“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 8-09-2017, 12:53
Tomas Mor: filosof, humanist, xalq adamı


Filosof, şair, siyasətçi, yazıçı-humanist, hüquqşünas olan Tomas Mor 1478-ci ildəLondon hakiminin ailəsində anadan olmuşdur. Tomas Mor Oksfordda mükəmməl hüquq təhsili almışdır. Tomasın müəllimləri o dövrün tanınmış hüquqşünasları Tomas Linakr və Uilyam Qrosin idi. Tomas Mor ən ali dövlət vəzifəsi - İngiltərənin lord-kansleri vəzifəsinə qədər yüksələn mükəmməl karyeraya malik olmuşdur.


Ona təkan verən nə idi? Əslində o nə istəyirdi? Cavab sadədir: Tomas Mor xalqın və dövlətin rifahına xidmət edən maarifçi idi. Tomas Morun məşhur əsəri “Utopiya”nı qeyd etməmək olmaz. Bu əsər Tomas Mora ümumavropa məşhurluğu gətirmişdir. «Utopiya» ideal respublikadır, burada hamı qanun qarşısında bərabərdir və hamı ahəng və sülh şəraitində yaşayır. Hər şey “hər kəsdən bacarığına görə, hər kəsə tələbatına görə” prinsipi ilə həyata keçirilir. O dövrün təhsilli elitası siyasi quruluşu Utopiyanın uydurması, yüksək səviyyədə olan, lakin əfsuslar olsun ki, praktikada tamamilə mümkün olmayan hesab edirdilər.

Hərçənd Tomas Mor krala yaxın olsa da, onun dostu olsa da, kralın katolik dinini qadağan etməsi və anqlikan dinini təsis etməsi onu qorxudurdu. Tomas Mor dindar katolik idi və kralın tədbirləri ilə razılaşa bilmirdi. Buna görə səhhətini bəhanə edərək istefa
verdi. O, öz prinsiplərinə xəyanət edə bilməzdi və onun bu addımı ona baha başa gəldi. Lakin VIII Henrix öz keçmiş kanslerinə fikrindən daşınmaq və məhz kralın İngiltərə kilsəsinin başçısı olduğunu etiraf etmək imkanı verdi. Tomas Mor razılaşmadı. Məhkəmə prosesindən sonra dövlətə xəyanət ittihamı ilə Tomas Mor 1535-ci ildə edam olundu. Bu ittihamın heç bir əsası yox idi, belə ki, Tomas Mor vicdanlı, öz ölkəsinə sadiq insan idi. Onun keçmiş xidmətlərini diqqətə alaraq, VIII Henrix asta və əziyyətli edamı sadəcə başın kəsilməsi ilə əvəz etdi. Tomas Mor çox böyük mənəvi miras, o cümlədən, çoxsaylı nitqlər, poemalar, epiqramlar, mənzum əsərlər qoymuşdur. Mükəmməl siyasi pamflet “Üçüncü Riçardın tarixçəsi”, Renessans dövrünün İngiltərənin parlaq siması. Tomas Morun əsərlərinin məşhurluğunun sirri kifayət qədər sadədir – o, humanizmi sadəcə təbliğ etmirdi, eləcə də o, çox humanist, əxlaqlı, öz əqidəsini sonuna qədər müdafiə etməyə hazır olan bir insan idi.

Tamerlan Ələkbərov
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!