"Demirəm, qızıldan saray tikdirsin...." - ŞEİR .....                        "Darıxmışam" - Təranə Məmmədzadədən yeni şeir .....                        Daha bir layihənin icrası yekunlaşıb .....                        Həmin dünya .....                        Azadlıq carçısı .....                        “1918-ci il hadisələri – UNUDULMAYAN TARİX” sənədli filminin təqdimatı olacaq .....                        “Serj Sarqsyanla 5 rayonun qaytarılması haqda razılıq əldə olunmuşdu, Paşinyan onu ləğv etdi” - Aleksandr Dugin .....                        "Tabutu kəm Azərbaycan elmi" .....                        Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj .....                       
Tarix : 26-02-2018, 12:39
Uduzdum səni

Ramiz Qusarçaylı

Bir qarlı-şaxtalı qış axşamında
Xocalı-Xocalı uduzdum səni.
Sənə şirin-şirin nağıl söyləyib
Acılı-acılı uduzdum səni...

(Poemadan ixtisarla)

Tanrı səni nurdan var eyləmişdi,
Cənnətin gözündə yer eyləmişdi,
Çopur daşını da pir eyləmişdi,
Mən səni qoruya bilmədim, Vətən...

Səni Sibir-Sibir səpələdilər,
Səni qəbir-qəbir qəlpələdilər,
Səni çadır-çadır təpələdilər,
Mən səni qoruya bilmədim, Vətən...

Səni üyütdülər sərvət yerindən,
Səni uyutdular şəhvət yerindən,
Cəhənnəm göyərdi cənnət yerindən
Mən səni qoruya bilmədim, Vətən...

Toy tutdu erməni, urus, fars sənə,
Olmadı bu boyda oyun dərs sənə,
Gülür Çanaqqala,
gülür Qars sənə,
Mən səni qoruya bilmədim, Vətən...

Kəlbəcər şah idi,
Laçın xan,-hanı?..
Xankəndi xaniman,
Şuşa can,-hanı?..
O boyda Qarabağ,-
o dastan hanı?-
Mən səni qoruya bilmədim, Vətən...

Ağbulaq gözündə qanlı suyam mən,
Muğanlı elində ağlar toyam mən,
Urud dastanında qara boyam mən,
Mən səni qoruya bilmədim, Vətən...

Orda saman rəngli barılar qalıb,
Orda qız qarıyan qarılar qalıb,
Orda bağrı şan-şan arılar qalıb...
Mən səni qoruya bilmədim, Vətən...

Başından qan-qada əskik olmadı,
İrandan,Turandan dəstək olmadı,
Bir az özündə də istək olmadı...
Mən səni qoruya bilmədim, Vətən...

Sənsən hər pıçıltım, hər bəndim mənim,
Sənsən Araz sözüm, Kür bəndim mənim,
Üşüyür Təbrizim, Dərbəndim mənim
Mən səni qoruya bilmədim, Vətən...

Tutan ahdan tutub, amandan tutub,
Yıxdılar evini “imandan” tutub,
Yellənə qalmışam gümandan tutub
Mən səni qoruya bilmədim, Vətən...

***
Bir qarlı-şaxtalı qış axşamında
Xocalı-Xocalı uduzdum səni.
Sənə şirin-şirin nağıl söyləyib
Acılı-acılı uduzdum səni...
Böyüklü-kiçikli uduzdum səni.
Uşaqlı-qocalı uduzdum səni.
Qar üstə səpilən gül balaların
Ana qucağını uduzdum,Vətən.
Bir ahıl kişinin başından düşən
Sənin papağını uduzdum,Vətən.

Qan-qan, ölüm-ölüm uduzdum səni
Səni yesir-yesir uduzdum,Vətən...
Qız-qız, gəlin-gəlin uduzdum səni.
Səni əsir-əsir uduzdum,Vətən...

Ağdam Qarabağın “toy otağı”ydı,
O “toy”da başıma nələr gəlmədi,
O toyda Yerini uduzdum sənin,
O toyda Göyünü uduzdum,Vətən,
Dost deyib duz-şörək kəsdiklərinə
“Çörək muzeyi”ni uduzdum,Vətən.

