İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 24-11-2017, 09:15
Regionlarımız - Yeniləşən, müasirləşən Abşeron


İradə Akif qızı Gülməmmədova ömrünün 55-ci baharını yaşayır. İradə xanım “Zaqafqaziyanın konservatoriyası” adlandırılan, mədəniyyətimizin, musiqimizin, sözün-sənətin xəzinəsi görkəmli şəxsiyyətlərin, misilsiz insanların yetişdirdiyi dünyanın cənnət guşəsi sayılan, əfsus ki, hazırda düşmən tapdağında qalıb xilaskarını gözləyən Şuşa şəhərində ziyalı ailəsində doğulub, bu bənzərsiz diyarın ab-havasını udub, burada ərsəyə çatıb, sonra da orta məktəb məzunu olaraq ali təhsil almaq üçün ölkə paytaxtına gəlir, arzusunda olduğu N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Universitet) tələbəsi adını qazanır. Həmin ali təhsil ocağının pediatriya fakültəsini bitirir və 24 yaşında qaynar həyatın qoynuna atılır.
Gənc həkim olaraq əmək fəaliyyətinə başlayır, sonra Abşeron rayon uşaq poliklinikasında baş həkim işləyir. Yüksək təşkilatçılıq bacarığı, siyasi savadı nəzərə alınaraq İradə xanım Abşeron Rayon İcra Hakimiyyətinə dəvət olunur. RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin, 2014-2015-ci illərdə RİH başçısının I müavini vəzifələrində fəaliyyət göstərir. Nəhayət, 2015-ci il sentyabrın 2-də Respublika Prezidentinin Sərəncamı ilə İradə Gülməmmədova RİH başçısı kimi məsul və şərəfli vəzifəyə irəli çəkilir. Abşeron rayonunun ictimai-sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərə görə İradə xanım “Tərəqqi” medalına layiq görülmüşdür.

Regionlarımız - Yeniləşən, müasirləşən Abşeron


Doğrudan da Abşeron rayonunun bugünkü uğurlarında, müxtəlif sahələrdə əldə etdiyi nəzərəçarpan yüksəlişində RİH başçısının rolu yüksək qiymətləndirilməlidir. Son bir neçə ildə rayon tanınmaz dərəcədə dəyişmiş, gözəlləşmiş, yenilənmişdir.

Ölkəmizdə geniş miqyas alan böyük quruculuq işləri, bir sıra transmilli layihələrin yüksək sürətlə həyata keçirilməsi, sosial-iqtisadi inkişafın yüksək vüsət alması, şübhəsiz ki, respublikada aparılan daxili və xarici siyasətin bəhrəsidir. regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi hər yerdə olduğu kimi Bakının Abşeron rayonunda da özünü bariz surətdə nümayiş etdirir. Abşeronun keçmiş şöhrəti özünə qaytarılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı rayonda yeni uğurlara yol açır, bütün sahələr üzrə ruh yüksəkliyi hökm sürür. Abşeronun hər kənd və qəsəbəsində tikinti-quraşdırma işləri, abadlıq və müasirləşmə hər bir rayon sakininin zəhməti, alın təri hesabına başa gəlir. Bu əldə olunmuş uğurlar barədə hər dəfə müxtəlif tədbirlərdə geniş məlumat verən RİH başçısı İradə Gülməmmədova görüləcək işlər, həyata keçiriləcək tədbirlər haqqında söhbət açır. Abşeron rayonu heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bostançılıq, baramaçılıq və üzümçülük üzrə ixtisaslaşmışdır. “Abşeron” deyəndə ilk öncə, ağ şanısı, qara şanısı, zəfəranı, meyvə bağları yada düşür.

Bu gün Abşeron sabahla yaşayır, sabaha inamla irəliləyir, özü də yüksək sürətlə. Ona görə də rayonun bütün yaşayış məntəqələrində abadlıq-quruculuq işlərinin geniş vüsət aldığının şahidi olursan. Yeni təhsil və səhiyyə ocaqları inşa olunur, mədəni-məişət-iaşə obyektləri yaradılır, tikinti-quraşdırma işləri aparılır, rahat yollar salınır, yaşıllıqlar genişləndirilir.

