İran Teleradio Təşkilatı Azərbaycan ərazisini “Mahabad Əyaləti” adlandırıb .....                        Regionlarımız - Yeniləşən, müasirləşən Abşeron .....                        Silahlı Qüvvələrdə “NATO günləri” keçirilib .....                        Atəşkəs rejimi 134 dəfə pozulub .....                        “İrəli” regional turnirlərə davam edir .....                        XİN rəhbəri: “Qarabağ”ın əziyyətinə heyfim gəldi .....                        Tanınmış jurnalist Natiq Qədimov vəfat edib .....                        Xeyirxahlığından həzz alan insan .....                        Deputat şəhid ailələri ilə bağlı təklif verdi .....                       
Tarix : 17-10-2017, 12:53
MEK-də professor Aleksandr Umnyaşkinin şəxsi kitab kolleksiyasının təqdimatı keçirilib



Butov.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığıyla tibb üzrə elmlər doktoru, filoloq, şərqşünas, professor Aleksandr Umnyaşkinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi kitab kolleksiyasının təqdimatı keçirilib.

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşı Əsmər Salalı Aleksandr Umnyaşkinin MEK-ə təqdim etdiyi kitab kolleksiyası haqqında slayd vasitəsilə ətraflı məlumat verib. Ə.Salalı: “2017-ci il aprelindən etibarən MEK-ə daxil olan kitab kolleksiyası 343 adda kitab və jurnaldan ibarətdir. Kolleksiyada olan kitablardan 21-i Azərbaycan dilində, 26-sı ingilis, qalanları rus və digər dillərdədir. Müxtəlif elm sahələrini əhatə edən kolleksiyanın tərkibində Azərbaycanın mədəniyyətini, tarixini, ədəbiyyatını, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını əks etdirən dəyərli kitablar vardır. Bu kitablar elektron kataloqa daxil edilməklə yanaşı, Mərkəzi Elmi Kitabxananın layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına da salınıb. Nümunə olaraq Çingiz Qacarın “Azərbaycan qədim və orta əsrlərdə. Görkəmli şəxsiyyətlər”, Mirzə Ələkbər Sabirin “Hophopnamə”, E.K.Sepp, M.B.Suker, E.V.Şmidttin “Nervnıe bolezni”, Sara Aşurbəylinin “Очерк истории средневекового Баку” kitablarını göstərə bilərik. Kolleksiyanın böyük bir qismini müxtəlif dillərdə olan lüğətlər və tibb elminə aid ədəbiyyat təşkil edir. Kolleksiyadakı ədəbiyyatın bir qismi isə elmi təyinatına uyğun olaraq “Fizika-riyaziyyat, texnika, biologiya, tibb, kimya elmləri üzrə” yardımçı fondda mühafizə olunur” - deyə bildirib.

Sonra kolleksiyanın sahibi professor Aleksandr Umnyaşkin çıxış edib: “İstərdim ki, gənc nəsil qədim mədəni-tarixi irsi olan ölkəmizin mədəniyyəti, incəsənəti, tarixi haqqında bilikləri yaxşı mənimsəsin. Bu məqsədlə kolleksiyamı böyük potensiala malik olan Mərkəzi Elmi Kitabxanaya təqdim etməyi uyğun bildim”. Alim yaxın gələcəkdə kolleksiyasından 2000-ə yaxın əlavə kitabı da kitabxanaya bağışlayacağını bildirib. A.Umnyaşkin həmçinin, dilçilik sahəsindəki elmi fəaliyyətindən söz açıb, türk dilləri arasında Azərbaycan dilinin daha zəngin olduğunu vurğulayıb. Alim bu sahədə xeyli sayda ədəbiyyat əldə etdiyini söyləyərək, həmin mənbələrin digər araşdırmaçılar üçün də əhəmiyyətli olacağına diqqət çəkib. Nitqinin sonunda o, kolleksiyaya göstərilən diqqətə, keçirilən təqdimata görə MEK rəhbərliyinə və əməkdaşlarına, həmçinin tədbirdə iştirak edən qonaqlara dərin minnətdarlığını bildirib.

Çıxış edənlərdən professor Umnyaşkinin elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirən AMEA Dilçilik İnstitutunun elmi işçiləri - Aytən Ələkbərova, Leyla Yusifova, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Samirə Mirbağır-zadə, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili kolleksiyadakı kitablar arasında dilçiliyə aid ədəbiyyatın xüsusi çəkisindən bəhs edərək, bu nəcib və xeyirhax işin gələcəyimiz üçün mühüm əhəmiyyətindən danışıblar.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova 40 ilə yaxın elmi yaradıcılığı olan və iki sahə üzrə alimlik dərəcəsi əldə etmiş tanınmış bir alimin öz külliyyatını məhz MEK-ə etibar etdiyini təqdirəlayiq hadisə hesab edib. Professor Umnyaşkinin dərin zəka sahibi olmaqla bərabər, həm də yaxşı həkim kimi ad qazandığına diqqət çəkən L.İmanova onun respublikada öz sahəsi üzrə tanınmış mütəxəssis kimi fəaliyyətini və uzun müddət Səhiyyə Nazirliyində məsul vəzifədə çalışdığını vurğulayıb. “Uzun illər ərzində seçilərək toplanan bu kitabların hər birinin üzərində professor Umnyaşkinə məxsus olduğunu bildirən ekslibris vardır” deyən MEK direktoru onun kitablarını kitabxanaya hədiyyə etməsini cəmiyyətə vətəndaş təşəbbüsü nümunəsi kimi göstərib. L.İmanova hər kəsi bu xeyirxah işdən nəticə çıxarmağa, kitabxana fondunun zənginləşməsində vətəndaşlıq mövqelərini nümayiş etdirməyə səsləyib.

Qeyd edək ki, 1962-ci ildə anadan olan Aleksandr Aleksandroviç Umnyaşkin 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun “Müalicə Profilaktikası” fakültəsini bitirmiş, əmək fəaliyyətinə Maştağa qəsəbəsində yerləşən ruhi xəstəxanada başlamışdır. Daha sonra Ağ Ciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda direktor müavini kimi fəaliyyətini davam etdirmiş, 1990-cı ildə Moskvada namizədlik dissertasiyasını, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə professor elmi dərəcəsinə layiq görülərək, uzun müddət Azərbaycan Respublikası Səhiyyə Nazirliyində beynəlxalq əlaqələr üzrə idarə rəisi vəzifəsində işləmişdir. Bütün bu nəaliyyətləri ilə kifayətlənməyən alim öz elmi fəaliyyətini başqa bir istiqamətdə davam etdirərək 2000-ci ildə Xarici Dillər Universitetinin Filologiya fakültəsinin “Fransız və Alman dillərinin filologiyası” ixtisası üzrə təhsil almış, 2014-cü ildə isə Tacikistanın paytaxtı Düşənbə şəhərində “Azərbaycan-İran dillərinin somatik leksikası” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.


Paylaş



Bölmə: Ana seife, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!