Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 4-04-2018, 22:15
Hər bir insan ilk gündən etibarən həyatla mübarizə aparır. Bəziləri bu mübarizəyə 1:0 məğlub başlasa da, sonradan özlərinin əzmkarlığı ilə hesabı bərabərləşdirir, hətta önə keçirlər.
İnam olan yerdə hər şey mümkündür - "olmaz" dediklərimiz də


Belələrindən biri də 35 yaşlı Samirə Sultanovadır. Samirəyə körpəlikdən anadangəlmə uşaq iflici diaqnozu qoyulub. O, danışa bilmir, əli əşya tutmur. Amma heç kimin bacarmadığını bacarır-ayaq barmaqları ilə rəsmlər çəkir. 8 yaşından bu istedadı özü və ətrafdakılar tərəfindən kəşf olunan o vaxtkı uşaq tez bir zamanda hamını özünəm heyran qoyur. Çəkdiyi əsərləri ilə bir çoxlarının marağını cəlb edir, müxtəlif sərgilərdə uğurlar qazanır. Onun 1987-88-ci illərdə keçirilən sərgilərin birində karandaşla “Suda örnək və balaları” adlı əsəri türk vətəndaşı tərəfindən bəyənilir və alınır. Samirə 1997-ci ildə Əlillərin 3-cü Ümumrespublika Yaradıcılıq sərgisində iştirak edir, sonra isə o, 5-ci Yaradıcılıq sərgisində üçüncü yeri tutur.

2000-ci ildə Sultanovlar ailəsinin yeganə övladının əl işləri Moskvada təşkil olunan Beynəlxalq “Filantrop” fondunun keçirdiyi sərgidə nümayiş olunur və üçüncü yerə layiq görülür. Üç il sonra gənc qızın əsərləri Şotlandiyanın Aberdin şəhərində “Konoko Filips” neft şirkətinin ofisində təşkil olunan sərgidə rəğbətlə qarşılanır. 2003-cü ildə Türkiyənin İstanbul şəhərindəki əlil rəssamların çəkdiyi şəkillərdən ibarət sərgidə onun işləri birinci yerə layiq görülür.

Samirə dəfələrlə Ümumilli lider Heydər Əliyevin də porterini çəkib və fərqlənməyi bacarıb.

Fiziki məhdudiyyətli rəssamın bu uğurları qazanması heç də təsadüfi deyil. Çünki o, öz əsərlərilə fikirlərini, hisslərini bölüşür. Ən əsası isə Samirənin daxilində bir həyat eşqi, mübarizlik var. Samirə gələcəkdə hər şeyin daha yaxşı olacağına inanır. İnam olan yerdə isə hər şey mümkündür, hətta bütün “olmaz” dediklərimiz də. Elə isə biz də gələcəkdə onunla yenə görüşmək arzusu ilə gənc rəssama uğurlar arzulayırıq.



Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!