Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
Tarix : 10-05-2018, 18:50
Gözümə yuxu gəlmir...


Saat birə işləyir
Gecədən çox keçibdir,
Bakı çoxdan yatıbdır...
Mənsə öz mənzilimdə
Yatağa sərilərək
Ulduzlara baxıram,
Onlarla dərdləşirəm.
...Gözümə yuxu getmir
Yəqin yolu azıbdır...
Amma yuxu nə etsin,
Yolumuz ayrılıbdır.
Keçən ilin bu günü
Həmin ensiz dəhlizdə
Düz gözümə baxaraq
"Hər şey bitdi" demişdin
Sonra iti sürətlə
Liftə sarı yeriyib
Kimləsə görüşmüşdün.
Mənsə həmin anlarda
Üçüncü mərtəbədən
Pəncərədən boylanıb,
Sizə tərəf baxırdım.
Əl-qolunu ölçərək
Çox hirsli danışırdın
Ola bilsin nəyisə
Ona irad tuturdun.
Ya da ki bir az əvvəl
Mənə dediklərinçün
İndi əzab çəkirdin.
Əslində üç kəlməydi
Amma böyük bir məna...
"Hər şey bitdi", üç nida...
Bəlkə də, üç nöqtəydi,
Ya da ki, böyük sual.
Yəqin, vergül olmazdı,
Yəni bitibsə artıq,
Nə vergül, nə gələcək?..
Doğrudan, hər şey bitdi,
Sonra daha gəlmədin
Nə də mən gəlməyə
Bir az mərdlik tapmadım.
Bəlkə də, qürurumu
Üstələyib gəlsəydim
Daha yaxşı olardı
Yenidən əvvəlkitək
Əl-ələ, qol-qola
Sahilboyu gəzərdik.
Əvvəlkindən tam fərqli
Bu dəfə biz səninlə
Hər anı yaşayardıq.
Sonra gözlənilmədən
Yenə çıxıb gedərdin
Yenə yaşanmamış tək
Hər şeyi unudardın.
***
Artıq yad adam idin
"Salam", "sağ ol" yox idi
Nə də əvvəlki kimi
Sevinclə danışmırdın.
Bir il əvvəl səninlə
Hər dəfə görüşəndə
Necə əl uzadırdın
Sanki digərlərindən
Xeyli fərqləndiyimi
Mənə hiss etdirirdin.
***
Yollardan, bulvardan da
Elə bil ki, darıxmışam
Sanki səsim də batıb
Mahnı oxumağı da
Artıq yadırğamışam.
Hərdən dəniz qırağında
O gəncləri görürəm
Məndən səni soruşur
Sənə salam deyirlər.
"Çoxdandır ki, görmürəm,
Görsəm də tanımıram"
Deməyə dilim gəlmir.
Desəm də inanmazlar,
Kim təsəvvür edər ki,
İki ayrılmaz dost
İndi tənha qalıblar.
Bir az onlarla olub
Bir az zümzümə edib
Sonra evə gəlirəm
Gecənin bir aləmi
O mahnı sözlərini
Bir anlıq xatırlayıb
Sənli xatirələrə
Sanki kəllə vururam.
***
Pəncərədən boylanıb
Mənə yaxın ulduza
Həsrətlə göz vururam
O isə əvəzində
Məğrur qadınlar kimi
Bir kənara çəkilib
Elə gülümsəyir ki...
Elə parıldayır ki,
Deyəsən, səhv edirəm,
Elə bil ki, onu da
Bir qəm, kədər bürüyüb.
Elə bil ki, mənimtək
Milyonlar arasında
O da tənha qalıbdır.

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!