Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
Tarix : 24-07-2017, 16:13
Mətbuat Şurası Prezidentə təşəkkür məktubu göndərib


Azərbaycan Mətbuat Şurası ölkə Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Məktubda bildirilir ki, dövlət başçısının jurnalistlərlə hər görüşü nəinki ölkəmizin media ictimaiyyəti, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan hadisədir. 2017-ci ilin 20 iyul tarixindəki görüş də bu baxımdan xüsusi vurğulanmalıdır.

“Həmin toplantıda “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 22 iyul 2013-cü il tarixli Sərəncamınız əsasında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının açılışını etdiniz. 255 jurnalistə və onların ailə üzvlərinə sözlə ifadə edilməyəcək hədsiz sevinc və inanılmaz qürur hissini yaşatdınız. Sıralarında tanınmış mətbuat orqanlarını, jurnalist təşkilarlarını, elektron informasiya resurslarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna görə Sizə bütövlükdə ölkəmizin media ictimaiyyəti adından dərin minnətdarlığını bildirir”, - deyə məktubda vurğulanıb.


Təşəkkür məktubunda həmçinin bildirilir ki, Prezidentin jurnalistlər üçün inşa edilmiş binanın açılış mərasimindəki proqram xarakterli çıxışı Azərbaycan dövlətinin media siyasətinə bəslənilən inam və əminliyi bir daha artırır:

“Media təmsilçilərimiz Sizi ölkədə mövcud söz və ifadə azadlığının təminatçısı qismində görürlər. Kütləvi informasiya vasitələrimizin vətəndaş cəmiyyəti, demokratik hüquqi dövlət quruculuğundakı missiyasının ətraflı təhlilini verməyiniz, apardığınız müqayisə və paralellər qətiyyətlə onu deməyə əsas verir ki, təməlini ümummilli liderimiz Heydər Əliyevin qoyduğu, Sizin yüksək səriştə və bacarıqla davam etdirdiyiniz media siyasəti qələm sahiblərimizi yeni uğur və müvəffəqiyyətlərə daşıyacaqdır. Uğurlarımız isə bu gün də var. Hazırda Azərbaycan mediası Qafqaz regionunda maddi-texniki təminat, yaradıcılıq dəsti-xətti, operativlik, dəqiqlik, qərəzsizlik və digər keyfiyyətlər baxımından lider mövqeyə malik olmaqla dünyanın regionla bağlı mühüm informasiya mənbəyidir”.

Məktubda ölkə Prezidentinin “Jurnalistlərin dostu” mükafatının qalibi elan edilməsi barədə də söz açılıb. Bildirilib ki, dövlət başçısının üçüncü dəfə “Jurnalistlərin dostu” mükafatının qalibi adını qazanmasını şərtləndirən ən mühüm cəhət onun ümumən 2003-cü ildən indiyədək həyata keçirdiyi fəaliyyətə bəslənilən dərin rəğbətdir. Azərbaycan müstəqil dövlət olaraq dünyada özünə layiqli yer tutub, beynəlxalq aləmdə onunla hesablaşırlar, irəli sürdüyü prinsiplər dünya düzəninin formalaşmasına təsir göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artım dinamikası heyrətamiz rəqəmlərlə ölçülür, insanlarımız rifah şəraitində, təhlükəsizlik mühitində yaşayırlar. “Buna görə də siz təkcə medianın deyil, bütövlükdə Azərbaycan xalqının dostusunuz. Həyata keçirdiyiniz nəhəng tədbirlər hər bir azərbaycanlının baxışlarındakı tarixi şəxsiyyət obrazınızı jurnalist yaradıcılığının aktual mövzusuna çevirir” kimi fikirlərin diqqətə yer aldığı məktubda Prezidentlə dostluğun jurnalistlər üçün şərəf və məsuliyyət olduğu da ifadə edilib.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!