Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 19-12-2017, 13:36
Şuşada son gülləsinədək vuruşan ŞƏHİD - VİDEO
Natiq Əmirxan oğlu Şahmuradov 1963-cü il avqustun 14-də Xankəndinin Kərkicahan qəsəbəsində anadan olub. Əvvəl qəsəbədəki Səməd Vurğun adına 6 saylı səkkizillik məktəbdə təhsil alıb, sonra isə təhsilini Xankəndindəki Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə davam etdirib.
İki illik həqiqi hərbi xidmətdən sonra Natiq Xankəndi şəhər Daxili İşlər Şöbəsində polis nəfəri kimi xidmətə başlayıb. Nümunəvi xidmətinə görə 1989-cu ildə Bakıda orta xüsusi milis məktəbinə oxumağa göndərilib. Məktəbi bitirdikdən sonra onu təyinatla Saatlı rayonuna göndərəndə imtina edərək Qarabağa göndərilməsini xahiş edib. Göndərişlə bağlı Natiq mətbuata da müraciət edib, “Aydınlıq” qəzetində “Bizi Qarabağa göndərin” başlıqlı məqalə ilə öz arzusunu, düşməndən qisas almaq istəyini ifadə edib. Beləliklə, müvafiq nazirlik Natiqin vətənpərvərliyini, təkidli istəyini nəzərə alaraq onu Şuşa rayon Polis Şöbəsinə xidmətə göndərib.
Bütün varlığı ilə doğma Qarabağa bağlı olan, tükənməz Qarabağ sevgisi ilə yaşayan Natiqin döyüş yolları Kərkicahandan başlanıb. Natiq vətən uğrunda ağır döyüşlərdə fəal iştirak edib, düşməni itkilərə məruz qoyub. O, vətənin ən ağır günlərində öz övladlıq borcunu ləyaqətlə yerinə yetirərək silahdaşlarına nümunə olub, qanlı-qadalı günlərdə soydaşlarının ümid yerinə çevrilib.
Natiqin son döyüşü Şuşanın işğalı günü olub. 8 may 1992-ci il. Artıq ermənilər Şuşaya daxil olmuşdu. Şuşa can verirdi. Natiq bu ağır anlarda rahatlıq tapa bilməzdi. O, silahını götürüb silahdaşları ilə şəhərin girişində olan Şuşa həbsxanasına tərəf üz tutub. Qanlı döyüşlər başlanıb. Natiq bir an içərisində bu döyüşün hökmünü verib. Son gülləsinədək, son damla qanınadək döyüşməlidir.
Ermənilər həbsxananın ərazisinə doluşanda özünə əlverişli mövqe seçən Natiq əvvəlcə giriş qapısını hədəfə alıb. İyirmiyə yaxın erməni yaraqlısı bu hədəfdə Natiqin gülləsinə qurban gedib. Natiqin şücaəti sayəsində həbsxanada olan dustaqlar azad edilərək onlar da silahlandırılıb və ermənilərə qarşı mübarizəyə atılıblar.
Natiq bir erməni texnikasını məhv etməyə imkan tapıb. Qüvvələr isə qeyri-bərabər olub: həm canlı, həm də texnika tərəfindən. Bunu Natiq hiss edib.
Və nəhayət, Natiqin gülləsi tükənib. İki yol qalıb, ya geri çəkilmək, ya da erməni yaraqlılarının birini təkləyib əlbəyaxa döyüşərək sursatını əlindən almaq. Natiq ikinci yolu seçib. Özünü irəliyə atıb, sinəsini qabağa verib düşmənin üstünə gedib. Əlbəyaxa döyüşdə Natiq erməni yaraqlısını tərksilah edib. Əldə etdiyi silahla son mübarizəsini aparıb.
Təbii ki, Natiq kimi vətənpərvər igid Şuşanı dar məqamda qoyub qaça bilməzdi. Axı həmin anda köməksiz qalan Şuşa Natiq kimi igidlərə ümid bəsləyirdi. Ya Şuşa xilas olmalı, ya da Natiq Şuşa ilə birgə şəhid olmalıydı. Beləcə, Natiq öz qərarından dönməyib son damla qanınadək vuruşub. Şuşa torpağını qucaqlayıb şəhidlik zirvəsinə ucalıb.
Natiq öz əxlaqı, davranışı, ünsiyyəti ilə ətrafındakılara xoş təsir bağışlayan, mehriban, yaraşıqlı bir gənc idi. Ulu Tanrı əsrarəngiz təbiətə malik qeyrətli kişilərin, Nigar hünərli qadınların vətəni Kərkicahanın gözəlliklərindən Natiqə səxavətlə pay vermişdi. Əmirxan kişi, Faizə müəllimə kimi xeyirxah, nəcib insanların ailəsində tərbiyə almış Natiqin daim gülərüz çöhrəsi sanki Qarabağın gözəlliklərlərindən nur alırdı. Ürəyəyatımlı, şirin səsi var idi. Onun ən ali xüsusiyyətlərindən biri də canında, qanında, düşüncəsində, əməllərində azərbaycançılıq ideyalarının olması idi.
Natiqin gözəl ailəsi vardı. Yoldaşı Sevinc xanım, oğlu Fərid və qızı Günel. Onlar indi də Natiqin yoxluğu ilə barışa bilmirlər. Yoldaşı deyir ki, o mənim ən yaxın dostum, sirdaşım idi. Natiqin ölümü ilə mən həyat yoldaşımla yanaşı, dostumu, sirdaşımı da itirdim.
Hazırda Gəncədə yerləşən Kərkicahan orta məktəbi Natiqin adını daşıyır.
Qeyd edək ki, Natiqlə bağlı mətbuatda indiyə qədər bir çox yazılar verilmiş, televiziyalarda proqramlar hazırlanmış, haqqında kitablar yazılmışdır.
Onu da qeyd edək ki, 1992-ci il mayın 8-də Şuşanın işğalı günü Natiq şəhid olanda qardaşı Namiq də itkin düşüb. Namiq də qardaşı Natiq kimi vətənpərvər və torpağın bir qarışını dünyanın bütün var-dövlətindən əziz bilən biri olub.
Hələ də Namiqin taleyi haqqında heç bir məlumat yoxdur.
Bundan əlavə Natiqin yaxın qohumu Səmədov Gündüz Hidayət oğlu da Şuşa döyüşlərində iştirak edib və qəhrəmancasına döyüşlərində şəhid olub.
Talelər var şirin-şirin, talelər var acı-acı. Hər insanın bir ömür yolu, qisməti var. Natiqin də qismətinə şəhidlik yazıldı. Neçə-neçə qapını ölüm dediyimiz qara kabus döydü. Bu kabus neçə-neçə ananı balasız, bacını qardaşsız, balanı atasız, xanım-xatun gəlinlərimizi ərsiz qoydu.
Deyirlər ki, şəhidlər durna köçünə bənzər. Qələbədə doğma yurdlarına üz tutacaqlar. Özləri dönməsələr də ruhları qonaq gələcək...


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!