Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 4-08-2017, 14:10
Ümid həmişə sonda ölür…



Sizə Gültəkin bacının başına gələn hadisədən danışım. Bu hadisə yayın qızmar bir günlərində baş vermişdi. O günlərdə ki, insanlar günəşin batmasını səbirsizliklə gözləyirlər. Günəşin batması ilıq küləyin əsintisi ilə insanlar istirahət üçün dəniz kənarı parka, çimərliyə üz tuturlar.

Sadaladığım bu istirahətlər Gültəkin bacı üçün uzaq idi. O, 18 yaşında xərçəng xəstəliyinə düçar olmuşdu. Onun üçün artıq günəş çıxmır, güllər açmır, artıq quşlar oxumur, sərin küləklər əsmirdi. Getdikcə xəstəlik öz işini görürdü. Gültəkin bacını amansız xəstəlik öz şıltaqlığı ilə yorurdu. Vəziyyət elə bil həddə çatmışdı ki, artıq ölümün yaxınlaşdığını hiss edirdi. O, həkimindən nə qədər ömrünün qaldığını soruşdu: Həkim isə Allaha pənah gətirərək ondan aslı olduğunu söylədi. Əgər ümidli olsan, ölmək haqqında yox, yaşamaq haqında düşünsən, fikirlərini, düşüncələrini yaşamaq haqqında yükləsən, yaxşı olacaqsan.

Bir xəstə üçün təbii ki, çox çətin vəziyyət idi. Hələ ki, ağır xəstə olduğunu bilə-bilə bunun əksini fikirləşmək mümkünsüz idi. Gültəkin bacı bir gün evyandan həyətə baxa-baxa ölümünü fikirləşirdi. Onun hər bir şeydən əli üzülmüş, bir vaxtlar ona işiqlı görünən hər bir şey indi qaranlığa qərq olmuşdu. Özünü yataq döşəyə vurmuş, hər kəsdən ünsiyyətini kəsmişdi. O, ancaq ömründən gedən günləri sayırdı. Bu zaman gözü həyətlərindəki nəhəng ağaca sataşdı. O, öz ömrünü yaşıl yarpaqları olan ağaca bənzətdi. Düşündü ki, ömründən gedən hər bir gün həyətlərində bitən o nəhəng ağacın yaşıl yarpaqları kimidir. Düşünürdü ki, yaşıl yarpaqlar necə düşəcəksə, ömrü də elə son verəcək. Hər ay, hər gün, hər saat keçdikcə eyvana çıxar, ağacın budaqlarına baxar, yarpaqların düşməsini sayardı. Hər yarpaq saralıb düşdükcə ömrünün bitəcəyinə əmin olardı. Artıq yarpaqlar azalmışdı. Nəhayət, sonuncu yarpaq ağacdan asılı qalmışdı. Gültəkin bacı hər saatdan bir yarpağın düşməsi üçün ağaca baxırdı. Sanki bütün xəstəliklərini unutmuş kimi, dərdi yalnız ağacın yarpağının düşməsi olmuşdu. Vaxt keçir, ağacın tək yarpağı hələ də ağacda tərpənməz qalırdı. Yarpağın düşməməsi Gültəkin bacını yaşamağa ümidləndirirdi. Başda Allahın möcüzəsi, həkimlərin səyi nəticəsində Gültəkin bacı sağalmağa başlayırdı. Artıq o da sağlam insanlar kimi, sərin yaz günlərində dəniz kənarı parka, gəzintilərə gedirdi.

Artıq uzun illər keçmiş, xəstəlik unudulmuş, həyata davam edilmişdi. Gültəkin bacı eyvana çıxdıqda bayırdakı təmiz havanı bol-bol ciyərlərinə çəkirdi. Birdən gözü həyətdəki nəhəng ağacın budağındakı o yaşıl yarpağa sataşdı. Gözlərinə inanmadı. Öz-özünə dedi: "Axı necə ola bilər, üstündən neçə fəsil keçib qışın oğlan çağında bütün ağacların yarpaqları tökülüb, yalnız o yarpaqdan başqa". Tez qaçaraq həmin nəhəng ağacın yanına gəldi. Sən demə, ağacın arxasında bir böyük bina var. Gültəkin bacının qardaşı bacısına ümid olsun deyə həmin binanı ağacla birləşdirən budağına yarpaq şəkli çəkmişdi. Gültəkin bacının dediyinə görə ailəsindən gələn bu dəstək ona ümid olmuşdu. Onun dili ilə desək, ümid həmişə sonda ölür.

Günay Ağayeva

Butov.az


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!