UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 23-06-2018, 15:51
Şərəfli yolun yolçusu

Bu gün Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin doğum günüdür.
Butov.az xəbər verir ki. A.Quliyevin 47 yaşı tamam olur.

Azay Quliyev 23 iyun 1971-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə-Sisyan rayonunun Vağudi kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb.1989-1991-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçib.
1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun “Beynəlxalq Dövlət İdarəçilik Proqramı”nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-da Harvard, “Kennedy School”da, “QHT Liderləri üçün Strateji İdarəetmə” proqramında, 2007-2013-cü illərdə isə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil alıb.
1993-1998-ci illərdə “Elitar” Gənclər Klubunun və “Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı” İctimai Birliyinin sədri olub.
1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999-2008-ci illərdə Azərbaycan Milli QHT Forumunun prezidenti vəzifələrində çalışıb.
Şərəfli yolun yolçusu

2001-2003-cü illərdə Almaniya Texniki Əməkdaşlıq Agentliyinin(GTZ) Azərbaycan nümayəndəliyinin vətəndaş cəmiyyəti üzrə eksperti olub.
2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Milli Məclisə deputat seçilib.
2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputat seçilib.
Azay Quliyev 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir. Dövlətin vətəndaş cəmiyyətinə dəstəyinin uğurlu mexanizmi olan Şura QHT-lərə məlumat, təşkilati-texniki, konsultativ, maliyyə və metodiki yardım edir.
Şərəfli yolun yolçusu

A.Quliyev 2016-cı ildən ATƏT PA-nın vitse-prezidentidir.
Siyasi elmlər üzrə fəlsəfə doktorudur, ingilis, rus və türk dillərini bilir.
Onu da qeyd edək ki, Azay Quliyevin vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında xüsusi xidmətləri olub. Həm də 10 yaşlı QHT Şuraçına 10 ildir ki, ləyaqətlə rəhbərlik edir. Millət Vəkili olaraq seçicilərini vaxtaşırı qəbul edib problem və istəklərilə maraqlanır. Beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edərək şərəfini qoruyur. Ona bu şərəfli yolda uzun illər yürüməyi və Azərbaycanımızın Bütövləşəcəyi günü görməyi arzulayırıq.
Butov.az


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!