“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 14-09-2018, 20:48
Bakı xilaskarı Nuru Killigil .


15 sentyabr – bu gün əbədi olaraq tariximizə qızıl hərflərlə həkk olunub.Düz 100 il öncə Azərbaycanın döyünən ürəyi Bakı türk əsgərlərininn şücaəti və qanı bahasına erməni-bolşevik işğalından azad edilib.
Bununla da Azərbaycanda müstəqil dövlət quruculuğunun əsası qoyulub.
1918-ci ilin may ayında Milli Şuranın Tiflisdə Azərbaycanın müstəqilliyini elan etməsinə baxmayaraq , ölkə ərazisinin bir hissəsi o cümlədən Bakı işğal altında idi. Doğma Bakıda Stepan Şaumyanın rəhbərlik etdiyi “ Bakı Komunnası”, həm də ingilis dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak “ Sentrokaspi diktaturası “ hökuməti fəaliyyət göstərirdi. Erməni-rus işğalçıları tərəfindən bu ərazilərdə günahsız insanlar qətlə yetirilir, türk və müsəlman əhaliyə qarşı soyqırım siyəsəti həyata keçirilirdi. Sözsüz ki , belə bir çətin anda Milli Hökumətə yardım edə biləcək tək dövlət onun müstəqilliyini ilk tanıyan Osmanlı Türkiyəsi ola bilərdi. Belə də olur. Hərbi dəstək barədə qardaş dövlətə müraciət nəticəsiz qalmır.
Türkiyənin Hərb naziri Ənvər paşa bu sıxıntının çözülməsi üçün Qafqaz İslam Ordusunun yaradılmasına qərar verir. Qısa müddət ərzində qardaşı Nuru (Killigil) Paşanın komandanlığı ilə azərbaycanlı və dağıstanlı könüllülərdən ibarət ordu qurulur.
Avropa dövlətlərinin etirazına baxmayaraq , türk qoşunları Bakı və ətraf rayonların bolşevik-erməni quldurlarından təmizlənməsi istiqamətində hərəkətə keçir. Ağır və uzun keçən döyüşlərdən sonra nəhayət, 1918- ci il sentyabr 15-i Qurban bayramı günündə Bakı işğalçılardan azad olunur.Osmanlı qoşunları bu hərəkat boyunca 4000-dən çox şəhid verir .Təkcə Bakının azad olunması uğrunda həyata keçirilən hərbi əməliyyatlarda Qafqaz İslam Ordusunun 1130 əsgər və zabiti həyatını itirir.Yerli əhalidən isə şəhid sayı 5000-dən artıq olur.
Həmin gün şəhər tarixinin ən həyəcanlı və unudulmaz günlərini yaşayır. Xalq düşmənin basqı və şiddətindən qurtulur. Türk əsgərlərinin nəzarəti altında Bakı asayişə və iqtisadi rifaha qovuşur.İki gün sonra isə 1918-ci il sentyabrın 17-si Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Milli Hökumətin paytaxtı Gəncədən Bakıya daşınır.
Bu tarixi zəfər bütün türk və islam aləmində sevinclə qarşılanır. Bakının azad olunması münasibətilə ilk təbrik Nuru Paşaya Osmanlı dövlətinin Hərb naziri Ənvər Paşadan gəlir .Təbrik teleqramında deyilirdi : “Böyük Turan İmperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük bir sevinc və məmnunluqla qarşıladım .Türk və İslam tarixi bu xidmətləri unutmayacaq. Qazilərimizin gözündən öpür,şəhidlərimizə fatihələr ithaf edirəm. “
Qələbənin ertəsi günü 1918-ci il sentyabrın 16-da indiki Sahil bağının yerində Bakının azad edilməsi ilə bağlı ilk hərbi parad təşkil edilir. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu təntənəli zəfər yürüşü ilə xalqı salamlayır. Daha sonra Nuru Paşa Axund Ağa Əlizadənin müşayətilə Təzəpir Məscidinə gəlir. O burada minbərdən xalqa xitab edir. Bu gün Nuru Paşanın ( Killigil ) xalqa xitab etdiyi bu əski minbər türk əsgərinə hörmət əlaməti olaraq bir əmanət kimi qorunub saxlanılır və “Nuru Paşa minbəri” deyə anılır. Allahın evində böyük bir izdihamla qarşılaşan Nuru Paşanın insanlarla görüşü vaxt apardığından , o hətta məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin indiki Dövlət Filarmoniyasının binasında türk ordusunun şərəfinə təşkil etdiyi möhtəşəm ziyafətə də yubanır. Bu ziyafətdə H.Z.Tağıyev tərəfindən Nuru Paşa və onun igid sərkərdələrinə qiymətli hədiyyələr təqdim edilir.
