Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
Tarix : 18-08-2017, 13:35
Vicdanı “CÜCƏRMİŞ” valideynlər!



Əgər pulla olsaydı, ən ucuz qiymətə satılan vicdan olardı. İnsanlıqdan da ucuz…


Onunla ilk tanışlığımın bir az maraqlı, maraqlı olduğu qədər – bir az da həyəcanlı tarixçəsi var. İlk dəfə Bakı Dövlət Universitetində qarşılaşmışıq, daha doğrusu, toqquşmuşuq. Bəli, bəli, biz toqquşaraq tanıdıq bir-birimizi. Mənim universitet binasından çıxmağım və ani anda onun qapıdan içəri keçmək cəhdi… o mənə, mənə ona necə dəydimsə, zərif qolundan gec yapışsaydım, bəlkə də möhkəm zədə alacaqdı.

Bizim qarşılaşmamız filimlərdəki kimi romantik olmadı, sevgi macəraları ilə yekunlaşmadı. Ancaq…

O, universitetə qəbul olmayacaqdı, heç bir zaman qəbul olmayacaqdı! Fəqət və lakin… arzuları reallıqdan kənar idi. Daha doğrusu, kənar edilmişdi. Bəs o məktəbli qızcığaz niyə gəlmişdi? Evdən universitetə qaçıb gələn məktəblini gətirən nə idi? Çox da uzun olmayan qara saça, qəhvəyi gözlərə malik olan ortaboylu arıq qızı universitetə arzuları gətirmişdi.

Onun sayəsində uzaqlara getdim. Məsafəcə doğma Bakıya yaxın, xəyalən isə ögey Bakımızdan uzaq olan uzaqlara…

Onu tanıyanda hələ 15 yaşına yenicə çatmışdı. Bədəncə zəif, təfəkkürü isə inkişafda idi – düşünən beyni, özünüifadə baxımından isə hər tərəfdən əngəllərlə mühasirələnmişdi. Ən acınacaqlısı o idi ki, nazik barmağından nişan üzüyü düşməsin deyə əlini aşağı salmazdı. Təkcə barmağı deyil, qalan ömrü əzab çəkirdi.

Mənə çəkdiyi əziyyətlərdən ürəkağrısı ilə danışar və bunların fonunda məhvə sürüklənən gələcəyindən, yaşamayacağı gəncliyindən söz açardı. Çox qorxurdu. Bu yaşında hansısa ananın gəlini, kiminsə xanımı olmaqdan qorxurdu. Qətiyyən evlənmək istəmirdi. Arzusu tələbə olmaq, oxumaq idi. Mövcud şərait, ailə mentaliteti, aşsaqqalların qoyduğu qayda və qanunlar qıza heç cür imkan vermirdi. Təəssüf ki, təhsil ala bilmədi, arzusu arzu olaraq qaldı.

Şəxsən toyunun şahidi olmuşam. Yadımdadır. İndiyə kimi ömrümdə ilk toy məclisi idi ki, bütün vücudum donmuş, kədər mənə hakim kəsilmişdi.

Toyda cansızlar dilə gəlmişdi sanki, insanlardan başqa! Hələ oyuncaqlarından aralanmamış, oxumaq eşqilə yanan qızın halına acıyırdı dili olmayanlar. Bəy-gəlin masasının ətrafına düzülmüş şamlar elə bil yeniyetmənin həyatını əks etdirir, insanların gözü qarşısında əriyərək yox olurdular. Eynilə məktəbli qız kimi, o da əriyərək yox oldu.

Sifətində yaranmış kədər qığılcımları nələri demirdi ki? Əynindəki bəyaz gəlinlik kəfəni xatırladırdı. Kəfənin də rəngi ağ olur axı. Sanki ər evinə deyil, məzara köçürdü. Hiss olunurdu ki, hələ “ölmək” istəmirdi, yaşamaq hissi ilə qovrulurdu.

Sual doğuran baxışları sanki hər kəsi köməyə çağırırdı. Xəlvəti ağlayaraq Allahın ona yazığı gələr deyə düşünürdü. Ancaq heç nəyin faydası yox idi, içindəki üsyan heç nəyi dəyişdirmir, daha da qəzəblənirdi.

