Lavrov və Zərif Xəzərin statusunu müzakirə edib .....                        Monteneqronun nüfuzlu CdM informasiya portalında “ASAN xidmət”dən bəhs olunub .....                        Şəbnəm Qurbansoy: "Tez bağışlayır və tez unuduram" .....                        “İRƏLİ”nin sədri Azərbaycan Milli Karate Federasiyasının Baş Katibi vəzifəsinə təyin olundu .....                        Avropa ölkəsindən Türkiyə ilə bağlı terror xəbərdarlığı .....                        Şəhid atası olmaq Şərəflilərin nəsibidir .....                        Mən sabah intihar edəcəm .....                        Biz necə də sevincli, necə də gümrah idik... .....                        98 məktəbdə monitorinq imtahanı keçirilib .....                       
Tarix : 14-12-2017, 09:47
“BAKIDAN TÜRK DÜNYASINA” LAYİHƏSİ  UĞURLA BAŞA ÇATDI



Türksoylu ölkə və topluluqlardan olan bir qrup yazar 2017-ci il, dekabrın 1-dən 5-dək Azərbaycan Respublikasının paytaxtı Bakıda toplandı. Öncə Fəxri Xiyabanı ziyarət edən qonaqlar Ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət etdi.


Sonra Şəhidlər Xiyabanına gələn türk dünyası yazarları, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsini yad etdi.

Ardınca, Bakı Türk Şəhidliyini – Qafqaz Türk İslam Ordusunun xatirəsinə ucaldılmış abidə də ziyarət edildi, qonaqlara Bakının daşnak-bolşevik işğalçı qüvvələrindən azad edilməsində Nuru Paşanın komandanlığında olan şanlı ordunun böyük xidmətləri haqqında bilgi verildi.

Ziyarətlərdə DGTYB mənsubları və qonaqla yanaşı Azərbaycanlıların və digər Türksoylu Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) başçısı, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov da iştirak edirdi.

***

“Türk coğrafiyasında önəmli mövqeyə malik Azərbaycanın qardaş ölkə və topluluqlardan olan istedadlı yeni nəsil yazarları arasında bağların daha da gücləndirməsinə təkan verən layihələrin həyata keçirilməsi, qardaş xalqların yazarları tərəfindən təqdirəlayiq hal kimi dəyərləndirilir. Bu, türk xalqları, dövlətləri arasında yaxın dostluq və əlbəttə, qardaşlıq bağlarının daha da möhkəmlənməsinə xidmət edir.” – Belə fikirlər Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “BAKIDAN TÜRK DÜNYASINA” adlı layihənin açılış törənində səsləndirildi.

Azərbaycanda Atatürk Mərkəzində keçiriən açılış törənində DGTYB Məsləhət Şurasının başqanı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı “BAKIDAN TÜRK DÜNYASI”na adlı layihənin məramı-məqsədi, önəmi barədə iştirakçılara bilgi verdi. O qeyd etdi ki, qardaş ölkə və topluluqlardan – Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası, Tatarıstan Respublikası, Saxa (Yakutiya) Respublikası, habelə Qaqauz Eli və doğma Təbrizi təmsil

edən 30-a yaxın yazarın qatıldığı layihə, türk dünyası ədəbi və media mühitində bağların daha da genişlənməsi, işbirliyi (pespektivləri) baxımından böyük önəm daşıyır.

“Tarixən ortaq dil, tarix, gələnək, bir sözlə, ortaq mədəniyyəti bölüşən türksoylu xalqlar arasında bağlar, işbirliyi imkanları SSRİ çökdükdən sonra yeni bir dövrə qədəm qoydu. Türksoylu xalqların zəngin mədəni irsi, ədəbiyyatının araşdırılması və dünyada tanıtımı, eləcə də, türksoylu dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün üfüqügeniş işlər görülməyə başlandı. DGTYB də yarandığı gündən türk coğrafiyasını əhatə edən gənc yazarlar, qələm adamları arasında ədəbi körpü rolunu oynayır, nəşr etdiyi müxtəlif məzmunlu kitablarla Azərbaycan ədəbi mühiti ilə digər türk xalqlarının ədəbi mühitləri arasında bağların daha da möhkəmlənməsinə çalışır.

