“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 8-11-2017, 13:22
Azərbaycan Respublikasının İrandakı Səfirliyindən MEK-ə kitablar hədiyyə edilib


Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) kitablar hədiyyə edilib. Kitabları MEK-ə Azərbaycanın İrandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bünyad Hüseynov təqdim edib.

Qədim, orta əsrlər və müasir dövr İranının tarixi, arxitekturası, ədəbiyyatı və incəsənətini əks etdirən ədəbiyyat siyahısına həmçinin çağdaş Azərbaycan Respublikasının siyasi həqiqətlərini əks etdirən materiallar da daxildir. Onlardan - Q.Vilsonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr etdiyi “İlham - Bir dövlət başçısının siması”, akademik Ramiz Mehdiyevin “Azərbaycan. Qloballaşma dövrünün tələbləri”, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məcmuəsi olan “Ermənistan Azərbaycan münaqişəsi:Dağlıq Qarabağ BMT-nin sənədlər toplusunda” nəşrlərini, məhşur fars rəssamı Mahmud Farsçiyanın miniatür rəsimlərindən ibarət albomunu, Firdovsinin “Şahnamə” əsərini, “İran qədim diyar”, adlı ensiklopedik fotoalbomu, “Tehran keçmişdə və bu gün” fotoalbomu, Müctəba Azadinin Urmiya soyqırımına həsr olunmuş “Azərbaycan müsəlmanlarının soyqırım tarixi”, Qasım Əşrəfinin “Birinci Dünya müharibəsində Urmiya hadisələri”, türkcə-farsca nəşr olunan "Xudafərin" dərgisinin 155 və 157-ci nüsxələri, tarixçi alim Zaur Həsənovun “Çar Skiflər” monoqrafiyası, Osman Əfəndinin “Kitabi-Dədə Qorqudun fəlsəfi idrakı”, Sabir Şahtaxtlının “Xocalının xəzangülü uçdu getdi”, “Böyük Ermənistan xülyası:faktlar və sübutlar” adlı araşdırmaları, Elxan Süleymanovun Xocalı hadisələrinə həsr olunmuş “Milyon imza, bir tələb” və s. kitabları qeyd etmək olar.

Təqdim edilmiş ədəbiyyat siyahısından Azərbaycanın qədim tarixini, ədəbiyyatını, incəsənətini, müasir dövrə aid məsələlərini əks etdirən kitabların MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi nəzərdə tutulub. Qeyd edək ki, kitablar MEK-in Akademiklər zalındakı Diplomatik fondda Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş səfirlikləri və xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə yanaşı İrandakı Səfirlik üçün ayrılmış xüsusi guşədə mühafizə olunur.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!