“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 7-11-2017, 15:45
“Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik tədbirlərinə start verilib




Butov.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” Səyyar Təbliğat dəstəsi 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ərəfəsində Silahlı Qüvvələrdə “Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik həftəsinə start verərək ön cəbhədə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.

Tədbirdə şəxsi heyətə Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzi olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verilərək bayrağın yenidən yüksəldilməsi üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib.

Qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqlar şəxsi heyətə nümayiş etdirilərək onlar haqqında geniş məlumat verilib.

Hərbi qulluqçularla keçirilən görüşlərdə nizam-intizamın, hərbi biliklərin, peşəkarlığın vacibliyi vurğulanıb, mənəvi-psixoloji hazırlığın artırılması məqsədilə söhbətlər aparılıb, “Vətən Uğrunda” Səyyar Təbliğat dəstəsinin avtoklub maşını vasitəsilə hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.

Vətənə xidməti ilə seçilən bir qrup nümunəvi hərbi qulluqçunun Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib.
Bayraq gününə həsr olunmuş hərbi vətənpərvərlik həftəsi davam edir.


Paylaş



Bölmə: Ana seife / Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!