Putin və Rəisi arasında telefon danışığı olub .....                        Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi .....                        İzmirdə zəlzələ baş verdi .....                        “Semka” ləqəbli “TikTok”er saxlanıldı .....                        Qaxda 300 bal toplayan məktəblilər .....                        Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə .....                        XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                       
Tarix : 23-10-2017, 12:35
Həsrətə bükülən  məzarın qovuşan ruhları


Bu günlərdə "Azərbaycan" nəşriyyatında "Kənd həyatı" qəzetinin redaksiyasında eloğlum Sabir Hüseynovla söhbət edirdik. Nəzərimi masanın üstündə bir kitab cəlb etdi. Kitab "Həsrətlə bükülən məzar" adlanırdı. Sabir müəllimdən icazə alıb kitabın bir neçə səhifəsini elə otaqdaca oxudum. Yarızarafat, yarıciddi dedim ki, deyəsən bu kitabı mənim gənclik illərimdən, taleyimdən yazmısınız. Sabir müəllim gülərək bildirdi ki, bu yolu hər bir gənc keçib və özünü əsərin baş qəhrəmanı Mehman obrazında görür.

- Sabir müəllim, olarmı kitabın birini mənə verəsiz, - deyəndə eloğlum cəld ayağa qalxdı, rəfdən bir kitab götürüb öz dəst-xətti ilə, bu sözləri avtoqraf olaraq "Əziz eloğlum, qohumum Hüseyn müəllimə ən xoş arzularla Sabir Hüseynovdan. 24.08.17" yazdı. Kitabı qısa bir müddətdə oxudum. Əsərdəki Mehman, Xavər surətləri məni kövrəltdi, hətta ağlatdı da. Mehmanın atası Həsən müəllim, anası Mehriban xanım obrazlarının taleyini hər bir gəncin valideynləri də yaşayıb və bu günün özündə də yaşayırlar. Müəllif Mehmanla Xavərin eşq macərasını, onların məktəbə getdikləri yolun üstündəki qoca palıd ağacının onların sevgilərini, əhd-peymanlarına şahidlik etdiyini olduqca gözəl qələmə alıb.

Mehman məktəbi Xavərdən iki il tez bitirib, Bakıda ali məktəbdə oxumağa gəlməsi, Xavərə məsləhət vermişdi: "yaxşı oxu, iki ildən sonra Bakıda görüşərik, Dəniz kənarında əl-ələ tutub gəzərik". Sabir müəllim bu hissədə, hər bir gəncin arzularını olduğu kimi əks etdirib. Həsən müəllimin oğlu Mehmana tövsiyə: "Ay oğul, gəl səni texnikumda qohumumuz işləyir, onun yanına düzəldim, 1000 (min) manata düzələr". Mehman ailələrini nəzərə alıb razı olmur və atasına deyir ki, mən Bakı Dövlət Universtetinin tarix fakültəsini istəyirəm deməsi, sənədlərini BDU-nin tarix fakültəsinə verib qəbul olması, ikinci kursdan sonra Moskva Dövlət Universtetində təhsilini davam etdirməsi haqqında eşitdiyi xəbər Mehmanı sevindirsə də Sarıbulaq kəndindən gələn məktub onu məyus edir. Məktubda kolxoz sədrinin oğlu Səfərin Xavəri qaçırması Mehmana pis təsir edir. Onun Xavər üçün çox böyük əzab keçirməsi və əsl dost obrazında Tahiri görməsi əsərdə olduqca gözəl təsvir olunub.
Mehmanın artıq MDU-da oxuması, oranı bitirib MDU-də müəllim kimi fəaliyyətə başlaması, aspiranturaya daxil olması, elmi rəhbərinin akademik Vladimir Leptevin və xanımı Nina Leptevanın Mehmana xüsusi qayğısı və tövsiyələrini qeyd etməmək mümkün deyil.
Akademik Vladimir Leptev və həyat yoldaşı Nina Leptevanın Məlahət adlı bir azərbaycanlı qızı Mehmanla tanış etməsi, Məlahətin Mehmanı sevməsi, bir ildən sonra Məlahətin Tibb Universitetini bitirib Bakıya qayıtması və Bakıda poliklinikaların birində həkim kimi işə başlaması, Mehmanı gözləməsi çox təsirlidir. Mehman da bir ildən sonra doktorluq dissertasiyasını müdafiəsini edib Bakıya gəlməsi, BDU-nun tarix fakültəsində professor kimi işə başlaması, Məlahətlə Bakıda görüşməsi, birdən-birə Məlahətin fikrindən dönməsi, atasının nazir müavini işləməsi və qızı Məlahəti nazirin oğluna verəcəyinə söz verməsi, Məlahətin anasının qızını bu yoldan çəkindirməsini, "Mehman bir müəllimdi, onun heç nəyi yoxdu, ancaq nazirin oğlu səni ləl-cavahirət içində saxlayacaq" kimi fikirləri oxucu böyük həyəcanla qarşılayır. Eşq-məhəbbəti yalan adlandıran ana öz qızını nazirin oğluna getməsinə razı salır. Ancaq qızı o nazirin evində xoşbəxt ola bilmir.

Mehmanın Akademiyada işləyən Ayla adlı bir qızla tanış olması, Ayla ilə tez bir zamanda nişanlanması və ailə həyatı qurması Mehmanın anası Mehriban xalanı sevindirir. Mehmanla Aylanın Sarıbulaq kəndinə gəlmələri, Mehmanın ilk sevgisi Xavərin bu cütlüyə gizlin xeyir-dua verməsi əsərdə xüsusilə çox təsirli alınıb.
Əsərin sonu olduqca kədərli, qəmli notrarla tamamlanır. Mehmanın xəstələnməsi, ailəsi ilə birlikdə boya-başa çatdığı Sarıbulaq kəndinə qayıdışı və iki gündən sonra onun neçə illər əvvəl öz əlləri ilə əkdiyi ağacın altında ömür-gün yoldaşı Ayla xanımın qolları üstündə haqq dünyasına qovuşması, oxucunu kədərləndirməyə bilmir. Yas mərasimindən sonra Bakıya qayıdan Ayla xanım bir neçə il kəndə getmir. Üç ildən sonra uşaqları ilə Mehmanın qəbrini ziyarətə gedən Ayla qəbrin ətrafında əkilən gül-çiçəkləri, səliqə-sahmanı görüb təəccüblənir. Öyrənir ki, bu gülləri Xavər əkib. Aylanın Mehmanın qəbrini də, Xavərə qısqanclığını da Sabir müəllim olduqca gözəl təsvir edib.

Aylanın üç ildən sonra yenidən Sarıbulağa gəlməsi, Mehmanın qəbrindən üç qəbir aralı olan Xavərin qəbrini görməsi, Aylanı çox kövrəltməsi, Mehmanın qəbrinin üstünə qoyduğu güllərin bir hissəsini götürüb Xavərin qəbrinin üstünə düzməsi olduqca kədərli səhnələrdir.
Əsərin sonluğunda göstərilən qaranquş Mehmanla Xavərin ruhlarının olduğuna bir işarədir.
Mən də eloğlum, qohumum Sabir Qasım oğlu Hüseynovu bu gözəl povestinə görə təbrik edirəm. Sabir müəllimin bu əsəri axırıncı yox, axarıncı olsun. Ulu Tanrı ona uzun ömür, can sağlığı versin.

Hüseyn Məmmədov
“Bütöv Azərbaycan” qəzeti


Həsrətə bükülən  məzarın qovuşan ruhları


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!