Bu il oktyabr ayının 3-də rayonun Masazır qəsəbəsində ABŞ-ın maliyyə dəstəyi ilə Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlərin övladları üçün inşa olunmuş yeni məktəb binasının açılışı həyata keçirildi. Yaxın günlərdə Hökməli kəndində isə yenicə istifadəyə verilmiş uşaq bağçasının açılışı olmuşdur.
Respublika əhalisinin təmiz duzla təmin olunmasında Masazırdakı duz gölü mühüm rol oynayır.
Son vaxtlar gölə çirkab suların axıdılması narahatçılığa səbəb olmuşdu. Problem RİH başçısının işə qarışması nəticəsində həllini tapdı. Belə ki, İradə Gülməmmədova müvafiq qurumları qarşısında bu məsələni qaldırdı, nəticədə cənab Prezidentin verdiyi tapşırığa əsasən Masazır və Novxanı kəndlərinin ərazisindən keçən 13,7 kilometr uzunluğunda kanalizasiya xəttinin çəkilişinə başlandı. Hazırda kanalizasiya xəttinin 2,5 kilometrdən çox hissəsi hazırdır, qalan işlər sürətlə davam etdirilir. Hökməli və Qobu qəsəbələrində də kanalizasiya xəttinin çəkilişinə başlanılıb, bundan başqa 10 kilometrə yaxın kənd yolu asfaltlanmışdı.

Regionlarımız - Yeniləşən, müasirləşən Abşeron


RİH başçısının tapşırığı ilə Xırdalan şəhəri üzrə nümayəndəsi Rafiq Yusifov Xırdalan şəhərinin küçələrində rayonun öz daxili vəsaiti hesabına abadlıq və tikinti-quraşdırma işlərinə başlanılıb. Şəhərin Həsən bəy Zərdabi küçəsində kanalizasiya xətti çəkilir, iş başa çatandan sonra küçə asfaltlanacaq, səkilərə daş piltələr döşənəcək, həmçinin küçənin sağ və sol tərəfində bəzək kolları əkiləcək. Abşeronda zeytun yetişdirilməsinə çox fikir verilir. Hazırda Həsən Əliyev küçəsində Abşeronun iqliminə uyğun yüzlərlə zeytun ağacı əkilib və ağacların suvarılması üçün lazımi su xətti çəkilib.

Bu yaxınlarda oktyabrın 17-də RİH başçısının sədrliyi ilə keçirilən növbəti iclasda İ.Gülməmmədova nəzərə çatdırmışdır ki, son 6 ildə Abşeron rayonu dövlətdən maliyyə yardımı almadan bütün işləri öz daxili imkanları hesabına görür, üstəlik də 23,5 milyon manat həcmində dövlət büdcəsinə köçürməyi nəzərdə tutub.
İcra hakimiyyətinin birinci müavini İlham Quliyev qeyd edir ki, ümumiyyətlə 2017-ci ilin ötən dövrü ərzində rayonun öz daxili imkanları hesabına Xırdalan şəhərinin Şəhriyar, Lütfizadə küçələrində, Novxanı kəndində Salatın Əsgərova, Teymur Əliyev, Mehdi Hüseynzadə, Osman Sarıvəlli küçələrində, Saray qəsəbəsində, Aşağı Güzdək, Hökməli, Qobu və s. kənd və qəsəbələrdə yollara daş döşənmiş, bəzi küçələrə asfalt salınmış, parklarda abadlıq işləri həyata keçirilmişdir. Ümumiyyətlə, indiyə kimi 16440 kilometr yola çınqıl tökülmüş, 109 min kvadratmetr yol və səki asfaltlanmışdır.

Qobu-Lökbatan yolu əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı-Qobu və Bakı-Şamaxı magistral avtomobil yolunun Abşeron rayonundan keçən hissəsində 4 yerdə yerüstü keçid inşa edilərək istifadəyə verilmişdir.

