Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 9-11-2017, 00:46
Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Şadlıq günləri gözlənilən və sevilən olur. Xüsusən də bayramlar. Ancaq onun yaddaqalan olması gözlənildiyi kimi olmaya bilər, hətta sevilməyə də. Buna görə gözlərinin diktə etdiyi təqvimin uğurlu olması çox vaxt həminki ab-havadan asılıdır. Həmin ab-havanı isə mövcud mühit yaradır. Ya da mühitdən asılı olmayan sən. İkincisi çətin başa gəlir.

Bu il mənim də gözlərim yol çəkdi, özü də üzü Göyçaya tərəf. Deyirlər gözləri yol çəkənin qonağı olar, ancaq bu dəfə özüm qonaq oldum. O yollarki Rəsul Rzanın, Ənvər Məmmədxanlının diyarına, onların nəfəsinin dərdiyi, ayağının basdığı məkana aparacaqdı. Apardı da. Əbəs yerə xüsusi günlərdən və bu məqamda Göyçaydan söz açmadım, bir mustafası vardı. Xülasə, noyabrın soyuğunu "qırmızılaşdıran" Nar bayramından danışacam; gördüklərimdən və görmək istədiklərimdən. Həm realist olacam, həm də romantik. Amma hər bir halda mövzu nardandırsa, mətləb həm vələs nar kimi şirin, həm də cır nar kimi acı ola bilər...

Bilməyənlər üçün deyim ki, Nar bayramı Azərbaycan ərazisində, əsasən də Göyçay rayonunda noyabrda, nar yığımı vaxtı keçirilən bayram şənliyidir. Bu şənlik ilk dəfə 2006-cı ilin noyabrın 3 - də keçirilib, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə. Ta o ildən bu tərəfə bayramı ciyərlərimizə çəkməyə başladıq. Dənə-dənə və dönə-dönə...

Yollar Göyçaya aparır

Noyabrın dördü. Hava da ki, tutqun. Ancaq havanın hansı sinifdən olması mənim Göyçaya getmək həvəsimin qarşısını tuta bilməzdi. Bacarmadı da.
Müxtəsər, Avtobus Mercedes Sprinterə bilet almışdım, ancaq sən demə Avtovağzalın kassalarından istifadə olmazmış. Çünki bu halda avtobusun qapıları yalnız sürücülərin "levi" götürdükləri müştəriləri üçün açıla bilərmiş. Bunu mən demirəm, heç qanun da demir. Bunu həmin yaşlı sürücünün etirazı "deyirdi". Nə başınızı ağrıdım, hələ rayona çatmağı demirəm, Bakıdan çıxmaq əməllicə müşğülə çevrildi, hətta məsələ o qədər qaynamışdı ki, heç Avtovağzalın Qaynar xətt xidməti də münaqişəyə girişmək istəmədi. Təsəvvür edin, Qaynar xəttə zəng elə və dəstəyi götürən olmasın. Qaynar xətt deyirəm, ha. Nə isə. Ofisə yaxınlaşıb məsələni bu vasitəylə həll elədik. Hətta sürücü də töhmətə qardaş olan şiddətli tapşırıq aldı; bir də belə hal təkrarlanmayacaq deyə... Allah ağzından eşitsin!

Axır ki, bizi Göyçaya aparacaq yollara qədəm qoya bildik. Saatın saniyələri dəqiqələrə çatmaq üçün tələsir, dəqiqələrsə bir-birini qovur. Və beləcə havanın da tutqunu açılmağa başlayırdı...

Deyirlər ki, "Göyçay” əsl türk mənşəli sözdür, sahilində yerləşdiyi Göyçay çayının adından götürülüb. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılıb. Göyçay çayın sağ sahilində rayonun Potu, Ulaşlışıxlı, Çərəkə kəndləri, sol sahilində isə Cəyirli, Qızılağac, Şəkili və Kürdşaban kəndləri yerləşir. Güclü yağış yağanda sel həyatyanı sahələri cənginə alır, silir-süpürür və bu, əsasən rayonun ən çox Potu, Ulaşlışıxlı, Qızılağac və Cəyirli kəndlərinə təsir edir.