Bu dəfəki layihənin silsilə tədbirlərində iştirak edən qonaqlar öz ölkələrinin ədəbi mühiti, indiyə qədər milli ədəbiyyatların keçdiyi yol, hazırda ədəbi mühitdə gedən proseslər, çağdaş ədəbiyyata baxışla bağlı fikir mübadiləsi aparacaq, məruzələr dinləniləcək. Ümid edirəm ki, səslənən fikir və təkliflər faydalı olacaqdır.”

Tədbirdə Mərkəzin müdiri, Əməkdar elm xadimi, millət vəkili, akademik Nizami Cəfərov layihənin önəmindən söz açdı. Bildirdi ki, ədəbiyyat xadimlərinin dostluq və qardaşlığı xalqlar arasında anlaşmanın, dinc yanaşı yaşamanın, birliyin möhkəmlənməsinə töhfələr verir.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun məsul əməkdaşı Vüsalə Niftəliyeva bu cür layihələrin türk dövlət və topluluqlarına mənsub gənclər arasında dostluq və qardaşlıq bağlarını möhkəmləndirdiyini, işbirliyi perspektivlərini daha da artırdığını vurğuladı. Xanım Niftəliyeva qeyd etdi ki, təmsil etdiyi fond, gənclər təşkilatlara, eləcə də ictimai fəal gənclərə öz yaradıcı və faydalı ideyalarını gerçəkləşdirməyə həmişə dəstək olub, bundan sonra da dəstək olacaq.

Konfransda millət vəkili Sona Əliyeva, Dünya Alpaqut Federasiyasının fəxri prezidenti Fərid Əlizadə, Qazaxıstanın əməkdar mədəniyyət işçisi, tanınmış şair Almas Ahmetbekoğlu, Tatarıstan Respublikası Yazıçılar Birliyinin başçısı, əməkdar mədəniyyət işçisi, görkəmli yazıçı-dramaturq Danil Salih, Astanadakı Avrasiya Universitetinin müəllimi Dauletkerey Kapoğlu, Türküstandakı Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin əməkdaşı, şair-tərcüməçi dr.Gülnaz Faizulla, “Yeni Qazax şeiri antologiyası”nın tərtibçiləri Tanagöz Tolkınqızı, Dauren Berikkajıoğlu, eləcə də Qazaxıstanın müxtəlif ödülləri ilə təltif edilmiş başqa gənc şairlər, habelə Saxa (Yakutiya) Yazıçılar Birliyinin Gənc Şairlər bölümünün başçısı Qavril Andros, yenə Saxa (Yakutiya) təmsilçisi olan başqa bir istedadlı gənc yazar – Rüstəm Kazhenkin, Türkiyədə fəaliyyət göstərən “DünyaDER” ədəbi qurumunun təmsilçisi,

gənc yazar Özgür Bacaksız, Qırğız Respublikasının gənc şairi Bekbolat Sarıbay, Özbəkistan şair-tərcüməçilərini təmsil edən Şoxista Artuk (Kamranlı), Təbriz gənc şairlərinin istedadlı nümayəndəsi Ümid Nəccari, habelə prof.dr. Alma Ülvi, dos.dr. Pərvanə Məmmədli, “Palitra” qəzetinin əməkdaşı, tanınmış jurnalist Fuad Hüseynzadə və b. qələm sahibləri iştirak və çıxış etdi.

Fəal və səmərəli diskussiya ortamında keçən açılış törənində qarşılıqlı maraq doğuran mövzular müzakirə edildi.

***

Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) təşrif buyuran bir qrup layihə iştirakçısı, burada fondun başçısı Umud Rəhimoğlu ilə görüşdü, BAMF-ın fəaliyyəti ilə tanış oldu. Qonaqlar burada “eurasiadiary.com” saytı redaksiyasının fəaliyyət prinsipləri ilə də tanış oldu, gələcək işbirliyi barədə fikir mübadiləsi apardı.

