Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                       
Tarix : 3-11-2017, 15:06
Vətənpərvər, siyasətçi, diplomat Fətəli xan Xoyski


Müstəqillik uğrunda mübarizədə qəhrəmanlar, xalqı zülmün qandallarından xilas edənlər doğulurlar. ADR-nin yaradılması xalqın müstəqilliyinin və Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasında vacib rol oynamışdır. Qısa müddət ərzindəmövcud olmasına baxmayaraq, ADRmüstəqilliyə böyük təkan vermiş və XX əsrin 90-cı illərində müstəqil Azərbaycan dövlətçiliyi bərpa olunmuşdur. Yuxarıda da deyildiyi kimi, müstəqillik uğrunda mübarizədə qəhrəmanlar və xalqı zülmün qandanllarından xilas edənlər doğulurlar. Belə qəhrəmanlardan biri də Azərbaycanın ziyalı nümayəndələrindən, siyasi xadim Fətəli xan Xoyskidir.

Azərbaycan Demokratik Respublikasının qurucularından biri və birinci Baş naziri, Xoy xanının nəslindən olan Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxada (Şəki) Kazak alayının leyb-qvardiya polkovnikinin ailəsində anadan olmuşdur. O, Moskva Universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirmişdir. İşə Tbilisidə məhkəmə palatasında başlamışdır.Suxumi, Kutaisi, Zuqdididə təcrübə keçmişdir. 1907-ci ildə Yelizavetpol (Gəncə) quberniyasından müstəqil deputat kimi Rusiya İmperiyasının Dövlət Dumasına seçilmişdir. «Müqəddəs Quranın, hər şeyə qadir Allahın qarşısında əlahəzrət impertatora və ümumrusiya hökmdarına sədaqətlə qulluq edəcəyimə, öz düşüncəmlə imperiyanın qanunlarını çox dəqiq yerinə yetirəcəyimə, pravoslav kilsəsinə, dövlətə, cəmiyyətə, ailəyə və əxlaqa ziyan verəcək sözləri məhkəmədə yazmayacağıma və söyləməyəcəyimə, üzərimə götürdüyüm öhdəlikləri şərəf və vicdanla yerinə yetirəcəyimə, məhkəmə və hakimiyyət orqanlarına sadiq olacağıma, mənə etimad göstərən və öz işlərini mənə həvalə edən insanların maraqlarını müdafiə edəcəyimə,hər şeyə görə qanunlar və İlahinin ədaləti qarşısında cavab verməli olduğumu xatırlayacağıma söz verirəm vəand içirəm.Dediklərimin təsdiqi olaraq Quranın müqəddəs sətirlərini öpürəm. Amin»(Fətəli xan Xoyskinin and içməsindən sözlər). O, bir sıra komissiyaların üzvü idi. Köçürmə siyasətinə qarşı çıxış edirdi. Kadetlərə qoşuldu. Fevral inqilabından sonraÜmumrusiya Müsəlmanları Qurultayının üzvü oldu.1918-ci il oktyabrın 17-dən Bakı Dövlət Dumasına rəhbərlik edirdi. Rusiyada oktyabr inqilabının qələbəsindən sonra, 1917-ci ilin noyabrında Tbilisidə Zaqafqaziya Komissarlığı yaradıldı.1918-ci il fevralın 23-də regionda qanunverici hakimiyyətin orqanı olan Zaqafqaziya Seymi Tbilisidə öz işinə başladı.Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasından olan 44 deputatın sırasında Fətəli xan Xoyski də var idi. 1918-ci il aprelin 22-də müstəqil Zaqafqaziya Federativ Respublikası elan olundu və onun hökumətində F.XoyskiƏdliyyə naziri vəzifəsinə təyin olundu. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldı. Mayın 27-də Seymin Azərbaycan fraksiyası fövqəladə iclas keçirdi və uzun sürən hərtərəfli müzakirələrdən sonra özünü Azərbaycan Milli Şurası elan etdi və ölkənin idarəetməsini öz üzərinə götürdü. Mayın 28-də keçmiş Qafqaz canişinin iqamətgahında keçirilən Şuranın birinci iclasında müzakirələrdən sonra Azərbaycan Demokratik Respublikasının elan olunması barədə qərar qəbul edildi. Fətəli xan Xoyski Azərbaycanın birinci hökumətinin sədri seçildi və kabinetin formalaşdırılması ona həvalə olundu. 1918-ci il iyunun 16-da Azərbaycan hökuməti Gəncəyə köçdü. Fətəli xan Xoyskiyə yeni kabinetin formalaşdırılması həvalə olunur. Hökumətin ikinci kabinetində Fətəli xan Xoyski Baş nazir və Ədliyyə naziri vəzifəsini daşıyırdı.

