton barama, 450 ton gül ləçəyi, 2 min tona yaxın fındıq istehsal edilirdi. Heyvandarlıq kompleksləri, yem sexləri tikilir, palmet meyvə, üzüm bağları salınırdı. Heyvandarlıqda yaxşı göstəricilərə nail olmuşduq. Yeni istehsalat, mədəniyyət, təhsil, sosial-məişət obyektləri, yaşayış binaları tikilib istifadəyə verilmiş, böyük abadlıq işləri görülmüşdü. Rayon hər il Ümumittifaq və respublika yarışlarının qalibi olurdu. Yeddi ilə yaxın Zaqatalada işlədim və bir neçə dəfə müraciətimdən sonra respublika rəhbərliyi mənim Bakıya qayıtmağıma razılıq verdi. Bir ay Azərbaycan KP MK-da işlədikdən sonra “Kommunist” qəzetinə redaktor təyin edildim. 

Rəşid müəllim ömrünün 45 ilini mətbuata həsr edib. Elə günlər olub ki, səhəri redaksiyada, mətbəədə açıb. Bu, hər şeydən əvvəl, peşə intizamı, məsulliyyət hissi ilə bağlı idi. O zaman hətta nöqtə, vergül, hərf səhvi texniki qüsur kimi redaksiyada böyük gərginlik, əsəbilik yaradırdı. Faktların təhrifindən, qeyri-obyektiv tənqiddən isə söhbət belə gedə bilməzdi. 

Rəşid müəllim əsl vətəndaş idi. Qarabağ hadisələri ilə bağlı cəsarətli çıxışları onun vətəndaş mövqeyini aydın göstərir. Sonralar bu barədə xatirələrində yazırdı: “1986-ci ildə “İzvestiya”və “Komsomolskaya pravda” qəzetlərində, “Oqonyok” jurnalında və digər mərkəzi nəşrlərdə Şuşanın, Gəncənin, Dağlıq Qarabağın Ermənistan əraziləri kimi göstərilməsinə etiraz olaraq replikalar, o cümlədən “Coğrafiyanı səhv salanda” adlı məşhur tənqidi məqaləni verdim. İctimaiyyət bizi müdafiə etsə də, Sov. İKP MK-nın təkidi ilə məsələ Azərbaycan KP MK-nın bürosuna çıxarıldı və qərar qəbul edildi. Bu, “Kommunist” qəzetinin redaktoru vəzifəsindən getməyimə səbəb oldu”. 

Rəşid müəllim çalışırdı ki, jurnalist işdə özünü doğrultsun, jurnalistikanın spesifik xüsusiyyətlərini yaxşı bilsin. Bizə deyərdi ki, jurnalistika ictimai-siyasi və ədəbi-bədii fəaliyyətin mühüm qolu olmaqla bütün peşələri, sənətləri ehtiva edən bir sahədir. Jurnalist təkcə informator, xəbər-məlumat yayıcısı deyil, dövrün salnaməçisidir. Jurnalistika tarixin, hadisələrin, insanların həyatının güzgüsüdür. O, xalqla dövlət arasında əlaqə yaradan çox mühüm ünsiyyət vasitəsidir, biliklərin yayıcısıdır, ictimai fikri formalaşdıran və xalqı səfərbər edən vasitədir. Buna görə də jurnalistdən hərtərəfli bilik, baş verən hadisələrə dərindən nüfuz etmək bacarığı, fəhm və məntiqi təfəkkür tələb olunur. Hər hansı mövzuda yazarkan, ilk növbədə, düşünməlisən: məqsəd nədir, kimdən, nədən və nə üçün yazırsan, yazdığının səmərəsi olacaqmı? 

Həsən bəy Zərdabinin bu sözlərini tez-tez təkrar etməyi sevərdi: “Qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur ki, işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin”. Doğru söz, vicdan, həqiqət və yalnız həqiqət! – Bu, yalnız jurnalistin ürəyi və qəlbi olmalıdır!.. 

Rəşid müəllim deyərdi ki, jurnalist hər şeydən yazmağı bacarmalıdır. Bununla birlikdə yaradıcılığında bir sahənin mütəxəssis səviyyəsində bilicisi olmalıdır, və o sahə üzrə də yaxşı tanınmalıdır. Buna görə də jurnalist kadrların ixtisaslaşdırılması məsələsinə böyük diqqət yetirərdi. O, jurnalistləri “cəmiyyətin qızıl fondu” hesab edərdi. 

Ümummilli liderimiz Heydər Əliyevin “Xalq qəzeti”nin 75 illiyi münasibətilə 1994-cü il 25 avqust tarixli təbrik məktubda deyilirdi: “Uzun müddət “Kommunist ” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur. Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında onun böyük xidmətləri vardır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri həmin gəzetin yaradıcılıq məktəbini keçmişlər”. 

Rəşid müəllimin əmək fəaliyyətinin 20 ili bu qəzetdə keçib. O, həmişə fəxr edərdi ki, “Xalq qəzeti”nin redaktorları sırasında onun da adı var. 

Rəşid müəllimlə son görüşümüzü tez-tez xatırlayıram. Hal-əhval tutandan sonra dedi:- Hər bir insan ahıl vaxtında keçdiyi ömür yoluna nəzər salır: mən necə yaşamışam, həyatda hansı izləri qoymuşam? Müqəddəs kitabımız “Qurani-Kərim”də də deyilir ki, insan gərək yaxşı əməl sahibi olmağa çalışsın… Başqalarına kömək etsin, bəd əməllərdən çəkinsin. Yaxşı əməllərinə görə babaların ruhuna el-oba həmişə rəhmət oxuyur. İstəyirəm ki, nəvələrim, nəticələrim də məni belə ansınlar. İnsanı yaşadan onun yaxşı işi, yaxşı əməlidir. Xoşbəxt o adamdır ki, Vətəni, xalqı üçün xeyirli bir iş görür. Başqalarına nəsə bir köməyi dəyir. Başqalarına əl tutan, Vətənini, xalqını sevən adamı Allah da sevər. Bütün bu dediklərim mənim üçün həyat meyarı olub. Hətta adi məzəmməti özümə sığışdırmamışam. Ona görə də şəxsi işlərim həmişə ikinci plana keçib. Naz-nemət nə olduğunu bilməmişəm. Əməyimin haqqı nə olubsa, onunla yaşamışam...

 

Onun bu sözləri indi də qulaqlarımda səslənir. Ən çətin anlarda belə qolumdan tutur. Yaşamağa, mübarizə aparmağa ruhlandırır... 

Allahı sevənlər öz ölümlərini əvvəlcədən bilirlər. O da ölümünə iki gün qalmış mənə zəng vurdu. Uzaq bir səfərə gedirmiş kimi vidalaşdı... 

...İsmayıllıda onun qəbrini ziyarət etdim. Acı göz yaşları içində qeybdən qələn bir səslə Tofiq Fikrətin bu misralarını oxudum: 

Dedilər ki, işsiz qalan türbəndə

Vahşi güllər açmış, görməyə gəldim.

O cənnət bağının hakiminə bən də ,

Həsrətlə üzümü sürtməyə gəldim!

 

Dedilər ki, sana amal bağlayan,

Qəbrində diz çöküb, bir dəm ağlayan,

Bərmurad olurmuş! Bən də bir zaman ,

Ağlayıb murada ərməyə gəldim! 

Gözəl əməllərin nurundan nəcib ruhunuz nurla, işıqla dolsun! Oxuduğum dualarımı mələklərin qanadlarında Allah-təala Sizə çatdırsın. 

Həvva Vasalova,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Paylaş



Bölmə: Mədəniyyət, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!