Lavrov və Zərif Xəzərin statusunu müzakirə edib .....                        Monteneqronun nüfuzlu CdM informasiya portalında “ASAN xidmət”dən bəhs olunub .....                        Şəbnəm Qurbansoy: "Tez bağışlayır və tez unuduram" .....                        “İRƏLİ”nin sədri Azərbaycan Milli Karate Federasiyasının Baş Katibi vəzifəsinə təyin olundu .....                        Avropa ölkəsindən Türkiyə ilə bağlı terror xəbərdarlığı .....                        Şəhid atası olmaq Şərəflilərin nəsibidir .....                        Mən sabah intihar edəcəm .....                        Biz necə də sevincli, necə də gümrah idik... .....                        98 məktəbdə monitorinq imtahanı keçirilib .....                       
Tarix : 10-07-2017, 15:06
Şəhid balası Zəhra


Mən bu torpaqların minlərlə körpələrindən biriyəm. Yaşım kiçik olsada, ucaldığım zirvə müqəddəsdir. Çünki bu torpaqların Şəhid balası Zəhrayam.
Şəhid balası Zəhra

Mən Zəhra, Alıxanlı kəndinin kiçik sakini. Ata - babamdan miras qalan yurdun övladıyam. Burada çoxlu həm yaşıdlarım var idi. Onlarla bərabər böyüyürdüm. Anam, atam, nənəm, sevdiklərim - hər kəs mənim tez böyüyüb xoşbəxt xanım olacağım günü səbrsizliklə gözləyirdi. Anamın arzusu sonsuz, atamın güvəni tam idi. Nənəm məni dizləri üstünə alıb saçlarımı oxşayıb, nəğmələr söyləyirdi. Addım atmağı yeni öyrənərkən yıxılırdım. Heç ağlamağa macal tapmamış məni yerdən qucaqlarına alıb, öpüb oxşayardılar.

Dünya ilə tanışlığımın 18 - ci ayında idim. Vətənimin qoynunda böyüyən kiçik Türk övladı idim. Burada mənimlə anam, atam, nənəm və doğmalarım yaşayırdı. Valideynlərimin gələcəyinə çıraq idim. Nənəm hər zaman yanımda olardı. Həyət - bacanı onunla gəzirdim. Məni qucağına alıb, şəkil çəkdirib, doğmalarımıza göndərirdi: "Zəhra balam görün necə böyüyür".

Yenə bizim üçün adi günlərdən biri idi.

Şəhid balası Zəhra


4 iyul axşamı nənəmlə birgə evimizin yaxınlığında idik. Torpağın üzərində idim. Qəflətən eşidilən səs tozu dumana qatdı. Ondan sonra nə olduğunu anlamadım. Göylərə mənimlə həm yaşıd olan körpələrin yanına gəldim. Necə gəldim? Heç özümdə bilmədim. Burada tək deyildim. Hər zamankı kimi nənəm də mənimlə idi. Nənəm, - "bizi erməni dığası vurdu", - dedi. Niyə? Axı mən onlara nə etmişdim? Bizim torpaqlarda yaşayırlar, hələ bir də bu torpaqlarda böyüyən körpələri məhv edirlər? Ədalət - ədalət deyərək bağıran insanlar bəs haradadılar? Mənim kimi minlərlə körpələrin günahı nədir? Mən indi anamın isti qucağında olmaq yerinə soyuq
məzarımda əbədi yuxuya dalmışam.


Şəhid balası Zəhra


Amansız yerə öldürülən körpələrin cavabsız qalan suallarına kim cavab verəcək? Bəs anamın mənsiz keçirdiyi əzablı günlərinin hesabını kimlər ödəyəcək? Atamın qucağında olub, başımı onun bağrına basmaq yerinə, soyuq kəfənə bükülmüş son mənzilə yola salınıram. Mən Zəhra, atam məni gözündən kənara qoymazkən, indi ürək parçalayan ah - naləsi ilə göylərə ucalıram.

Şəhid balası Zəhra


Mən bu torpaqların minlərlə körpəsindən biriyəm. Yaşım kiçik olsa da, ucaldığım zirvə müqəddəsdir. Çünki bu torpaqların Şəhid balası Zəhrayam.

Günel Ağayeva


Paylaş



Bölmə: Köşə, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!