İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 15-11-2017, 13:58
Ustad aşıq İsfəndiyar - 80


Ləyaqətli ömür

24 oktyabr 2017-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə ustad aşıq İsfəndiyar Rüstəmovun anadan olmasının 80 illik yubileyi Azərbaycan Dövlət Filarmoniyasında keçirildi.

Gecənin açılışını Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev açdı. Əbülfəz Qarayev aşıq İsfəndiyarın sənətindən, onun yetişdirdiyi şəyirdlərdən, dövlət tədbirlərində etdiyi yüksək səviyyəli çıxışlarından danışdı və qeyd etdi ki, İsfəndiyar Rüstəmovun bu əməyini dövlətimiz yüksək qiymətləndirərək “Əməkdar İncəsənət xadimi” fəxri adına və Prezident təqaüdünə layiq görülüb.

Nazir Əbülfəz Qarayev onu da qeyd etdi ki, vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində aşıq sənətimiz YUNESKO-nun mənəvi irs siyahısına daxil edilib.
Daha sonra söz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi professor Məhərrəm Qasımlıya verildi. Məhərrəm Qasımlı aşıq İsfəndiyar Rüstəmovun həyat və yaradıcılığı haqqında geniş əhatəli məlumat verdi.

Məhərrəm Qasımlı aşığın Sovetlər birliyi vaxtında həm Azərbaycanda, həm də xarici ölkələrdə etdiyi çıxışlardan və 1972-ci ildə Dədə Ələsgərin 150 illik yubileyində Moskvada etdiyi yüksək səviyyəli çıxışından danışdıqdan sonra qeyd etdi ki, İsfəndiyar Rüstəmovun 9 nəfərlik üzvləri Aşıq Ələsgər döş nişanı və Fəxri Fərmanla təltif olunmuşdular. Ustadın 80 yaşı olmasına baxmayaraq, Aşıqlar Birliyinin idarə heyətinin bütün iclas və tədbirlərində yaxından iştirak edir, bir ustad kimi gənc aşıqlara öz tövsiyə və məsləhətlərini verir.

Söz ustadı təbrik etmək üçün aşıqlara verildi. İlk olaraq səhnəyə Əməkdar incəsənət xadimi Gülarə Azaflının “Çeşmə” qrupu çıxdı. Sonra ustadla uzun müddət çiyin-çiyinə çalışdığı “Əməkdar İncəsənət xadimi” Prezident təqaüdçüsü ustad aşıq Mahmud Məmmədova söz verildi. Aşıq Mahmud Məmmədov keçmiş xatirələrindən, etdikləri çıxışlardan danışdı. Aşıq İsfəndiyar Rüstəmova uzun ömür, can sağlığı arzuladı. Səhnəyə ustadın öz yetirmələri olan Aşıq Nəbi, Aşıq Nazim, Aşıq Altay, Aşıq Azər Fərmayıloğlu və balabanda Əziz Göyçəli ustadlarını “Cəngi Koroğlu” havası ilə təbrik edəndən sonra səhnəyə Aşıq Əli Tapdıqoğlu və Aşıq Samirə gəldilər. Aşıq Əli və Aşıq Samirənin ifasında “Şirvan şikəstəsi” səsləndi. Ustadı təbrik etmək üçün solo saz ifaçısı Aşıq Ədalət Dəlidağlı və şəyirdi aşıq Şəhriyar Laçınlı çıxdı. Aşıq Ədalət Dəlidağlı və Şəhriyar Laçınlının ifa etdikləri “Baş Dubeyti” havası gurultulu alqışlarla qarşılandı.
Yenə söz ustadın öz yetirmələri olan Gədəbəy aşıqlarına verildi. Aşıq Təbrizin, aşıq Şahniyarın, aşıq Vəli Şınıxlının, aşıq Sərdarın və gənc aşıq Toğrulun ustadın öz sözü olan “Azərbaycan” qoşmasını “Kərəm gözəlləməsi” üstündə oxudular.

Ustad aşıq İsfəndiyar - 80


Ustadı təbrik üçün Qazax aşıqlarına söz verildi. Aşıq Solmaz, aşıq Avdı və aşıq Şaiq ustadı gözəl bir ifa ilə təbrik etdilər.
Sonra ustadı təbrik etmək üçün Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Əliyev ustad aşıq İsfəndiyar Rüstəmovu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun adından təbrik etdi.

Sonra səhnəyə Kəlbəcər aşıqları Gözəl Kəlbəcərli və Əli Zeynalabdinov gəldi. Ustadı “Aran gözəlləməsi” havası ilə təbrik etdilər.
Ustadı təbrik üçün Şirvan aşıq məktəbinin layiqli davamçıları “Əməkdar mədəniyyət işçiləri” Aşıq Ağamurad, Aşıq Əhliman və Aşıq Vüqar Mahmudoğlu “Şirvan gözəlləməsi” ilə ustadı təbrik etdilər. Söz Borçalı aşıq məktəbinin davamçıları Aşıq Cahangirə, Aşıq Əşrəfə və Aşıq Raminə söz verildi. Borçalı aşıqları “Hüseyni” havası ilə ustadı təbrik etdilər. Borçalı aşıqlarından sonra səhnəyə Göyçə aşıq məktəbinin yetişdirməsi aşıq Firudin və Aşıq Kəmalə çıxdı. Bu aşıqların ifasında “Şəqai gəraylı” havası səsləndi.

Ustad aşıq İsfəndiyar - 80


Gecənin bağlanması üçün səhnəyə “Əməkdar mədəniyyət işçisi” Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu gəldi. “Baş müxəmməs” havası ilə ustad İsfəndiyar Rüstəmovu təbrik etdilər. Tədbir başa çatdı.

Son söz olaraq ustadın özünə verildi. Ustad aşıq İsfəndiyar Rüstəmov Azərbay\can Respublikasının Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya, Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevə, AAB-nin sədri Məhərrəm Qasımlıya və tədbirdə kimlərin əməyi var, hər birinə öz minnətdarlığını bildirdi.
Biz də yubilyara uzun ömür, can sağlığı arzulayırıq.

Hüseyn Məmmədov,
“Bütöv Azərbaycan” qəzeti


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!