***

Silsilə tədbirlərin ilk günü qonaqlar Azərbaycan Mətbuat Şurası (MŞ) rəhbərliyi ilə də görüşdü. Ölkəmizə təşrif buyurmuş fəxri qonaqları və gənc yazarları salamlayan MŞ sədri, millət vəkili Əflatun Amaşov, onlara başçılıq etdiyi qurumun fəaliyyət istiqamətləri barədə bilgi verdi. O bildirdi ki, Şura indiyədək türk dünyasının media qurumlarının, eləcə də ayrı-ayrı jurnalistlərin, yaradıcılıq qurumlarının bir-birilə sıx təmas qurması üçün çoxsaylı tədbirlər gerçəkləşdirb; gerçəkləşdirilmiş təəşəbbüslər də səmərəli sonuclar verib. Artıq türk dünyasının sənət adamları arasında möhkəm işbirliyi var. Bu isə ortaq dəyərlərimizin təkcə yaşadığımız arealda yayılması deyil, eləcə də bütövlükdə dünyaya türk mədəni varlığının çatdırılması baxımından son dərəcə önəmlidir.

Ə.Amaşov həmçinin, “BAKIDAN TÜRK DÜNYASINA” silsilə tədbirlərinin fəxri qonağı, Tatarıstan Yazıçılar Birliyinin başçısı, əməkdar mədəniyyət işçisi, görkəmli yazıçı-dramaturq Danil Salihə xatirə hədiyyəsi təqdim etdi.

DGTYB adından çıxış edən Ə.Qoşalı qonaqları təqdim edərək onların səfərinin məqsəd və məramını açıqlayıb. Bildirib ki, DGTYB-nin gerçəkləşdirdiyi layihə türk dünyasında ədəbi-mədəni bağların inkişafını hədəf seçib. O, qonaqların rəsmi şəxslərlə, millət vəkilləri ilə, şair və yazıçılarla, QHT və KİV başçıları ilə görüşlərinin nəzərdə tutulduğunu bildirib, qonaq-ların çoxunun öz ölkələrindəki KİV-lərdə çalışdığını nəzərə alaraq, Mətbuat Şurasında görüşün mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Qardaç ölkə və topluluqlardan təmsil edən yazarlar – Danil Salih, Almas Ahmetbekoğlu, Janat Jankaşoğlu, Gülnaz Feyzulla, Qavril Andros, Özgür Bacaksız, Şohista Artuk

(Kamranlı) və b. çıxış edərək ortaq türk mədəni-mənəvi yaxınlığının müxtəlif aspektlərindən söz açdı, qarşılıqlı səfərlərin işbirliyinin daha da güclənməsinə önəmli ölçüdə təsir göstərəcəyini vurğuladı.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, ATXƏM başqanı İlham İsmayıl, həmçinin “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Türküstan” qəzetinin baş redkatoru Aqil Camal və başqaları çıxışlarında bildirdi ki, türk dünyası xalqlarının bir-birinə daha sıx şəkildə konsolidasiyası günün qlobal tələbidir; bu prosesdə isə siyasətçilərdən də çox sənət və yaradıcılıq adamlarının böyük rolu var. Onlar bu baxımdan səfərin əhəmiyyətli tərəfləri ilə bağlı fikirlərini ifadə etdi.

***

Layihənin ikinci günü Sumqayıtdakı Poeziya Evində “Qazax şeiri antologiyası”nın təqdimatı və imzalanma mərasimi keçirildi. Tədbirdə həm layihə, həm də adıkeçən antologiya haqqında ətraflı danışıldı, fikir mübadiləsi aparıldı. Bildirildi ki, əsas məqsəd türk ölkə və xalqları arasında yaxın dostluq və qardaşlıq bağlarını ədəbi-ictimai müstəvidə daha da inkişaf etdirmək, türk dünyasının qələm sahiblərinin ədəbi mühitində canlanma yaradılmasına töhfə verməkdir.

Poeziya Evinin direktoru, tanınmış şair İbrahim İlyaslı, türk dünyasının gənc yazarlarını gənclər şəhəri Sumqayıtda görməkdən şad olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan dilində Qazax şairlərinin şeirlərinin yer aldığı “Yeni qazax şeiri anyologiyası” türk dünyası ədəbi ictimaiyyətinə mühüm töhfədir.

Antologiyanın tərtibçisi, şair Tanagöz İlyas Qazaxıstan nümayəndə heyəti adından belə bir nəşri ərsəyə gətirməkdə əməyi keçən Azərbaycan yazarlarına təşəkkür edib.

