Əbülfəs Qarayev Bolqarıstan səfiri ilə görüşüb .....                        Xəzər dənizində zəlzələ olub .....                        Jurnalist Flora Xəlilzadənin ailəsində ağır itki .....                        Güney Azərbaycanda öyrənci bufetləri satıcısız idarə olunur – VİDEO .....                        lham Əliyev Ukrayna Baş nazirinin 1-ci müavinini qəbul edib .....                        Hərbi Hava Qüvvələri .....                        Atəşkəs rejimi 137 dəfə pozulub .....                        BMT İraq hakimiyyətini və kürdləri dialoqa çağırdı .....                        Çempionlar Liqasında 3-cü tur yekunlaşdı - NƏTİCƏLƏR .....                       
Tarix : 23-02-2016, 16:05
Qəzet kağızı 100 faizdən çox bahalaşıb


Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışını Facebook dostları ilə paylaşıb. Biz də həmin çıxışı Butov.az saytının oxucularına təqdim edirik:


"Bu gün biz burda 2016-cı ilin dövlət büdcəsi layihəsini müzakirə edirik. Öncədən onu deyim ki, layihə hazırkı şərait üçün ən optimal variantdır. Mən də öz növbəmdə ümumən sənədə səs verəcəm.
Ancaq bir məsələnin üzərində dayanmaq istərdim. Ötən çıxışımda da bu barədə söz açdım. Məlumdur ki, iki devalvasiya nəticəsində medianın vəziyyəti ağırlaşıb. Qəzet kağızı 100 faizdən çox bahalaşıb, çap xərcləri yarıbayarı artıb. Ümumən KİV-lərimizin satışı çox zəifdir. Reklam gəlirləri də kifayət qədər aşağıdır. Ölkənin aparıcı KİV-lərinin illik büdcələrinin təqribən 70 faizi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hesabına formalaşır.
Göründüyü kimi, mediamız bazar münasibətləri sistemində oturuşmadığından kommersiya qurumları kimi fəaliyyət göstərmir, daha çox ictimai missiya yerinə yetirir. Bu missiya isə həm cəmiyyət, həm də dövlət üçün son dərəcə vacibdir. Buna görə də KİV-lərimiz qarşılaşdıqları iqtisadi çətinliklərə baxmayaraq ayaqda qalmalıdırlar.
Düzdür, biz bir çox sahələrdə qənaət etməliyik. Ancaq düşünürəm ki, mediaya həssas yanaşılmalıdır. Qeyd etdiyim kimi, daxildə ictimai rəyin düzgün şəkildə formalaşdırılması önəmlidir. Buna görə də medianın fəaliyyətində hər hansı axsamalar olmamalıdır.
Növbəti bir məqamı da xüsusi vurğulamaq istərdim. Bilirik ki, ölkəmizə kənardan maraq da az deyil. Bu maraq həmişə müsbət cəhətlərlə yadda qalmır. Elə qüvvələr var ki, onlar bu və ya digər şəkildə medianı da ələ almaq istəyirlər. Ötən illər hamımızın yaxşı xatirindədir. Əlavə nəyisə vurğulayıb vaxtınızı almaq istəməzdim. Düşünürəm ki, məhz buna görə də bizlər medianın maliyyə vəziyyətini hazırkı şəraitə uyğun sabit saxlamalıyıq. Bunun yolu isə KİVDF üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasından keçir. Biz hazırkı vəziyyətdə nə tez bir zamanda reklam bazarını genişləndirə, nə də hansısa başqa maliyyə vasitələrini mediaya yönləndirə bilərik. Yeganə mexanizm KİVDF-yə ayrılan maliyyə vəsaitinin artırılmasıdır. İstərdim ki, məsələyə həssas yanaşaq.
Həlli çox vacib olan daha bir məsələyə də toxunmaq istərdim. Cəmiyyətdə internet üzərindən yayımlanan media vasitələrinin rolu və sayı getdikcə artmaqdadır. Bu gün internet media orqanları ölkə daxilində ictimai rəyi formalaşdırır, xaricdə Azərbaycanın müsbət imicini yaradır və çevik təşviq edirlər. Çalışmalıyıq ki, onlar bu missiyanı indikindən də mütəhərrik yerinə yetirə bilsinlər. Dünyada informasiya müharibəsi gedir. Biz də onun içərisindəyik. Buna görə də onlayn medianın dövlət dəstəyindən bəhrələnməsi zəruridir. Əgər KİVDF-yə ayrılacaq maliyyə artsa, elə bilirəm ki, onlayn jurnalistikanı da maliyyələşdirə bilərik".






Bölmə: Mədəniyyət, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!