Bu, ölkənin tarixində ağır dövr idi.O dövrdə hökumətin fəaliyyəti barədə Üzeyir Hacıbəyli bunları yazırdı: «Yeni vücuda gəlmiş Azərbaycan hökumətinin birinci rəisi-vüzərası olmaqla Azərbaycan tarixində mühüm mövqe tutmuş Fətəli xan həzrətləri bu yeni dövlətin vəziyyətini taxta parçalarından əmələ gəlmiş bir gəmiyə bənzədir ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdı … Bu zəif gəmini bu fırtınalı gündə bu dağın, bu daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli xan həzrətləri öz boynuna götürməyi qəbul etdi və gəmisini kamali-ehtiyat və ehtimal ilə sahili-nicata çıxarmaqda, fırtına sakit olana qədər dağa və daşa vurmayıb bunların arasından keçirməkdə böyük ustalıq va məharət göstərdi”. 1918-ci il sentyabrın 15-də Türk və Azərbaycan dəstələrindən ibarət olan Qafqaz İslam Ordusu Bakıya daxil oldu, sentyabrın 17-də isə bura Azərbaycan Respublikasının hökuməti köçdü və Bakı paytaxt elan olundu. 1918-ci il noyabrın 9-da Fətəli xanın məruzəsindən sonra hökumət Respublikanın üçrəngli dövlət bayrağını təsdiq etdi. 1918-ci dekabrın 7-də F.Xoyskinin sədrliyi ilə ADR parlamentinin birinci iclasının açılışı oldu. Dekabrın 26-da parlamentdə Fətəli xan Xoyski hökumət proqramı və yeni kabinetin tərkibi ilə bağlı çıxış etdi. O, hökumətdə iki vəzifəni – Baş nazir və Xarici İşlər naziri vəzifəsini daşıyırdı.
Aprelin 14-də N.B.Yusifbəylinin başçılığı ilə sayca dördüncü hökumət kabineti formalaşdırıldı.N.B.Yusifbəylinin formalaşdırdığı hökumət kabinetində F.Xoyski dekabrın 22-dən etibarən Xarici İşlər naziri vəzifəsini daşıyırdı.

1920-ci il yanvarın 12-də Antanta Ali Şurası müstəqil Azərbaycan dövlətini de-fakto tanıdı. Fətəli xan Xoyski ADR-nin tanınması üçün fəaliyyətini davam etdirir. Xoyski bir neçə dəfə RSFSR Xarici İşlər Komissarına notalar göndərir. Lakin o, ADR-nin tanınması müqabilində Azərbaycanın Denikinin qoşunları ilə mübarizədə iştirak etməsini tələb edir, amma rədd cavabı alır. Sovet Rusiyasının qoşunları ADR-nin sərhədlərinə yaxınlaşır. 1920-ci il aprelin 27-i səhər rus qoşunları sərhədi keçdilər və Bakını ələ keçirmək üçün hərəkət etdilər. ADR-nin bir çox siyasi xadimi kimi Xoyski də gizlicə Tbilisiyə getməli oldu. Orada 1920-ci il iyunun 19-da Fətəli xan Xoyski İrəvan meydanında Aram Erkanyan və Misak Qriqoryan tərəfindən kürəyindən güllələndi.Xoyski Tbilisidə müsəlman qəbiristanlığında dahi azərbaycan dramaturqu M.F.Axundovun məzarı ilə yanaşı dəfn olundu. Onun üç övladı - Tamara adında qızı, Murad və Ənvər adında iki oğlu var idi.Fətəli xan Xoyski, Daşnaksutyun partiyasının 41 nəfərlik siyahısında birinci qurban oldu.

Fətəli xan Xoyski, Tbilisidəki məhkəmə palatasındakı işdən ADR-nin qurucusu və Baş nazirinə qədər qısa, lakin maraqlı həyat sürmüşdür. Mövcud olduğu son gününə qədər Azərbaycan Demokratik Respublikası Azərbaycan xalqının və dövlətinin həyatında əhəmiyyətli rol oynamışdır.

İstifadə olunmuş ədəbiyyat:
1. XI sinif üçün Azərbaycan Tarixi dərsliyi (2012-ci il)
2.1917-ci ilin siyasi xadimləri: bioqrafik lüğət (1995-ci il)
3. E.İsmayılov «Fətəlixan Xoyskinin qısa, lakin parlaq həyatı» (1news.az)



Ələkbərov Tamerlan


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!