Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 8-09-2017, 10:48
Ot kökü üstə bitər

Polis rəisinin növbəti xeyirxah əməli

Yaxın günlərdə Facebook səhifəsini vərəqləyirdim. Bir yazının sərlövhəsi dərhal nəzərimi cəlb etdi: “Azərbaycanda polis rəisindən nümunəvi addım”. Yazını birnəfəsə oxudum və dərin qürur hissinə bələndim. Axı başqa cür də ola bilməzdi. Yazıda söhbət bu gün Azərbaycan polisində yüksək vəzifə daşıyan Şəhriyar Qənbər oğlu Şəmşirlidən (Qurbanov) gedirdi. O Şəhriyar ki, 5 il hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsində acılı-şirinli tələbəlik illərini başa vurmuş, sonra isə zamanın tələbi ilə yollarımız müxtəlif istiqamətlərə ayrılmışdı. Hər bir məzun bir vəzifədə fəaliyyət göstərmişdir. Şəhriyar Şəmşirli isə adamların keşiyində duran polis işçisi olmuş, bu məsul, çətin, eyni zamanda şərəfli vəzifəyə könül vermiş, bu cəbhədə, necə deyərlər, artıq uzun illərdir ki, saç ağartmış, seçdiyi peşəsi də ona başucalığı gətirmiş, uğur qazandırmışdır.


Uzun illər ərzində vəzifəsi ilə əlaqədar olaraq müxtəlif hadisələrlə üzləşmiş, Azərbaycanın qanunlarının müqəddəsliyini göz bəbəyi kimi qoruyaraq, daim haqq və ədalətin keşiyində dayanmış, insanların hüquqlarını müdafiə etmiş, polis rəisi olaraq ümidlə qapısını açıb ona pənah gətirən hər bir vətəndaşı daim razı salmağa müvəffəq olmuş, ünvanına vətəndaşlar tərəfindən yalnız xoş sözlər söylənilmişdir.

Şəhriyar Şəmşirlini həm də mərhəmət sahibi, səxavətli, dəyanətli və xeyirxah polis rəisi kimi də tanıyırlar. Axı o bu müdrik və qədirbilən bir xalqın sayılıb-seçilən oğullarından biridir. Şəfqət və mərhəmət, insanlara əl tutmaq, kömək və yardım göstərmək, mənəvi dayaq durmaq xalqımıza xas olan ən gözəl humanist və insani keyfiyyətlərdir. Həm də bu xeyirxah işlər ürəkdən, içdən, yəni kökdən gəlməlidir, özünüreklamdan, özünü gözəsoxmaqdan uzaq olmalıdır. Əbəs yerə demirlər ki, sağ əlin verdiyini sol əl bilməməlidir. “Əl tutmaq Əlidən qalıb” deyimi də bu fikri təsdiqləyir.

Bu məqamda Facebookda polis rəisi Şəhriyar Qənbər oğlu Şəmşirli (Qurbanov) barədə yazını (onun gördüyü xeyirxah əməldən biri kimi) oxuculara təqdim etmək istəyirəm.

Şəhriyar Şəmşirli hələ Quba rayonunda polis rəisi işlədiyi vaxtda belə bir hadisə ilə üzləşir. Belə ki, o, növbəti dəfə işə gələndə polislərin bir uşağı döydüklərini görür. Dərhal iş otağına daxil olub, uşağı nə üçün belə döydükləri barədə təcili məlumat istəyir. Polis əməkdaşları məlumat verirlər ki, uşaq artıq iki dəfədir ki, aptekdən dərman alır, lakin pulunu ödəməyərək aradan çıxır. Aptek müdirinin şikayətinə əsasən uşağı tapıb gətiriblər. Polis rəisi uşağı öz otağına aparır, onu nəzakətlə sorğu-suala tutur. Ondan nə üçün bu hərəkətə yol verdiyini soruşur. Uşaq da hər şeyi açıq-aydın söyləyir. Etiraf edir ki, dərman almağa pulları olmadığı üçün bu cinayəti törədib. Anası ağır yataq xəstəsidir, dərmanı da onun üçün alırmış.
Polis rəisinin göstərişi ilə bir müstəntiq uşağın yaşadığı evə gedir. Həqiqətən də uşağın anasının ağır yataq xəstəsi olduğu təsdiqlənir.

Rəisə hər şey aydın olur. O uşağın iki dəfə oğurladığı dərmanın pulunu ödəyir və ona “bir vəzifə olaraq” tapşırır ki, gəlib hər ay 200 manat pulu məndən götürərsən. Beləliklə, uşaq hər ay gəlib Şəhriyar müəllimdən 200 manatı götürür, anasının dərmanını alır.

Sonradan Şəhriyar Qurbanovu Xaçmaza, oradan da Abşeron rayonuna polis rəisi vəzifəsinə göndərirlər. Lakin o, harada işləməsindən asılı olmayaraq uşağın ünvanına hər ay mütəmadi olaraq 200 manatı göndərir.
Bəs bu rayon polis rəisi Şəhriyar Şəmşirli kimdir? Yəqin diqqətli oxucu bu soyadı – Şəmşirli sözündən onun Dədə Şəmşir nəslindən olduğunu anladı. Bəli, elədir ki, var. Polis rəisi Şəhriyar Şəmşirli Dədə Şəmşirin sevimli nəvəsi, Qənbər Qurbanovun öyüləsi oğludur. O, mayası halallıqla yoğrulmuş, sinələrində pak, büllur qəlb daşıyan ziyalı bir ailədə böyüyüb, tərbiyə almış, əsl-nəcabətinin yolunu davam etdirmişdir. Şəhriyarın babası Dədə Şəmşir XX əsr Azərbaycan aşıqları arasında öz yeri, öz səsi, öz nəfəsi, özünəməxsus istedadı olan el sənətkarı idi. Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Alı, Miskin Abdal, Aşıq Ələsgər kimi qüdrətli sənətkarlar cərgəsində Dədə Şəmşirin zəngin yaradıcılığı da xalqın dilinin əzbəridir. Onun 1955-ci ildə ölməz xalq şairi Səməd Vurğunla Kəlbəcərdə unudulmaz görüşü, şairin məşhur “Aşıq Şəmşir, Dəli Dağdan keçəndə” qoşması bu gün də aşıq sənətini sevənlərin dilinin əzbəridir.

Bəli, rayon polis rəisi, xoş əməllər və mərhəmət sahibi Şəhriyar Şəmşirli belə bir nəslin layiqli davamçısıdır. Çünki o, dağlar diyarı Kəlbəcərin durna gözlü bulaqlarından su içmiş, bu yerlərin təmiz havasından udmuşdur. Bu geniş qəlbinə, səxavətinə, bol mərhəmətinə görə sağ ol, Polis rəisi! Xalqımız səninlə haqlı olaraq fəxr edir. Ulu Tanrı bu mərhəməti sənə çox görməsin!

Hüseyn Məmmədov,
“Bütöv Azərbaycan”



Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!