Ancaq Qafqaz İslam Ordusunun Azərbaycandakı varlığı uzun sürmür. Türkiyə I Dünya Müharibəsində uduzması vəziyyəti kökündən dəyişir.Osmanlı və ingilis hökumətləri arasında 1918-ci il oktyabrın 30-da “Mudros” sülh sazişi imzalanır. Şərtlərə əsasən , Güney Azərbaycan və Qafqazdakı türk qoşunları o cümlədən Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu 1914-cü il hüdudlarına geri çəkilməli idi. Eyni anda İstanbul hökumətindən də əmr alan Nuru Paşa çətin duruma düşür .O Azərbaycan torpaqlarını tərk etməməkdən ötrü ordununn rəhbəriyindən istefa verdiyini ,Azərbaycan Ordusunun xidmətinə keçdiyini bəyan edir. Lakin yaranmış vəziyyət onu buraları tərk etmək məcburiyyətində qoyur. İstanbula dönən Nuru Paşa orada Hərbiyyə Nazirliyinə dəvət olunur və qandallanaraq ingilislərə təslim edilir. İngilislər adından belə qorxduqları Nuru Paşanı Batumda Ərdahan Qışlasında əsir saxlayırlar. O buradan qafqazlıların yardımı ilə qaçmağı bacarır. !920-ci ilə qədər Azərbaycanda qalan Nuru Paşa Qızıl orduya qarşı Qarabağ üsyanını təşkil edir.Üsyan yatırıldıqdan sonra Ərzuruma gedən Nuru Paşa əmrindəki əsgərlərlə birlikdə Sarıqamış uğrunda gedən döyüşlərə qatılır.
Maraqlıdır ki, Azərbaycanda şəninə şerlər , şərqilər qoşulan “ Bakı Fatehi “ Nuru Paşa nədənsə vətənində uzun illər “Unudulmuş Bir Osmanlı”deyə xatırlanır. Halbuki o öz vətəni üçün də çox iş görmüşdü.Ataları rus işğalı nəticəsində İstanbul Divanyoluna yerləşən Mustafa Nuru bəy 1890-cı ildə Hacı Əhməd bəylə Ayşə xanımın ailəsində dünyaya gəlir. O türk tarixinin ən önəmli siyasi xadimlərindən biri sayılan Hərbiyyə Naziri ,osmanlı kürəkəni Ənvər Paşanın qardaşı , Kutül Əmmarədə ingilisləri məğlub edərək qərb imperializminə ağır zərbə vuran Xəlil Paşanın ( Kut) isə qardaşı oğluydu. İlk təhsilini Manastrda alan Nuru Killigil, 1906-cı ildə Qüləli Əsgər Litseyini bitirir. Sonrakı təhsilini isə Hərbi Məktəbdə davam etdirir. Məzun olduqdan sonra 1911-ci ildə Trablis savaşına könüllü olaraq qatılır və İtaliyaya qarşı savaşır. I Dünya Müharibəsində
“Afrika Qrupları Komandanı “ kimi bölgəyə göndərilir. Nuru Paşa əsgərlik həyatı boyunca italyanlara ,Balkan dövlətlərinə , ingilislərə ,ruslara və ermənilərə qarşı savaşır və ona verilən bütün tapşırıqların öhdəsindən layiqincə gəlir.
