Əbülfəs Qarayev Bolqarıstan səfiri ilə görüşüb .....                        Xəzər dənizində zəlzələ olub .....                        Jurnalist Flora Xəlilzadənin ailəsində ağır itki .....                        Güney Azərbaycanda öyrənci bufetləri satıcısız idarə olunur – VİDEO .....                        lham Əliyev Ukrayna Baş nazirinin 1-ci müavinini qəbul edib .....                        Hərbi Hava Qüvvələri .....                        Atəşkəs rejimi 137 dəfə pozulub .....                        BMT İraq hakimiyyətini və kürdləri dialoqa çağırdı .....                        Çempionlar Liqasında 3-cü tur yekunlaşdı - NƏTİCƏLƏR .....                       
Tarix : 9-08-2017, 13:17
Hər bir vətəndaşın təhsil almaq hüququ var


Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəyə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendum ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunaraq, elə həmin il noyabrın 27-dən qüvvəyə mindi.


Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Butov.az vətəndaşlara hüquqi kömək etmək məqsədilə Azərbaycan Respublikasının Konstitusiyasından seçmə maddələri təqdim edir:

İKİNCİ BÖLMƏ: ƏSAS HÜQUQLAR, AZADLIQLAR VƏ VƏZİFƏLƏR

III fəsil. ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI

Maddə 42. Təhsil hüququ

I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Əlavə edək ki, Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunub. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Butov.az






Bölmə: Maarif, Təhsil, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!