Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
Tarix : 13-09-2017, 19:07
Vətən, dünənim, bugünüm, sabahım


Salam, mənim adım Türk. Qədim bir torpağın, ulu övladıyam. Ata-
babalarıma aid torpağın bir zərrəsiyəm. Məndən öncə müqəddəs
torpaqda dədəm, babam, atam yaşayıb. Elə məndə doğmalarımla,
dostlarımla yaşayırdım. Böyük dünyanın qoynunda, cənnət olan bir
yurdda.


Açılan sabahı minarələrdən ucalan Azanın sədasıyla Bismillah
deyərək qarşılayırdıq. Bacaları tütən evlərdə, ətri dörd bir tərəfə yayılan
təndir çörəyin ləzzəti, ürəyi fərəhləndirən suların, dağları dumanlı olan
bir yurdun övladı kimi böyüməkdə idim. Demək olar ki ilin hər fəslində
kəndin bu tayından o tayına vağzalı sədaları yayılar, qız-gəlinlərin əlləri
xınalı olardı. Kəndimizdə səsi hər kəsi valeh edən Əkbər əmi yenə
zəmiyə qalxıb Sarı gəlini;-i oxuyar. Əkbər əminin səsi azal kimi Əzim
dayı balabanını üflər, üflədikcə səslər bir birinin ardınca insanın qəlbinə
dolar, orada məskən salar.Balanın səsinin ardınca Alı kişi yurduma
məxsus aşıq havaları çalardı. Kaş ki, sazı necə sinəsinə basıb,oxuduğunu
görəydiniz.

Təbiətlə birgə oyanıb, hər kəs öz işinin ardınca gedərdi. Kimisi qoyun
quzunu yaylağa aparar, kimisi məktəbə tələsər, kimisidə aynəbəndli
eyvanda əyləşib qızlar üçün cehizlik yun didərdilər. Torpaqlarda kök
salan ağac kimiydi, bu yerlərin ağsaqqalları. Qoca çinarlarla birgə
böyümüşdülər sanki, igidləri tanıdar, yaşanan hadisələri səbr və təmkinlə
uşaqlara danışardılar. Öyrəndiyim nə varsa, babamdan öyrənmişəm. At
üstündə oturmağı, at çapmağı. Baba deyərdiki: "İgid at üstə böyüyər;.
Zaman keçdikdə o qızıldanda dəyərli olan kələmların hikmətini başa
düşürəm. Şəhərdən gələn qonaqlarımız torpağımızın gözəl yerlərində
gəzərdi. Torpağın münbitliyi, bağlarda bir birinin ardınca boy atan
ağacların yaşıllığını, səhər durarkən ətrafa yayılan torpağın qoxusunu
duymaq, anlatmaq üçün kəlmələr aciz qalar. Saymaqla bitməyən
gözəlliyini ahəngliyini görmək lazımdır. Doğma yurdumun bir çox
adətləri vardı. Sizə buranın gözəl bayramlarından və bu bayramlarda
bişirilən şiniyyatlarından, səhərə kimi hər kəs bir-birini təbrik edər,
bacalardan papaq sallardılar.Qızlar qulaq falına çıxar, kəndin gənc
igidləri kosa və keşəl obrazını yaradardılar. Kəndin girişində böyük
tonqal qalayıb,üzərindən tullanardılar.Uşaqlar isə boyalı yumurta
toqquşdurub,tonqalın ətrafında hər kəs bir yumruq kimi birləşib “Yallı”
gedərdilər. Hər kəs bayramın gözəl keçməsini istərdi. Təqvimdə yanlız
bayram günlərini qeyd edərdik. Xoşbəxt yurdun vətəndaşıydım. 
Sözlərlə ifadə olunmayacaq şəkildə Vətən bizə əziz idi, həmişəki kimi

doğmadı. Meşələri babamla gəzərdim. Yaşıllıq, ağacla dolu, quşların
cəh-cəhi, suların şırıltısı, hər bir halıyla insanı məst edirdi. Babamla
birlikdə qarış-qarış gəzdikcə, hər daş, ağac sanki, dil açıb danışacaqmış
kimiydi. 