İcra başçısı tez-tez rayonun ayrı-ayrı kənd və qəsəbələrində sakinlərlə səyyar görüşlər keçirir, onlarla sıx ünsiyyətdə olur, abşeronluların istək-arzu və təkliflərini dinləyib qeyd edir, onları narahat edən məsələlərə aydınlıq gətirir, qarşıda duran cari məsələləri onların nəzərlərinə çatdırır. Belə tədbirlərdən biri də oktyabrın 16-da Qobu qəsəbəsində baş tutmuşdu. Görüşü İradə Gülməmmədovanın özü açaraq qəsəbə sakinlərini salamlamış, onlarla səmimi söhbət etmiş, qayğıları ilə maraqlanmışdı. Bu görüşün Qobuda təşkil olması təsadüfi deyildi. Qəsəbə tarixi ənənələrə malik yaşayış məskənidir. Elə İradə xanım da Qobunun tarixinə səyahət etmiş, sakinləri uzaq illərə aparmışdır. RİH başçısı qeyd etmişdir ki, Qobunun yaşı 700 ili arxada qoyub, hazırda 15 mindən çox əhalisi olan qəsəbə sürətlə böyüyür, öz sərhədlərini genişləndirir. Ona görə də icra başçısı Qobunun mövcud problemləri ilə yerindəcə tanış olmaq üçün qobulularla belə bir görüşə gəlmişdir.

Regionlarımız - Yeniləşən, müasirləşən Abşeron


Tədbirdə RİH başçısının müavinləri və şöbə müdirləri, hüquq-mühafizə işçiləri də qatılmışdır. 300-ə qədər qəsəbə sakini də görüşdə iştirak edirdi. İcra başçısı qeyd etdi ki, belə görüşlərdən sonra araşdırmalar və aşkar olunan faktlar əsasında nəzərə çarpan problemlər aradan qaldırılır. Görüşdə qəsəbə sakinləri Gülbahar İlyasova, Şakir Vəliyev, Kərəm Şahbiyev, Elşən Məmmədov, Mələknisə Xanazarova və başqaları çıxış edərək ürək sözlərini söylədilər. Belə görüşlərin əhəmiyyətini qeyd eitdilər, eləcə də ölkə başçısı İlham Əliyevə Abşeronun kənd və qəsəbələrinə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər. Axı Respublika Prezidenti cənab İlham Əliyev Azərbaycanın başqa regionları kimi Abşeron rayonuna da eyni dərəcədə diqqət göstərir. Belə ki, onun hər dəfə Abşerona gəlişi rayon sakinlərinin görüşünə səbəb olur. Elə bu günlərdə ölkə başçısının rayona etdiyi son səfərini xatırladaq. Bu səfər noyabrın 16-da baş tutmuşdu.

Dövlətimizin başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydu.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi.

Sonra Prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak etdi. Qeyd etdi ki, Abşeron Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli sərəncamı əsasında inşa edilib. Bu ölkəmizdə sayca 42-ci Olimpiya İdman Kompleksidir.

Ölkə Prezidenti kompleksin açılışında geniş məruzə ilə çıxış etdi, xatirə şəkili çəkdirdi. Sonra İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış oldu.

Azərbaycan Prezidenti Abşerona səfəri zamanı rayonun Masazır qəsəbəsində 5 saylı tam orta məktəbin açılışında da iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Beləcə, ölkə rəhbərinin hər dəfə Abşerona səfəri abşeronluların qəlbində ruh yüksəkliyinə səbəb olur, onların qurub-yaratmaq əzminə impuls verir, Azərbaycanın bu cənnətməkan guşəsinin həyatında yeni parlaq səhifələr açır. Bəli, yeniləşən, müasirləşən Abşeron firavan, xoş günləri yaşayır…

Hüseyn Məmmədov,
“Bütöv Azərbaycan” qəzeti


Regionlarımız - Yeniləşən, müasirləşən Abşeron


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!