Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                       
Tarix : 31-01-2018, 21:42
Veteran cüdoçuların layiqli davamçısı


Mənim Rəşad Şıxəliyevlə tanışlığım illər əvvəl olmuşdu. O vaxt "Ruslan" idman klubunda Telman müəllimin rəhbərliyi ilə cüdoyla məşğul olurdum. Yaxşı xatırlayıram, bizim məşq saatından sonra Rəşad müəllim öz tələbələrilə məşğul olurdu. Bir neçə dəfə məşqlərinə şahidlik etmişəm. Sözün əsl mənasında 1 saat yarımlıq məşq müddətini yetirmələri ilə birlikdə maksimum səmərəli keçirməyə çalışır. Bütün tələbələrinə diqqətlə nəzarət edir, səhvlərini başa salır, onları ruhlandırır, həvəsləndirir. Lazım gələndə danlayır, məsləhət biləndə, bir ata, böyük qardaş kimi yol göstərir. Bunlar isə bir ali məqsədə xidmət edir-çempionlar yetişdirməyə.

Peşəkar boksçu Fariz Məmmədov öz müsahibələrinin birində deyib ki, idmançılar ürəyitəmiz olurlar. Bu, həqiqətən, belədir. İdmanla məşğul olan ədalətin, vicdanın, haqqın, bir sözlə insanlığın nə olduğunu yaxşı bilir. Bu mənada Rəşad müəllimi ən nümunəvi məşqçilərdən biri hesab etmək olar. Hamı onun necə bir insan olduğuna yaxşı bələddir. Əlindən gəldiyi qədər hər kəsə kömək edər, dəstək olar və əsla kiminsə qəlbinə dəyməz. Bir də ki, nə çətinliyi olur olsun onu əsla məşqdə bildirməz, tələbələrinə çatdırmaz. Rəşad Şıxəliyev tatamiyə ayaq basdığı andan etibarən ancaq işi barədə düşünür və şübhəsiz ki, öz işindən həzz alır. Hətta, bəlkə də, o, məhz məşqdə rahatlıq tapır, dincəlir. Nəzərə almaq lazımdır ki, Rəşad müəllimə cüdo sevgisi irsən keçib. Axı onun dayıları da veteran tatami ustalarıdırlar.
Dünən müəllimimin qonağı oldum. Həmişəki kimi öz işi ilə məşğul idi-tələbələrinə cüdonun sirlərini öyrədirdi. Məni gördü, görüşdük və ləngimədən yenidən uşaqlara tapşırıqlar verməyə, onlara nəzarət etməyə başladı. Məşqin sonunda idmançılar onu sabahkı ad günü münasibətilə təbrik etdilər. Bəli, ötən gün yəni yanvarın 31-i müəllimimin ad günüdür. Mən də onu illər əvvəl həmin cərgədə duran cüdoçulardan biri kimi təbrik edir, qarşısında baş əyir və elədiyi, öyrətdiyi hər şey üçün "çox sağ olun" deyirəm.

Arzulayıram ki, yeni yaşınız sizin üçün düşərli olsun, müəllim. Həyatdan heç vaxt "şido" almayasız. Həyat tatamisindəki əzmkarlığınız və qələbələrinizlə tələbələrinizə daim nümunə olasınız.

Kənan Novruzov
Butov.az



Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!