Zaman keçdikcə, heş kimsə bilməzdiki, yurd içində sərhəd olacaq.
İllərdi torpaqlarımızda gəzən,böyüyən düşmən bizləri yurdumuzdan
etdi. Öz elimizdə əsir düşdük, parçalandıq,amma məhv olmadıq.
Əsrlər boyu ot kökü üstə bitər, bunu hər kəs bilir. Mənim köküm bu
torpaqlara bağlıdır. Türkün var olduğu gündən, doğan günəşiyəm. Bu
yurd, torpaq bizlərə məxsus olub və olacaq. Ana qədər əziz olan Vətən,
dünənim, bugünüm, sabahımdır. İllərdi bu torpaqlar uğrunda neçə ər
övladlar canlarından keçdilər. Körpələr öz uşaqlığını, gənclər
cavanlığını, gəlinlik geyinmədən kəfəni biçilən qızlar xoşbəxtliyini
məzarda keçirməli oldular. Xocalıda səslənən sonuncu vağzalının səsini
fəryadlarla, silahlarla susdurdular. Şuşada yetişən, nəğmələri dillər
əzbəri olan muğanın iliyə hopmuş xoş avazlı nəğmələri mərmilərlə
susdurdular. Taladılar Kəlbəcəri, Zəngilanı, Cəbrayılı. Viran qoydular,
Ağdamı, Füzulini, Ağdərəni. Uşaqkən mənimlə birgə oyun oynayan
körpələri cansız bədənini sərgilərdə "Xocalı Soyqırımı" adı altında
nümayiş etdilər. Onlarla bərabər Çingizin qəlb yanğısını duyduq.
Dağılmış ailələr, itkin düşən körpələr və bu körpələri axtaran doğmaların
fəryadını mən gördüm, mən yaşadım. Gecə boyunca meşələrdə "erməni
dığalarının" qəddarlığını görən mən idim. Susdurdular Əkbər əminin
səsini. Babamı itirdim, meşənin tən ortasında, torpaq mənimdi!ölərəm
amma tərk etmərəm söyləyən dayımı itirdim, qoca çınarların kölgəsində.
Üç gündən sonra ağ gəlinlik geyinəcək bibi itirdim Ağdamda. Bacımı
itirdim hissə-hissə. Soyuqdan öncə əlləri sonra ayyaqları dondu. Taqəti
qalmadı qaçmağa. Qarın içində cansız bədəni qaldı. Sanki son nəfəsdə
Allahı səslərmiş kimi göylərə baxırdı gözləri. Bizim yerimizi bilməsinlər
deyə düşmənə hədəf oldu Əzim dayı. Bədənim soyumasın deyə bütün
istiliyini mənə veerən məni bərk-bərk qucaqlayan atamı itirdim o gecə.
Bir küncə qısılıb, kimlər sağdı deyə bağıran əzrayılın səsini eşidirdik.
Ağlayan körpəni diri diri yandıran, hələ körpəsini qucağına almayan
ananın bətninin neçə güllələndiyinin şahidi oldum o gecə. Evlərdə
yandırılan ailələr, qapılara ağaclara asılan insanlar. Övladını gözü
önündə doğradılar atanı. 9 yaşı vardı Hicranın. Gözü önündə nənəsi, ata,
anası, bacısı tankın arxasına bağlayıb sürüdülər. Susdu Hicran.
Danışmadı, ayrılıq, hicranlı günlərlə yaşayacaq o. Kim bilir, bəlkədə bir

yox milyon dəfə o hadisəni yaşayacaq ömrü boyu?!. Məşənin sonuna
yaxın Alı kişi nəvəsini bağrına basmışdı. Elə bil sazını bağrına basan
kimi. Güllə onun alnından, balaca Tərgülün ürəyindən dəymişdi.
Doğmalarının cəsədlərini gördükcə, elə oradaca can verirdi insanlar.
Təqvimlərdə günlər ağlamağa başladı.Fevral,aprel,
may,iyun,iyul,avqust,oktyabr bizlərlə bərabər ağladı. Yol boyu axan
qanlar, saysız hesabsız cansız bədənlər, onları görüb ağlayan analar
gözümün önündən getmirlər. Arazı keçməyə çalışan insanlar, küçələrdə
qanı torpağa çılənən körpələr, başı kəşilmiç atalar, ana qoxusunu
duymadan bədəni soyuyan cansız fidanlar.

Hər il,hər gün,hər dəqiqə bu ağrıları təkrar-təkrar yaşayırıq.Görəsən
niyə? Niyə ədalətdən çıxış edən insanlar bizlərin acımıza məlhəm
olmur? Yəni bu qədərmi şətindi?... Ədalət deyə-deyə səsi batana kimi
qışqıran insanlar. Eşidin! O, hadisələri yaşadan, o,itkiləri vermədən
heçnə anlamarsız! Mən hadisələri görmüş, bunların ağırısıyla böyüyən o
övladam. Böyük bir ailənin sadəcə iki fərdindən biriyəm. Anamla
həyatda yaşamaga başladıq. Buna yaşanaq deyirsənsə əgər...Bizlər"
Qaçqın "adı verildi. Yurdunda didərgin düşənlər olduq. Erməni
canilərinin əlindən günahsız körpələr soyuq uşaq evlərində yada
məzarda yaşadılar. Arzuları çiçək açmadan soldu ümidlər.

Günel Ağayeva
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!