"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 7-12-2017, 09:08
Elşad Xaqanın “Xalqın Şairi”nə iradları…


İlk onu qeyd edim ki, bu günə kimi efir məkanında bir çox kanallarda şeir müsabiqəsi keçirilsə də, heç birinə qatılmamışam. Səbəb isə obyektivliyin və ədalətin tam gözləniləcəyinə əmin olmamağımdır. ARB kanalında keçirilən “Xalqın şairi” adlı şe’r müsabiqəsində isə iştirakçı qismində çıxış etməyimin başlıca səbəblərindən biri, müsabiqə başlamazdan bir neçə müddət əvvəl “Facebook” sosial şəbəkəsində verilən elan oldu.

Elanda Mübariz Əsgərovun aparıcı, Ramiz Rövşən, Fikrət Qoca, Nəriman Həsənzadə kimi tanınmış şairlərin münsif qismində iştirak edəcəyi deyilirdi. Bu şəxslər olan yerdə obyektivlik mütləq qorunar düşüncəsiylə elandakı əlaqə nömrəsinə zəng vurdum və qeydiyyatdan keçdim. Təxminən, ay yarım sonra kanaldan mənə zəng gəldi və ilk turun çəkiliş vaxtı bildirildi. Mən də şerlərimdən az bir qismini “qoltuğuma vurub” , müsabiqənin ilk turunun çəkilişlərinə qatıldım. Lakin çəkilişdə gördüyüm mənzərədən ( Aşıq Əhliman və Əvəz Qurbanlı istisna olmaqla ) məyus oldum. Çünki Baba Vəziroğlu və Qulu Ağsəs, ədəb normalarını gözləyib, yumuşaq desək, heç də, bir şəxsiyyət və şair olaraq qibtə etdiyim kəslərdən deyil. Lakin yenə də, öz-özümə “Çünki oldun dəyirmançı, çağır, gəlsin dən, Koroğlu”- deyib, çəkilişə qatıldım və ilk əvvəl fiziki qüsurlu insanlarımızdan və onlara münasibətdən bəhs edən “Deşik səhəng” adlı təmsilimi dedim. Təmsili və təmsil haqqında səslənən fikirlər, eyni zamanda, mənim bildirilən “irad”lara qarşı səsləndirdiyim haqlı fikirlər efirə verilmədiyindən, təmsilimi və səslənən fikirləri yazılı şəkildə oxucuların nəzərinə çatdırmaqda bir zərurət görürəm.

DEŞİK SƏHƏNG ( Təmsil )

Çox qədimdə, bizim ellərdə biri,
Qayıdır, çeşmədən ünvanə geri,
Götürüb çiyninə bir cüt də səhəng,
Biri yırtıq, o biri tazə, qəşəng.
Köhnə qab tazə qaba tutmuş üzün,
Başlamış söhbətə üzgün-üzgün,
Söyləyir : -Mə’nən əziyyət çəkirəm,
Nə zamandır ki, xəcalət çəkirəm.
Sahibin yoxdu gözündə dəyərim,
Bilirəm, çün ona azdır səmərim.
Öhdəsindən işimin gəlməyirəm,
Çün şikəstəm, bacara bilməyirəm.
Çeşmədən ayrılırıq suyla dolu,
Ta ki, ünvanə çatıncan bu yolu,
Sənə doldurduğu su eyni qalır,
Məndəki yarıdan artıq azalır.
Bir şeyi anlamıram, dost, qərəz ;
Məni neyçün bu adam etmir əvəz ?!
Neyçün almır özünə başqa səhəng,
Sən kimi tazə, naxışlı və qəşəng ?!
Həm özün qurtara boş zəhmətdən,
Həm mən azad olaram minnətdən.
Ərkyanə, gülərək, tazə səhəng,
-Vurma, qardaş -dedi – gəl, boş-boş əng.
Eybivi bilsə də gər sahibimiz,
Sənə çox verdi dəyər sahibimiz.
Yoluvun üstə toxum, gübrə töküb,
Gör, neçə növdə gözəl güllər əkib.
Bu gözəl güllərə can bəxş eləyən,
Daşıdıqca səni səndən süzülən
Damlalardır, bunu da dərk eylə,
Özüvə etmə əziyyət böylə.
Zahirən, səndə əgər varsa qüsur,
Məndən artıq səmərin xəlqə olur.
Hər kəsin ayrı cürə qisməti var,
Hər işin öz səbəbi, hikməti var.
Eləsə, naşükür olmaq nə gərək?!
Gərək, hər halımıza şükr eləyək!

