XİN Başçısı Pavel Knyazevi qəbul etdi .....                        Hikmət Hacıyev: “Biz bu səhifəni çevirdik, sülh və təhlükəsizliyi təmin etdik” .....                        İranın dövlət agentliyi Azərbaycandakı səfiri istefaya çağırdı .....                        Cəlilabadda məktəb direktoruna cinayət işi açıldı .....                        TƏBRİK EDİRİK ! .....                        “Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                       
Tarix : 27-08-2018, 16:21
  Zivər bəy: ,, Nə qədər ki Bakida Bağdasarovlar və Roxinlər var bu millətə xoş gun yoxdur "

Elmar Həsənli



1918-1925 ci ilərdə Bakinin baş memari olan Zivər bəy Əhmədbəyov 1925 ci ildə intihar edir. İntihar etməmişdən öncə məktubunda yazir "Nə qədər ki Bakida Bağdasarovlar və Roxinlər var bu millətə xoş gun yoxdur"


Zivər bəy Əhmədbəyov Azərbaycanın ilk ali təhsilli rəssam-memarı olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı işləyib. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən (1902) sonra Bakı quberniya idarəsinin İnşaat şöbəsində, Bakı şəhər idarəsində memar işləyib. 1907-ci ildə Şamaxı şəhərinin baş memarı təyin edilib, məhəllələrin düzgün planlaşdırılması və tikilməsinə, zəlzələ zamanı (1908) dağılmış Cümə məscidinin yeni layihəsinin hazırlanmasına böyük əmək sərf edib. Əhmədbəyov Azərbaycan xalq memarlığının mütərəqqi ənənələrini Şərq və Avropa memarlığı ilə üzvi surətdə əlaqələndirib. Azərbaycan Cümhuriyyəti dövründə Bakının baş memarı vəzifəsində çalışan Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət “Sentrokaspi diktaturası”ndan azad olunması ( 15 sentyabr 1918) zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidə kompleksinin layihəsini hazırlayıb. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunub. Açıq deyəcəyəm: 1925-ci ilin 16 fevral tarixində babam Çəmbərkənddə yerləşən evində özünü güllələdi. Babamla bağlı sənəd və materialları rəhmətlik qardaşım tapıb və məqalələr şəklində çap edib. Həmin vaxt babamın 52 yaşı vardı. Onun yeganə qızı olan anam Firəngiz hərdən babamız barədə qorxa-qorxa danışardı. Çünki babamın intihar etdiyi illərdə vəziyyətin necə olduğu hər kəsə məlumdur. Babam qətiyyən Sovet hökumətini qəbul etmirdi. O, Almaniyaya, Fransaya getmişdi. Sovet hökumətinin qərarları ilə razılaşmırdı. Ona görə də, tez-tez aralarında toqquşmalar baş verirdi. Bunları bizə anamız danışıb. Sovet hökuməti xaricə gedən insanları da qəbul etmirdi. 1920-ci illərdə Azərbaycana Şaumyan kimi ermənilər rəhbərlik edirdilər. Babam da bununla razılaşmırdı.
  Zivər bəy: ,, Nə qədər ki Bakida Bağdasarovlar və Roxinlər var bu millətə xoş gun yoxdur "

Babamgilin evi indiki Dağüstü Parkda (Çəmbərkənd) yerləşirdi. 1967-ci ildə babamın evini sökdülər. Yol çəkirdilər. Çox haqsız yerə sökdülər. Akademik Hüseynov özü sənədlərə qol çəkmişdi ki, bu ev muzey kimidir və qanunla qorunmalıdır. Mən həmin evdə anadan olmuşam. Uşaqlığım o evdə keçib. Böyük ev idi. Otaqları da, həyəti də geniş idi, velosipedlə gəzirdim. Yaxşı yadımdadır, o evə çoxlu qonaqlar gələrdi. Babam xaricdən gələndə patefon valları gətirərdi. Orada royal da vardı. Anam ərə gedəndən sonra babam evi anama bağışlamışdı. Babam elə həmin o evdə də həyatına qəsd eləmişdi.

Ölümündən sonra Çəmbərəkənddə evinin yanında dəfn olunan Zivər bəyin məzarı da rahatlıq tapmayıb. 1931-ci ildə hökumətin qəbul etdiyi qərarla Çəmbərəkənd qəbiristanlığı dağıdılıb məzarların üstündə park salındı və Sergey Mironoviç Kirovun nəhəng heykəli ucaldıldı. Zivər bəyin yeganə övladı Firəngiz xanım atasının məzarını başqa yerə köçürsə də, tezliklə o yerdə də Fəxri Xiyabanın tikintisi üçün köhnə qəbiristanlıq alt-üst edilir. Firəngiz xanım bu hadisədən dərin sarsıntı keçirir. Beləliklə, Zivər bəy Əhmədbəyovun məzarı itərək, torpağa qarışıb.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!