Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 20-09-2017, 16:04
 “Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirilib



Butov.az Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 19-da Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında “Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirildi.

Konfransda ittifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək dahi bəstəkarın həyat və yaradıcılığından, milli musiqimizin inkişafında xidmətlərindən söz açdı. Bildirdi ki, Üzeyir bəyin yaradıcılığı tükənməz bir xəzinədir. Onun əsərlərinin coğrafiyası gündən-günə genişlənir, yeni tədqiqat işləri aparılır və bu iş hər zaman aktual olaraq qalacaq.

Qeyd olundu ki, görkəmli bəstəkarın əsərləri hər zaman dünya xalqlarının da diqqət mərkəzində olub. Hələ sovet dövründə dünyanın 136 ölkəsində nümayiş olunan, 75 dilə tərcümə edilmiş “Arşın mal alan” kinokomediyası bu gün də tamaşaçılar tərəfindən maraqla izlənilir: “Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirib, Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib”.
Vurğulandı ki, Ü.Hacıbəyli həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan musiqişünaslığının əsasını qoyub, musiqiyə dair tədqiqatlar aparıb, çoxlu məqalələr yazıb.

Konfrans dahi bəstəkarın irsinə dair elmi məruzələrlə davam etdi. Əməkdar incəsənət xadimləri - Həcər Babayeva “Leyli və Məcnun” operası Bilkənd səhnəsində”, Hafiz Quliyev “Arşın mal alan” operettası xarici teatrların səhnəsində”, professor Cəmilə Həsənova “Əsli və Kərəm” operasının səhnə taleyi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova “Koroğlu” operasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması”, dosent Güllü İsmayılova “Arşın mal alan” filmi: yaranma tarixi və ekran həyatı”, Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyeva “Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Vyana Musiqili Teatrında tamaşasına daha bir nəzər”, professor Könül Nəsirova “Leyli və Məcnun” operasının Amerika səhnəsində balet təcəssümü” mövzularında məruzə etdilər.

Bildirildi ki, hazırda Belarus və Çin səhnəsində oynanılan “Arşın mal alan” dünya tamaşaçıları üçün tələb olunan əsərlərdən biridir. Bu əsəri çinlilər hələ 1959-cu ildə səhnələşdiriblər. Həmin aktyorlardan və tamaşaçılardan bu gün sağ olanlar əsəri sevdiklərini dönə-dönə dilə gətirirlər. Bu, Üzeyir dühasının ölməzliyi, möhtəşəmliyidir.

Diqqətə çatdırıldı ki, bəstəkar “Arşın mal alan”ı 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında oxuyarkən yazıb. O, operettanı tamamladıqdan sonra ilk dəfə konservatoriyanın direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova göstərib. Qlazunov əsəri çox bəyənib. Bundan sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu Bakıya, dostlarına göndərib. Ötən müddətdə “Arşın mal alan” dünyanın üç qitəsini dolaşıb. “Arşın mal alan” kinokomediyası (1945) Azərbaycanla yanaşı, sovet kinosuna da dünya şöhrəti qazandırıb. Xarici filmlər arasından seçilən “100 sevimli film” içərisində “qızıl siyahı”ya daxil edilib.



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!