İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 11-06-2018, 19:38
Gənclər təşkilatı “Təbiətin Dostları” qrupu yaradır


Butov.az xəbər verir ki, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyi-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ətraf mühitin qorunmasında uşaqların rolunun artırılması” layihəsini icra edir.

Layihənin əsas məqsədi ətraf mühitin mühafizəsində və ekologiyanın qorunmasında uşaqların məsuliyyətinin gücləndirilməsidir. Təşkilat bu məqsədlə layihə çərçivəsində uşaqların ekoloji sahədə maarifləndirilməsi və bu sahədə valideyn-müəllim əməkdaşlığının gücləndirilməsi, uşaqlarda ətraf mühitin mühafizəsi ilə bağlı vərdişlərin yaradılması, onların ekoloji sahədə ictimai fəallığının artırılması və sair bu kimi istiqamətlədə iş aparır.

İlk mərhələdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyilə Bakı şəhərində yerləşən 10 orta məktəbdə, ümumilikdə 400 uşaq üçün “Ətraf mühitin mühafizəsi” mövzusunda təlimlər keçirildi. Təcrübə göstərir ki, təbiətin qorunmasının hər bir şəxsin ən vacib borcu olduğunu uşaqlar kiçik yaşlarından başa düşməlidirlər. Məhz bu məqsədlə bu təlimlər vasitəsilə məktəblilər ətraf mühiti çirkləndirən, insan sağlamlığına mənfi təsir göstərən əsas mənbələr, ətraf mühitin çirklənməsi nəticəsində meydana gələn ekoloji problemlərin qarşısının alınması üçün vacib olan tədbirlər və sair bu kimi məsələlər haqqında məlumatlandırıldılar.
Layihəyə çərçivəsində həmçinin aktiv məktəblilərdən ibarət “Təbiətin dostları” adlı təşviqat qrupu da yaradılır. Bu məktəblilər həm oxuduqları məktəblərdə, həm də “Facebook” sosial şəbəkəsində yaradılmış “Təbiətin dostları” səhifəsi vasitəsilə uşaqların ekoloji maarifləndirilməsi işini davam etdirəcəklər.

Gənclər təşkilatı “Təbiətin Dostları” qrupu yaradır





Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!