Vicdanı “CÜCƏRMİŞ” valideynlərinin vicdansız əməlinin qurbanına çevrilmişdi – siçan pişiyin, toyuq tülkünün, qoyun canavarın qurbanına çevrildiyi kimi.

Hələ bu azmış kimi, yurdun sakinləri öz qızıl qaydalarını icra etməkdə davam edirdi. Yalnız toydan-toya dəbdəbəli geyimlər geyinən, cəlbedici şəkildə bəzədilən 12-17 yaşlı qızlar mağarın ortasına yığılaraq oynamaq yarışına məcbur edilirdi. Bir-birilə yarışa girən yeniyetmələr mütləq və mütləq yaxşı rəqs etmələri ilə seçilməli, birinci olmalı idi. Ayaqları üstündə durmağı hələ bacarmayan çarəsizlər valideynlərinin “qaş-göz” hərəkətlərindən daha da cuşa gəlir, toyda əyləşmiş hansısa oğlanın anasının xoşuna gəlməyə can atırdılar. Çünki onların başqa gün başqa yerdə başqa cür şansları yox idi. Adi günlərdə evdən kənara çıxmayan qızlar yalnız toydan-toya “ov” edə, məqsədli şəkildə arzularına çata bilərdilər. Odur ki, toylar belə məktəblilər üçün “tapılmış” kimi idi. Gözlərindən oxunan qorxu hissi, yalvarış izdihamı adamı hüznə qərq edirdi. Sanki, - “məni oğlunuza alın, mən daha gözələm”, - deyirdi bu qızlar. 18-20 yaşdan sonra “evdəqalmış” damğası ilə mükafatlandırılmamaq üçün onlar daha cazibəli və ecazkar görünməli, qul kimi məqamında satılmalı idi.

Belə oldu “bəxtəvər”in toyu. Arzusuna çatdı – Vicdanı “cücərmiş” valideynləri!

Düzü, bir müddət əlaqəmiz olmadı, telefonuna zəng çatmırdı. Səbəbi bəsit idi, o yurdda qız gəlin oldusa telefonu alınır əlindən. Guya alınmasa nə olur ki – azadlığı, gələcəyi və ən əsası isə arzuları əlindən alınmışdı.

Qəribə də olsa üç aydan sonra əlaqə yarada bildik. Ara-sıra danışa bilirdik. Hər dəfə danışanda dözə bilmədiyini, işgəncəli həyatla barışmaq gücünün qalmadığını deyirdi. Olanlar onun üçün dözülməz idi.

Ən son danışığımızda səsi dəyişilmiş, ruhu sönmüş idi və bu cümləsindən sonra telefonu birdəfəlik söndü: “Məni Allah unudub”.

Gecənin bir yarısı ondan gələn zəngin xəyalına necə dalmışdımsa, yuxuya nə vaxt getdiyimi xatırlamıram. Yuxudan oyananda qulaqlarım radioda aparıcı xanımın dediyi bu xəbəri eşitdi: “Bakıda 16 yaşlı gəlin intihar edib. Hadisə gecə saatlarında paytaxtın “X” yaşayış məskənində qeydə alınıb. İntiharın səbəbləri məlum deyil, faktla bağlı araşdırma aparılır”.

Bu dəhşət idi, inana bilmirdim. Yox… O ola bilməzdi. Ölə bilməzdi. Ancaq yox, o idi. Bütün günü informasiya vasitələri həmin hadisədən danışdı. Çoxu da bilib-bilmədən: kimi vəfat edəni, kimi ailəsini, kimi başqa kəsləri qınaq obyektinə çevirmişdi. Nəticə bu idi: günahsız, 16 yaşlı hamilə məktəbli dözə bilməyib intihar etmişdi.

Sevgilisi olan 20 yaşlı qızları pozğun adlandıran və 14-17 yaşlı məktəblini gəlinlik kürsüsünə əyləşdirən vicdanı “cücərmiş” valideynlərin sifətlərindəki məmnunluq nədən xəbər verə bilərdi ki? Onlar təkcə kitab-dəftərini deyil, övladının gələcəyini əlindən aldılar. Elə bilirsiniz o məhsum fidanın ah-naləsi, fəryadı, göz yaşları… sizi bağışlayacaq? Əsla! Məhv etdiyiniz gələcək sizi bağışlamayacaq!!!



Rizvan Fikrətoğlu


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!