142 yaşın mübarək! .....                        Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir .....                        Atəşkəs rejimi 132 dəfə pozulub .....                        Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib .....                        Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub .....                        "Şah İsmayıl Xətainin heykəli götürüləcək” - Mais Ağayev .....                        Pirallahı qəsəbəsinin baş planı hazırlanıb .....                        "İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü .....                        İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub .....                       
Tarix : 29-06-2017, 20:17
İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.
Butov.az xəbər verir ki, bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx və miniatür kitab sərgiləri olacaq.
Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsi məqsədi ilə təşkil edilir.
Tədbir çərçivəsində Tehrandakı Vəhdət Sarayında Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor: Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə Azərbaycan və İran bəstəkarlarının əsərlərindən ibarət Qala konsert, Tehran İncəsənət Akademiyasında Azərbaycan Fotoqraflarının əsərlərindən ibarət “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi, iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüş və təqdimat, Ərəsbaran Mədəniyyət Mərkəzində Azərbaycan filmlərinin (“Buta”, Quruluşçu rejissor İlqar Nəcəf, “Çölçü”, Qurulucu rejissor Şamil Əliyev, “Nabat”, Quruluşçu rejissoru Elçin Musaoğlu, “Yarımçıq xatirələr”, Quruluşçu rejissoru Elxan Cəfərov, “Dərs”, Quruluşçu rejissorlar Rafiq Əliyev, Cavid Təvəkkül) nümayişi, eyni zamanda Tehrandakı “Hünər” Sarayında Azərbaycan Dövlət Musiqili Teatrının Ü.Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası əsasında hazırladığı (Quruluşçu rejissor: Yusif Əkbərov) eyniadlı tamaşanın nümayişi nəzərdə tutulur.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və İranlı musiqiçilərin iştirakı ilə İsfahanda da konsert proqramı icra olunacaq.
Mədəniyyət Günlərində iştirak edəcək nümayəndə heyətinə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcək. Səfər çərçivəsində nazirin bir sıra görüşləri nəzərdə tutulub.






Bölmə: Mədəniyyət, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!