“Bu cür layihələr və ədəbi əlaqələr yeni ideyaların yaranmasına və ədəbiyyatın inkişafına təsir edir” deyən, bugünlərdə Qazaxıstan Prezidentinin sərəncamı ilə təltif edilmiş jurnalist Aida Eyvazlı görülən işləri yüksək qiymətləndirib.

Tatarıstan Yazıçılar Birliyinin başqanı Danil Salih, Qazaxıstanın əməkdar mədəniyyət işçisi, tanınmış şair Almas Ahmetbekoğlu, habelə antologiyada şeirləri yer alan Dauletkerey Kapoğlu, dr.Gülnaz Faizulla, Dauren Berikkajıoğlu, İndira Kerey, Rəvan Kabidoldun, Oljas Kassım, Əzəmət Yessalı, Sağınış Namaşam və Qazaxıstanın müxtəlif ədəbi ödülləri ilə təltif olunmuş digər şair-publisistlər, habelə Saxa (Yakutiya) Yazıçılar Birliyi Gənc Şairlər Bölümünün başçısı, şair-tərcüməçi Qavril Andros, yenə Saxa (Yakutiya) Respublikasından Rüstəm Kazhenkin, Türkiyədəki “DünyaDER” ədəbi qurumunun təmsilçisi, gənc şair Özgür

Bacaksız, Qırğız Respublikasının istedadlı gənc şairi Bekbolat Sarıbay, Özbəkistan şair-tərcüməçilərini təmsilən Şoxista Artuk (Kamranlı), Təbriz gənc şairlərinin istedadlı nümayəndəsi Ümid Nəccari, Sumqayıtlı gənc şairlər və b. çıxış etdi.

(Tədbirin gedişində sözügedən antologiyanın hazırlanmasında iştirak edən Azərbaycan yazarlarına Qazaxıstan hökuməti adından “ALQIŞ XAT”ı – “Təşəkkürnamə” təqdim edilib.)

Günün sonunda Sumqayıtda fəaliyyət göstərən “TURAN” restoranında qonaqların şərəfinə ziyafət verilib və təntənəli təltifetmə törəni keçirilib.

***

Layihənin üçüncü günü Azərbaycan dilində işıq üzü görmüş “Yeni Qazax antologiyası” Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti redaksiyasının təşkilatçılığı ilə ictimaiyyətə təqdim edildi. “Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist Sona Vəliyeva bu cür layihələrin türk dünyasının inkişafında, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsindəki rolundan söz açıb, DGTYB-nin keçirdiyi layihələri yüksək qiymətləndirdi. O, layihənin əhəmiyyətindən, habelə yeni nəşrin məziyyətlərindən söz açıb. Bildirib ki, kitabın nəşri, bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin - Azərbaycanla Qazaxıstanın ictimai-mədəni həyatında yaddaqalan hadisədir. Antologiyada qazax qardaşlarımızın zəngin söz sənətinin bugünkü nümayəndələrinin, demək olar, bütün spektri ilə görünməsi, əlbəttə, təqdirəlayiqdir. Qeyd edilib ki, yeni nəsli tanımaq neçə-neçə dostluq əlaqələrinin qurulmasına, işbirliklərinin yaranmasına səbəb olacaq. – “Ədəbiyyatçıların, qələm adamlarının dostluğu yaxşı mənada bütün topluma geniş şəkildə sirayət edir. İlk növbədə isə ədəbiyyat sahəsində canlanma yaradır.”

Tədbirdə antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazan Sona Vəliyevaya Qazaxıstan hökuməti adından “Təşəkkürnamə” və xatirə hədiyyəsi təqdim olundu.

BMM-də düzənlənən təqdimatda CASCFEN başqanı, əməkdar jurnalist Azər Hsərət, BAMF başçısı Umud Rəhimoğlu və b. da çıxış etdi.

***

Həmin gün qonaqlar AMEA-nın NİZAMİ adına Ədəbiyyat İnstitutunda, institutun direktoru, akdemik, millət vəkili İsa Həbibəyli ilə görüşdü. Akademik İsa Həbibbəyli bu cür görüşlərin türk xalqları ədəbiyyatının inkişafına və ədəbi əlaqələrin daha da genişlənməsinə töhfə olduğunu vurğuladı. Akademikə DGTYB adından “Onur bəlgəsi” təqdim edildi. Akademik başçılıq etdiyi elm ocağının qiymətli nəşrlərini qonaqlara hədiyyə etdi.

