Özündən gen düşmək .....                        Köhnəlməz tarixin əski yazısı .....                        Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                       
Tarix : 8-11-2017, 13:05
Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı Özbəkistanda səfərdə olub


Butov.az xəbər verir ki, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının İsveç koordinator rəhbəri, yazıçı Eluca Atalı Özbəkistanda səfərdə olub.

Eluca xanım Daşkənddəki səfirliyimizin nəznində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) olub.

Eluca Atalı Azərbaycan səfirliyinin birinci katibi, AMM-in direktoru Samir Abbasovla görüşdə İsveçdə gördüyü işlər barədə ,həmçinin BDAT haqqında geniş məlumat verib. Xanım h əmçinin “Özünü gətir” kitabının Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində təqdimatının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. Görüşdə əməkdaşlığın yaradılması, birgə layihələrin həyata keçirilməsi haqqında da fikir mübadiləsi aparılıb.

BDAT-ın İsveç koordinator rəhbəri tədbir haqqında bizlərlə təəssüratlarını bölüşdü : Özbəkistanın paytaxtı Daşkənddə Şərmurad Sübhan bəy tərəfindən özbək dilinə tərcümə edilib yayımalanan "Özünü gətir" fəlsəfi-bədii miniatürlər kitabıma görə dəvət almışdım. Kitabın tanıtımı və müzakirəsi 27 oktyabrda Əlişir Nəvai adına Daşkənd Milli Ədəbiyyat Universitetində professor və tələbə heyəti ilə keçirildi. Həqiqətən də, kitab gözlədiyimdən artıq reaksiyaya səbəb oldu. Ən çox da kitabın adı ilə adlandırılan "Özünü gətir" fəlsəfi-bədii miniatür, "1+1= silsilsiləsin" olan yaz və təbiət-insan vəhdətindən olan esselər oxucular tərəfindən geniş müzakirə olundu. Bu üç mövzu ilə bağlı sonsuz sualar yağışı yağdırıldı... Görüşdə modern ədəbiyyat kafedrasının müdiri, professor Ulukbey, şairə Oktamay Xaldarova, Şərmurad Sübhan əsərin mahiyyətini , oxucuya təsirini şərh etdilər. Sonda Azərbaycan, rus, türk və özbək dilində yayımlanan kitablarımı unversitetə hədiyyə etdim.

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı Özbəkistanda səfərdə olub


Oktyabrın 31-də isə Azərbaycanın Özbəkistandakı səfirliyi tərəfindən düzənlənən özbək türkücə "Özünü gətir" və "Tiqranizm Xocalıda" kitablarının tanıtımı Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan, Özbək və Rus dilli ziyalı və ictimaiyyət nümayəndələri ilə keçirildi. Görüşün təşkilatçısı mərkəzin sədri Samir Abbasov Eluca Atalı yaradıcılığından danışıb, onun yazdığı kitabların mahiyyətini şərh etdi. Tədbirdə kitabın tərcüməçisi Ş. Sübhan, professor, Ədəbiyyat Universitetinin əməkdaşı Səadət Məmmədova, Eluca Atalı əsərlərinin tədqiqatçısı prof. R. İslam, prof. Gülbahar xanım, prof. Briliyant xanım, Rahman bəy və digər tanınmış özbək alim və ictimai xadimlər Eluca Atalı yaradıcılığının mahiyyəti və özbək-azərbaycan ədəbi əlaqələrindən danışdılar.

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı Özbəkistanda səfərdə olub


Həmçinin noyabrın 1-də müəllif Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda qonaq olmuş, alim və tələbə heyəti ilə görüşüb, əsərlərini hədiyyə etmişdir.
Azərbaycan və Özbəkistan kütləvi informasiya kanallarına, tv və qəzetlərinə müsahibə verən Eluca xanımın , adı hallanan kitabdan savayı, çoxlu sayda əsərləri özbək mətbuatında dərc olunub.

Qeyd edək ki, müəllifin "Tiqranizm Xocalıda", "Azadlıq hekayələri", "Gecikmiş oyuncaq" kitabları və "Salam eşq" romanı özbək türkcəsinə tərcümə üçün götürülmüşdür.

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı Özbəkistanda səfərdə olub


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!