Orda, Daşaltıda daş-qalaq oldum,
Gör səni Şellidə neylədim, Vətən...
Yırtdım ürəyini,
yırtdım üzünü,
Qanlı daşlarını iylədim, Vətən...
Qarğışı tutacaq “Xarı bülbül”ün
Şuşanı bazarlıq eylədim, Vətən...

Pozdum miqyasını,
masştabını,
Qoruya bilmədim baş kitabını,
Səni sənəd-sənəd uduzdum, Vətən,
Ərizə-ərizə uduzdum səni.
Səni sərhəd-sərhəd uduzdum, Vətən,
Ərazi-ərazi uduzdum səni...

Uduzdum rəngini, boyalarını,
Qədim laylarını uduzdum, Vətən.
Uduzdum dağını, qayalarını,
Sənin çaylarını uduzdum, Vətən.

Xəyanət göyərdi hər bucağında,
Sənin həndəsəni uduzdum,Vətən.
Yadlara yazdırıb tarix dərsini,
Sənin tədrisini uduzdum,Vətən.
...Sənə “Mədrəsəli” çaxır oxutdum,
Sənin mədrəsəni uduzdum,Vətən.

Getdi Xan Çoban da,
Arpa çayı da,
Daha sel Saranı aparan deyil.
Bir dərə dibində batıb Həkəri,
Bu dağdan qaysağı qoparan deyil...

Mehridə mehr yox,
Sübhanda sübhan,
Ağrının bağrına dağ çəkdim, Vətən.
Daş-daş sızıldayır Alagöz dağı,
Ala gözlərinə ağ çəkdim, Vətən.

Daha Toxluca yox,
Dərələyəz yox,
O güllü yuvanı uduzdum, Vətən.
İçi ağ balıqlı,
qızıl balıqlı
Göyçəni Sevana uduzdum, Vətən...

Səni Alı-Alı uduzdum, Vətən,
Ələsgər-Ələsgər uduzdum səni.
Daha o yerlərdə söz düzənim yox,
Daha İrəvanda xal gəzənim yox,
Sazını uduzdum Sayat Novaya,-
O sazda bizlərdən bir kimsə yoxdu,
O sazda Ağdaban, Ağkilsə yoxdu,
Şəmşirin nəfəsi itib o sazda,
Simlərin min dərdi bitib o sazda...

Harayla Nəbini, səslə Həcəri,
Havalı könlümə yazmışam,Vətən...
Sinəmə sıxmışam Basarkeçəri
Boynumdan saz kimi asmışam, Vətən...

Səni sındırdılar cavan yaşında,
Səni kürəyindən vurdular, Vətən.
Qara gün yazdılar adına sənin
Qırmızı-qırmızı ordular, Vətən.

20-əsrin Mart qırğınları,
Kimlər boğulmadı bu dərddə, Vətən.
Martda göy islanar,
Yer çiçəkləyər,
Şəhid çiçəklədin sən Martda, Vətən...

Səni Laçın-Laçın uduzdum, Vətən,
Kəlbəcər-Kəlbəcər uduzdum səni.
Səni naşı-naşı uduzdum, Vətən,
Eybəcər-eybəcər uduzdum səni.

Getməyə üz də yox Kərkicahana,
Kərkidə keyfini uduzdum, Vətən.
Qisas qiyamətə qaldı deyəsən
Mən sənin heyfini uduzdum, Vətən...

Özüm öz günümə ağı demişəm,
Özüm öz dərdimi ötmüşəm, Vətən.
Rusiya Qafqazın ilan ağzıdı,-
Gəlib düz ağzında bitmişəm, Vətən...

Dünyanın abrı yox,
xəcaləti yox,
Hələ xumarlanır xəcilliyinə,
Yaxası erməni əlində qalıb
Hələ də oynayır “dəcəlliyinə”...
ATƏT BMT- nin bic balasıdı,
Bicdən bu yerlərə hay olmaz, Vətən.
Qət etdi...etmədi, uduzan mənəm
Ədalət bu qədər zay olmaz, Vətən.
Şəhidsiz bir günün keçmədi sənin
Bu qədər yas olmaz, vay olmaz, Vətən...

Səni ATƏT-ATƏT uduzdum,Vətən,
BMT-BMT uduzdum səni.
Səni sammit-sammit uduzdum, Vətən,
Qətnamə-qətnamə uduzdum səni.


Paylaş



Bölmə: Karusel, Manşet, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!