Müəllif: Elşad Xaqan


Mirzə Ələkbər Sabir obrazını canlandıran satirik şair Əvəz Qurbanlı təmsildə, istər, vəzn və bəhr baxımından, istərsə, ifadə seçimi və məna yükü baxımından bir xətaya rast gəlmədiyini vurğulayaraq, təmsilimi bəyəndiyini dedi. Digər münsiflər Aşıq Əhliman və Baba Vəziroğlu səssiz qalsalar da, Qulu Ağsəs aşağıdakı “irad”ları bildirdi :
– İlk əvvəl onu deyim ki, mövzu kökündən yalnışdır. Şikəst adama təmsil yazmazlar. İkimcisi təmsili uzun yazıbsan, gərək, bir az qısa edərdin ( bu fikirləri Qulu Ağsəs səsləndirdi və Baba Vəzir oğlu da başını tərpədərək, həmkarı ilə razılaşdığını işarə etdi).

Mən isə bu “irad”la razılaşmadığımı bildirərək, qeyd etdim ki, birincisi, heç bir janrda mövzu məhdudiyyəti yoxdur. Müəllifin mövzu və janrın öhdəsindən gəlib-gəlməmək söhbəti vardır ki, Allaha şükür, mən ustalıqla təmsilin öhdəsindən gəlmişəm.

İkincisi, təmsilin qısa yazılması məsələsində yenə yanılmısınız. Götürək, böyük Füzulinin “Meyvələrin söhbəti” əsərini ki, ölçü baxımından, heç də, qısa deyil və bu kimi çox dəlillər gətirmək olar. ( buradan məlum olur ki, ya münsiflərin mütaliəsi yox dərəcəsindədir və savadları yoxdur, ya da ortada qərəz var ).
Üçüncüsü də janrdan aslı olaraq, əsərin uzun və ya qısa olması müəllifin söz ehtiyyatından xəbər verir. Əgər bayağı və məna yükü olmayan ifadələrdən, fikirlərdən istifadə etmiş olsaydım, sizə haqq qazandırmaq olardı ki, göründüyü kimi, tam əksinə olaraq, dolğun ifadələrdən istifadə etmişəm.
Məndən daha bir şeir səsləndirməmi istədilər və mən aşağıdakı şeirimi oxudum.

OLMAMAĞI YAXŞIDI


Kimdir olan şad yarımçıq əlindən ?!
Olmağından olmamağı yaxşıdı.
Məsəl var ki, “dad yarımçıq əlindən”,
Olmağından olmamağı yaxşıdı.

Yağdıranda fələk hər yandan daşın,
Çıxsa dönük ən yaxının, yoldaşın,
Sirri qəbrə aparmayan sirdaşın
Olmağından olmamağı yaxşıdı.

Əhdü peyman anlamırsa sevgilin,
Dar məqamda üzsə əlindən əlin,
Ətri gözəl, iti tikanlı gülün
Olmağından olmamağı yaxşıdı.

Xoş yazıla əzəldən alın yazın,
İlahidən, sönməyə bəxt ulduzun,
Naxələf oğul, ad batıran qızın
Olmağından olmamağı yaxşıdı.

Elşad Xaqan, qəmlər ard-arda gəlsə,
Şux qamətin hər gün bir az əyilsə
, Pulun-varın dərdə dərman deyilsə,
Olmağından olmamağı yaxşıdı.

Üçüncü bəndi bitirən kimi, Baba Vəziroğlu 4-cü bəndə keçməyimə aman verməyib, qeyri-ixtiyari bir pafosla iki əlini də havaya qaldırıb : – əladır! kifayətdir ! deyərək, şeirimi yarıda saxladı. Lakin Qulu Ağsəs yenə “İrad” bildirib, dedi ki : – qafiyələr köhnə, stil köhnədir!

Bu zaman 30 saniyə əvvəl şeirimi ona ləzzət verdiyi üçün yarıda saxlayan Baba Vəziroğlu yenə başını tərpədərək, həmkarı ilə razılaşdığını işarə etdi ki, bu riya da mənə qaranlıq qaldı. Yekunda münsiflər yekdilliklə mənə “hə ” deyib, minnətlə-sünnətlə ikinci tura keçirdilər.

Qeyd: qafiyə xəmir deyil ki, qalıb boyatıya…

Ardı var…


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!