Xoş gəlmişik :)

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Nəhayət ki, gəldik Göyçayın Avtovağzalına. Hava isti, yol uzun, şəhəri gəzmək eşqi isə daha isti və uzun. Bir sözlə, "On bir" nömrəli avtobusu işə salıb düşdüm səkiyə. Gəz ki, gəzəsən. Gör ki, görəsən. Həm yolun sağ-solundakı evlərin həyətlərindən boylanan nar ağaclarını, həm də küçədə "atlanıb-düşən" tullantı məhsullarını: əlvan sallafonlar, plastik butulkalar, şkolad kağızları... Bir də obyektlərin boş olması diqqətimi çəkdi. Məsələn, məişət malları yazılan obyekt açılıb, amma içərisində ya əşyalar azdır, ya da yoxdur. Ancaq bu arada mənə əl edib boyun əyən və dil açıb dişlərini tökən nar ağacları könlümü alırdı.

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Heykəllər... Onlar da bir aləmdi; günəşin şəfəqiylə yuyunan bir vaxtda isə tamam başqa aləm idi.

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Şəhər mənə bir az da Şəmkiri xatırladırdı, xüsusən də evlərin divarlarını görüncə.

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Evləri tamaşa edə-edə gəlib çatdıq şəhərin mərkəzinə, yəni nar festivalının keçirildiyi yerə. Ancaq sən demə, festival dünən imiş (3 noyabr), bu gün isə yarmarka təşkil olunubmuş. Hətta dünəndən başlayan konsert davam edirdi. Bir izdiham vardı, gəl görəsən.

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Demək olar, hər növdə, hər çəkidə nar gördüm, ancaq daha artığını gəzirdi gözüm. Bu minvalla qarşıma çıxan piştaxtaları diqqətlə süzməyə başladım. Nar axtarırdım ki, tapdım. Çox şiriniydi, balacaydı. Yox, Səidi deyirəm, narı deyil. Səhv etmirəmsə altıncı sinifdə oxuyurdu, bacısının adı Zeynəbiydi və o, balacaydı qardaşından. Şirvanməstdə qalırdılar. O qədər möhkəm, çevik, fəhmli uşaq idi ki, bütün marağımı özünə çəkməyə bacarmışdı. Gəzintiboyu ən yaxşı bələdçimiz oldu. Söz verdim ona; Göyçaya gələndə mütləq onlara baş çəkəcəkdim, mütləq.

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Festival öz axarıyla davam edirdi. Kimi həyətinin al narlarını, kimi öz əl işini, kimisə Çaxırlının üzüm çaxırını satışa çıxarmışdı. Qiymətlərsə fərqliydi. 4 manatdan başlayan nar şirələri 20 manat nar səbətiylə davam edirdi.

Bu da yeni kompaniyaları ilə "Nar" ailəsi. :)

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Göyçayda olduğum bir neçə saat ərzində təxmin etdim ki, sakinlər münasibətdən asılı olaraq davranırlar. Tutaq ki, mən onlarla mehriban nə isə soruşsam eyni formada da cavab alacam, həmçinin digər variantda da vəziyyət elə olacaq. Bir də bir qrup insanda ciddiyyət qatıdır, o biri qrupda isə mülayim, xoşhal. Ancaq hər bir halda sevdim Göyçayı, elə göyçaylıları da. Niyə? Çünki qonaqpərvərdirlər, zəhmətsevərdirlər.

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Bir günə sığan min xatirə; nar və onun dənələri kimi...

Xülasə, əvvəldə yazdığım kimi, xüsusi günləri yaddaqalan edən ya mühit olur, ya da sən. Həmin günümü isə məndən asılı olmadan Göyçay mühiti yaddaqalan etdi.

Yoüstü öyrəndim ki, rayonda 4 məscid var. Şərq aləminin ən ümdə ənənəsi olan hamamıdakı öz yerində, özü də yer hamamı. Surxay adlı qalası da varmış. Və daha nələri... Ancaq bunları bir günə görə bilməzdim. Bunları görə bilməsəm də bir günümə min xatirə sığdıra bildim; eynilə nar və onun dənələri kimi...

Azadə

Paylaş

Bölmə: Ana seife / Foto görüş / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!