Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 1-11-2017, 13:52
İnsan Hüquqları XXI əsr - Azərbaycan fondunun layihəsi yekunlaşıb


Butov.az xəbər verir ki, "İnsan Hüquqları XXI əsr - Azərbaycan” fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi” layihəsinin icrası yekunlaşıb.

Layihə çərçivəsində yaradılan etimad xəttinə 150-yə yaxın zəng daxil olub, layihəyə cəlb olunan psixoloq və hüquqşünasların dəstəyi ilə ümumilikdə 100-ə yaxın itkin düşmüş şəxsin ailə üzvlərinə fərdi psixoloji və hüquqi yardım göstərilib. 3 ay müddətində davam edən layihənin əsas məqsədi vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin ailələrinə unudulmadıqlarını xatırlatmaq, onları effektiv və pulsuz hüquqi, psixoloji yardımla təmin etməkdir.

Qeyd edək ki, “İnsan Hüquqları XXI əsr– Azərbaycan” fondu bu günə qədər Beynəlxalq Qırmızı Xaç komitəsi və Şura ilə birlikdə Bakının bütün rayonlarda müharibədə itkin düşmüş şəxslərin ailələrini psixo-sosial (tibbi-hüquqi xidmətlər) sahələrdə müşaiyət edib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun məlumatına əsasən, 1 may 2017-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxs kimi qeydiyyatdan keçirilən şəxslərin sayı 3868 nəfər təşkil edir. Onlardan 3123 nəfər hərbçi, 745 nəfər mülki şəxslərdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına görə isə 3780 nəfər itkin düşmüşdür. 1437 nəfər isə bu günə kimi girovluqdan azad edilib.



Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!