“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 7-09-2017, 10:45
Xızı rayonunda şair Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib


Butov.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi, AYB Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Xızı rayonunda şair Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib.

Mikayıl Müşfiq muzeyində olan tədbirdə muzeyin direktoru Orxan Əzimov şairin qısa ömür yolu və yaradıcılığı, o cümlədən, muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib.


Şairin abidəsi önündə davam edən tədbirdə yazıçı Hafiz İmamnəzərli, şairə, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək tədbir haqqında məlumat veriblər. Bildiriblər ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd uşaqların mütaliə marağının artırılması, onlarda ədəbi zövqü inkişaf etdirmək və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini uşaqlara tanıtmaqdır.

Daha sonra Mikayıl Müşfiqin şeirləri Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri İnci Hüseynzadə (“Zəhra üçün”), İsmayıl Hüseynov (“Sənin gülüşlərin”), Xoşqədəm Bağıyeva (“Gecə düşüncəsi”), Nəzrin Ağayeva (“Yaşa könül”), Zəhra Bəşirli (“Şeirim”), Mirvüqar Seyidzadə (“Torpaq”), İlahə Bağıyeva (“Küləklər”), Cavidan Mirzəzadə (“Qurban”), Lətifə Mahmudova (“Gəzdiyim yerlər”), Ayan Ağayevanın (“Ana”) ifasında dinlənilib.

Tədbir Mikayıl Müşfiq obrazının ifaçısı Ərtoğrul Salıflının ifasında şairin şeirləri ilə yekunlaşıb.

Butov.az


Paylaş



Bölmə: Ana seife / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!