“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 25-09-2018, 15:48
“Uncle Sam” cavad zərbəsi endirir


Heç kim, heç vaxt əldə etdiyi nailiyyəti buraxmaq istəmir. Vaxtilə ABŞ dünyanın ən güclü dövlətlərdən birinə çevrilmişdi, lakin bu, həmişə olduğu kimi başqa bir rəqibi meydana çıxana qədər davam etdi. ABŞ-ın hegemon rolunda çıxış etmək haqqını tanımayan SSRİ oldu. Qırx beş illik soyuq müharibə, Vyetnamda, Əfqanıstanda gedən gizli savaş, nəticədə tədricən atılan addımlar və Qorbaçovun simasında Kremldə yerləşdirilmiş öz adamı SSRİ-nin çökməsinə səbəb oldu. Bir neçə il Sem əmiyə istirahət verildi və kiçik fasilədən sonra meydana bir yox, iki rəqib atıldı - Rusiya Federasiyası və Çin Xalq Respublikası.

Hazırda bütün bu üç dövlət üçün yeni bir rəqib peyda olur - Hindistan (əgər Çindən daha böyük təhlükə gözlənilərsə, indusları Çinə qarşı istifadə etmək ehtimalı da mövcuddur). Bütün bunlardan belə bir sual meydana çıxır, Vaşinqton nə etməlidir? Açıq-aşkar müharibə etmək? Yox. Bu bütün ictimai normalara və BMT qətnamələrinə və böyük qardaşın siyasətinə zidd olur. Suriyada müharibə istənilən nəticələri vermədi, Türkiyə ilə Rusiyanın arasının vurulması yaramadı, Avropada Rusiyaya qarşı avropa ölkələrinin mövqeləri parçalandı, Ukrayna ilə heç də hər şey ideal baş vermədi. Çinə qarşı Sem əmi ənənəvi beşinci kolon taktikasını istifadə etmədi, əvəzində tam yeni bir üsul - sanksiyaların tətbiqi ilə yuanın zəiflədilməsi işə salındı. Axı nəyə görə bu variant daha da qlobal şəkildə istifadə edilməsin? Sən aqressor deyilsən, heç kimə müharibə elan etmirsən. Sadəcə olaraq sənə xoş gəlməyən ölkənin valyutasını qiymətdən salırsan və avtomatik olaraq həmin ölkənin müttəfiqlərini zəiflədirsən. Türk lirəsinin, rus rublunun, iran rialının, 18 avrozonada qüvvədə olan avronun çöküşü. Bu da sənin üçün müharibə elan edilmədən düşmənlərinin cəzalandırılmasının ən mükəmmək variantı. Neftin bir ara qiymətinin düşməsi yaxşı nəticələr verdi, indi onun qiymətini milli valyutaların çökməsi ilə möhkəmləndirmək olar. Ordu yeritmirsən və heç kimə də müharibə elan etmirsən. Lazım gələr isə, Sem əmi bir xeyirxah insan kimi qan tökmədən pul da borc verər və səni özündən asılı da edə bilər sonra sən uzun müddət onun borclusu olarsan. Donald Tramp ABŞ-ın iqtisadiyyatını möhkəmləndirməyi vəd etmişdi və bunu çox məharətlə edə bilir. Özündən əvvəlki həmkarlarından fərqli olaraq bu valyuta müharibəsidir. Tramp tarixə prezident şoumen və biznesmen kimi düşməkdən savayı, həmçinin tarixə hərbi güc tətbiq etmədən, iqtisadi ekspansiya qismində prezident kimi düşəcək (valyuta müharibəsi). Lakin cənab prezident bir şeyi nəzərə almayıb, Türkiyənin, Rusiyanın və İranın xammalı və ərazisi çox böyükdür və bu da onlara özlərini idxaldan azad və beynəlxalq banklardan kredit almadan dolandırmağa imkan verir. Onlar bütün baş verənlərə tab gətirməyə, özlərinin siyasi və iqtisadi müttəfiqlərinə dəstək verməyə qadirdilər.

Tamerlan İldrım



Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!