Daim Turançılıq ideyaları ilə yaşayan və türk xalqlarının müstəqilliyi yolunda çalışan Nuru Paşa II Dünya Müharibəsi dövründə almanları dəstəkləyirdi. O Türkiyənin Almaniyayla birgə Sovet Hökumətinə qarşı savaşmasınınn tərəfdarıydı. Bu səbəbdən də Nuru Paşa 1941-ci ildə Almaniyanın Türkiyədəki səfiri Franz Fon Papen ilə görüşərək Türkiyədə Turançılar hərəkatına gizli dəstək verməyə başlayır.Onun turançılıq ideyası bəyənilir və Berlinə dəvət olunur. Nuru Paşa Məmməd Əmin Rəsulzadə və Əbdürrəhman bəy Düdəndinski ilə Almaniyada “Turançılıq masası”nın , Qafqazda isə “ Türküstan alayının “ qurulmasına rəhbərlik edir.Lakin Nuru Killigil ilə almanlar arasında son məqamda fikir ayrılığı yaranır. Hitler SSRİ-nin müstəmləkəçiliyindən azad ediləcək türk xalqlarının müstəqilliyinə təminat vermir. Nuru Paşa bu məqamda danışıqları dayandırıb , Türkiyəyə dönür.
Nuru Paşa hər zaman zülmə uğrayan , torpaqlarını qorumağa çalışanlara yardım etməyi özünə borc bilirdi. Dünyanın müharibələrlə imtahan olunduğu bir dövrdə əmək sərf edərək o , bir silah fabriki qurur.Bununla da Türkiyə Cumhuriyyəti tarixində milli müdafiə sənayesinin əsasını qoyur. Nuru Paşa 1938-ci ildə Zeytunburnunda kömür satan bir şirkəti satın alaraq oranı silah fabrikinə çevirir. O burada Türkiyə ordusu üçün tapança ,qaz maskaları və güllə istehsal edir.8 il sonra yəni , 1946-ci ildə ordunun silaha artan tələbatını ödəməkdən ötrü fabriki genişləndirərək Sütlücəyə köçürür.Nuru Paşa yeni fabrikdə minaatan mərmilər və öz adını verdiyi “NURU KİLLİGİL TAPANÇA”sını istehsal edir.Eyni zamanda digər ölkələrə silah ixracına başlayır.
Lakin güclü və müstəqil bir Türkiyə görmək istəməyənlərin basqıları səbəbindən Nuru Paşa çox keçmir ki, silah istehsalını dayandırdığını söyləyir. Amma hər şey gizlicə davam edir.
Fabrik Ərəb-İsrail müharibəsində ərəb orduları üçün silah istehsal edir.Nuru Paşa BMT Təhlükəsizlik Şurasının Suriya və Misirə qoyduğu silah embarqosu qərarına rəğmən ixracı davam etdirir.BMT-nin qərarını tanımayaraq , Fələstin xalqının haqq və azadlıq mücadiləsini onlara silah göndərməklə dəstəkləyir.
1949-cu il martın 2-si saat 17:10-da Sütlücədəki silah fabrikində partlayış baş verir.Bu partlayış nəticəsində Nuru Paşa və daha 27 nəfər həyatını itirir.Səbəbi hələ də bilinməyən partlayışın kim və kimlər tərəfindən törədildiyi sirr olaraq qalır. siyasi bir sabotaj olduğu fikri yayılır. Həmin vaxt TBMM-də bəzi millət vəkilləri hökumətdən hadisə ilə bağlı açıqlama tələb etsələr də, bağlı qapılar arxasında Baş nazirin verdiyi açıqlama belə məxfi saxlanılır.
Bu partlayışda Nuru Killigilin cəsədi tapılmır. Əvəzində boş bir tabut dəfn edilir.Yalnız 20 gün sonra Nuru Paşanın cəsədinin ana gövdəsi Haliçdə su üstünə çıxmış vəziyyətə tapılır. Cənazə namazı qılınmadan Ədirnəqapı Şəhidliyində torpağa tapşırılır. Və bununlada o öz məmləkətində unudulur.
Yalnız ölümündən 67 il sonra Nuru Paşanın məzarının yerı tədqiqatçı Atilla Oral tərəfindən təsbit olunaraq onun üçün məzarlıqda cənazə namazı qılınır.
P.S: Ömrü savaş meydanlarında keçən Nuru Paşa Killigil 59 illik həyatını şərəflə yaşadı . O dünyanın hər köşəsində ölümdən belə qorxmadan vətən üçün , türk milləti üçün savaşdı . Türkiyə yetərincə tanınmasa da Azərbaycan türklərinin qəlbində əbədi bir taxt qurdu.

KÖNÜL SADIQOVA


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!