Tədbirdə AMEAnın iki əməkdaşına – dos.dr. Rəsmiyyə Sabir və Gülnazr Səma (Qasımlı)ya, qardaş xalqların ədəbi bağlarının inkişafı sahəsindəki xidmətlərə görə Qazaxıstan Mədəniyyət və İdman nazirinin imzaladığı “Təşəkkürnamə”lər təqdim edilib.

***

Günün ikinci yarısında layihə iştirakçıları Azərbaycan Dövlət Pedaqoji Universitetində “Türk dünyası şeir axşamı”na yığışdı. Ədəbi-bədii, musiqili gecədə qardaş xalqların nümayəndələri öz şeirlərini oxudu, eləcə də musiqi nömrələri və rəqslər nümayiş etdirildi.

Tədbirdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru prof.dr. Cəfər Cəfərov çıxış edərək türk ölkə və topluluqlarından gəlmiş qonaqları salamladı. Rektor qeyd etdi ki, ədəbi-mədəni tədbirlər eyni kökdən olan xalqların dostluğunu daha da möhkəmləndirir və dövlətlər arasında yeni körpülər yaradır.

Millət vəkili dos.dr. Qənirə Paşayeva bütün türkəsilli aydınların türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara özəl həssaslıq göstərmələrinin vacibliyindən danışdı və bu cür layihələri yüksək qiymtləndirdi.

İşçi günün sonunda qonaqlar Gəncliyə Yardım Fondunda bu fondun rəhbərliyi ilə görüşdü.

Görüşdə çıxış edən fond rəhbəri Əhməd Tecim “Bakıdan türk dünyasına” kimi layihələri yüksək qiymətləndirdiyini bildirdi, qardaş ölkə və topluluqlardan gəlmiş yazarlara yeni uğurlar arzuladı.

***

Nəhayət, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihənin bir qrup iştirakçısı, 5 dekabr günü Milli Məclisdə oldu.

Qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev qarşıladı.

Qonaqlar arasında şair-tərcüməçi, telejurnalist Tanagöz İlyas, şair-tərcüməçi, X.Ə.Yəsəvi adına Türk-Qazax Universitetinin müəllimi Gülnaz Faizulla, gənc şair, telejurnalist, “Darın” Dövlət Gənclər Ödülü laureatı Akberen Yelgezek, şair Dauletkerey Kapoğlu, Özbək şair-tərcüməçisi Şohista Artuk (Kamranlı), gənc rejissor Səidə Ömər və b. şair və jurnalistlər vardı.

Şair və media nümayəndələri Milli Məclisin iclas və konfrans zalları ilə tanış oldu, Heydər Əliyev Muzeyinə baş çəkdilər. Qonaqlara muzey və eksponatlar barədə bilgi verildi.

Millət vəkilidr. Cavanşir Feyziyev “Bakıdan türk dünyasına” layihəsi iştirakçılarının Milli Məclisdə olmasından məmnunluğunu bildirdi.

Daha sonra qonaqlar adından çıxış edən Almas Ahmetbekoğlu dr.Cavanşir Feyziyevə xüsusi minnətdarlığını bildirdi və Qazaxıstan höküməti adından “Təşəkkürnamə” təqdim etdi.

Görüş-müzakirələrdən sonra “Bakıdan türk dünyasına” layihəsinin qardaş ölkə və topluluqlarınan təşrif buyurmuş iştirakçılarının şərəfinə, millət vəkili Cavanşir Feyziyev adından nahar verildi.

Dostları qazandıran layihə, həmçinin bir sıra təşəbbüs, ideya və konkret təkliflərlə yadda qaldı. DGTYB qarşıdakı aylar ərzində Saxa (Yakutiya) ədiblərinin kitablarını çapa hazırlayacaq, habelə Qazaxıstanda Azərbaycan şeiri antologiyası gün üzü görəcək və s. Bütün bunlar isə yeni dalğa-dalğa yayılan yeni işbirliyi imkanları deməkdir...


Paylaş



Bölmə: Ana seife, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!