İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 26-10-2017, 11:55
 AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistr, doktorant və dissertantları arasında “Ana dilimiz – milli varlığımızdır” adlı müsabiqə keçirilir.


AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlünün APA-ya verdiyi məlumata görə, sənəd verən 140 nəfərdən 115 nəfəri müsabiqədə iştirak edib.

Onun sözlərinə görə, müsabiqə çərçivəsində AMEA əməkdaşları inşa və ifadələr yazıblar: “Bundan sonra iştirakçılar arasında dialekt sözlərin deyilməsi və izah edilməsi ilə bağlı müsahibə keçirilib. Həmçinin iştirakçıların Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında bilikləri yoxlanılıb”.

T. Şükürlü bildirib ki, klassik və müasir Azərbaycan poeziyasından seçmə şeir nümunələrinin deyilməsi ilə müsabiqənin sonuncu mərhələsi baş tutub: “Müsabiqə komissiyasının üzvləri tərəfindən magistr, doktorant və dissertantların iştirakı 10 ballıq sistemlə qiymətləndiriləcək və yekunda müsabiqədə ən yüksək bal toplayan 3 nəfər pul mükafatı ilə təltif ediləcək. I yerin qalibi 1500, II və III yerin sahibləri müvafiq olaraq 1200 və 1000 manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar”.

Nəticələrin yaxın vaxtlarda elan olunacağını deyən şöbə müdiri qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etməkdir.

Qeyd edək ki, müsabiqə AMEA prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən keçirilir


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!