Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 3-01-2018, 18:09
Gənc yazar: "Azərbaycandan gedəcəm"



Bugünki müsahibimiz çağdaş poeziyanın ümidverici gənclərindən biri Qabil Ədalətdir. Gənc həmsöhbətimiz maraqlı məqamlara toxunub.


-Hamımızın gənc şair kimi tanıdığı Qabil Ədaləti yaxındaq tanıyaq. Qabil Ədalət kimdir?

- Qədim Türk Bayat boyunun övladı, sadə Azərbaycan vətəndaşı Qabil Ədalət. Ümumiyyətlə, şair kimi təqdim edilməyin əlehinə olmuşam. Şair sözü böyük məsuliyyət tələb edir və buna görədə həmişə imzamın qarşısında yazar qeyd edirəm. Yazar sözü şair sözünə nisbətən “yumşaqdır” (gülür).

- Təvazokarlıq edirsiniz?

- Ağac bar verdikcə başını aşağı əyər (gülür).

- Azərbaycan- Türkiyə ədəbi körpüsündə az əməyiniz yoxdur. Bir az da danışaq...

- Yox, deməzdim elə böyük işlər görmüşəm, amma ədəbi mühitdə gənclər arasında mənim qədər fəaliyyəti olan yoxdur. Bu günə kimi Türkiyədə baş tutan tədbirlərdə yazar kimi, QHT sədri olaraq hardasa 12 festivalda, konfraslarda və bir sıra seminarlarda iştirak etmişəm.Tək Türkiyədə yox, bir çox ölkələrdə təmsilçi olmuşam. Dəfərələrlə Türkiyədən dəvət olunmuş nümayəndələrin Azərbaycanda tədbirlərini təşkil etmişəm. Ümumiyyətlə qardaş Türkiyəmizə bağlı insanam. Türkiyədə sənətə, sözə, ədəbiyyata xüsusu diqqət yetirilər.Təşəkkürümü bildirirəm ki, dövlət tədbirlərində elə dövlət maliyyəsi hesabına dəvətlər alıram. Hətta Türkiyədən iş təklifləri və orda yaşamaq təklifləri alıram. Amma hələ ki burdayam. Hələ ki bura lazım gənclərdənəm. Hələ ki, Azərbaycandan getməyi düşünmürəm. Amma vətənim üçün faydalı iş təklifi alsam onda Azərbaycandan gedəcəm.

- Son vaxtlar gənc yazarlar AYB-dən narazılıqlar edirlər. Bəs AYB Qabil Ədalətə gənclərin dediyi o haqsızlıqla rastlaşıb?

- Azərbaycan Yazıçılar Birliyi bizi birləşdirən bir qurumdur. İndi bilmirəm kimlərə haqsızlıq olub deyə bilmərəm, mən- Qabil Ədalətin yaradıcılığına AYB yetərincə laiqli şəkildə dəyər verib .Məsələn, Rəşad Məcidin Gənc Ədiblər Məktəbini bitirmişəm, Prezident təqaüdünə layiq görülmüşəm, AYB üzv olmuşam. Qəşəm Nəcəfzadə həmişə bir çox gənclərə dəstək olduğu kimi mənədə dəstək olub, AYB sədri Anar müəllimlə şəxsən görüşüm olub. Ona görədə AYB dən heç bir narazıçılığım yoxdur. Bəzən layiq olmayanlara qapı açılmır və bunun adına haqsızlıq deyirlər (gülür).

-Ədəbi və ictimai mühitdə kifayət qədər aktivsiniz. Daha çox hansı xətt üzrə addımlayırsız. Yaradıclıq yoxsa ədəbi-ictimai işlər?

- Ümumiyyətlə axtarışda olan insanam, həyatımı yalnız şeirə bağlaya bilmərəm. Uğur arxasınca qaçan deyiləm. Lazım olanda uğur məni tapır. Gecə yatmayım səhərə kimi şeri yazıb səhər onu paylaşım. Qohum əqraba, dost tanış, qrup nümayəndələri- hamı “əla”, “super” yazsın bəyənsin, yox- olmaz . Demək olar ki, iki ildir şeir yazmırdım, son zamanlar bir neçə şeir yazmışam. Şeirə bir hiss kimi baxıram, şeirin xəstəsi deyiləm. Çalışıram ki, vətənimiz üçün xeyirli işlər görüm, vətənimə damla da olsa faydası olan övladlardan olum. Artıq 3 ildirki, icitimai fəaliyyətlə məşğulam.Torpağı işğalda olan bir xalqın övladları şeir yazmaqla başını qatmamalıdır. Vətən üçün, millət üçün, Qarabağ üçün çalışmalıyıq, vuruşmalıyıq. Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun və QHT –lərə DDŞ-nın maliyyə dəstəyi ilə vətənpərlik , Qarabağ mövzusunda, fikizi məhdudiyyəti olan gəcnlərlə bağlı layihələr həyata keçirmişəm. Və bu layihələrim davam edir... Qarabağla bağlı bütün sərhədyanı kəndlərimizdə layihələrim olub. Layihələrim çərçivəsində iki fondun malaiyyə hesabına iki kitab çap eləmişəm ki, bunun biri sırf vətənpərlər ruhda yazılan şeirlərdən ibarətdir. Fikizi məhdudiyyəti olan lakin istedalı gənclərlə bağlı layihələrim olub. Yaxın günlərdə fiziki məhdudiyyəti olan gəclərlə bağlı daha bir layihəm həyata keçəcək. Demək olar ki, Azərbyacanın bütün bölgələrində,xüsusilə düşmən təmas xəttində, Dərbənddə, Türkiyədə , Gürtüstanda, Ukraynada layihələr icra eləmişəm. Başımın üstündən o qədər güllələr keçib ki... Mən düşmən gülləsi ilə oynamış adamam, qələmlə oynamağa nə var ki. Vətənimiz üçün öz sağlamlığı vermiş bir insanam, bəlkədə yeganə yazaram. Bununla da fəxr edirəm. Və dövlətimizin ayırdığı aylıq 100 -120 manatdan imtina etmiş adamam. Bu vətən mənimdir mən də öz sağlamlığımı bu vətən uğurunda qurban vermişəm. Niyə pul umum ki...?! Azərbaycan Mədəniyyət və Turizim Nazirliyi, Azərbaycan Müdafiə Nazirliyi, QTH-lərə Dövlət Dəstəyi Şurası , Müharbə Veteranı Qadınlarına Sosial Yardım İB, eyni zamanda MSQSYİB mətbuat sorumlusuyam, Türkiyədə fəaliyyət Əngəlsiz Dünya Birliyi, TADDEF, Dağıstan Mərkəzi Kitabxası, Gürcüstanda fəaliyyət göstərən Salam Mədəni Xeyirriyyə Cəmiyyəti , Hollandiyada fəaliyyət göstərən Türk Dünyası Qadınlar Vakfı, İraq, Ukrayna, İran İR, və. s təşkilatlara əməkdaşlıq edirəm. Xaricdə fəaliyyət göstərən bir çox təşkilatın Azərbaycan təmilçisiyəm. Bu da o deməkdir ki, ədəbi mühitdə ictimai fəaliyyətdə özümə rəqib görmürəm (gülür).

- Ədəbi mühitdə kimlərlə dostluq edirsiniz?

-Hamının xətrini istəyirəm, küsülü, incik olduğum kimsə yoxdur. Ümumiyyətlə umduğum adam yoxdur. Hamı ilə normal münasibətim var.

-Çox güman ki, mətbu orqanlarda çap olunmaq kimi problemlər yaşamırsız?

Yox qətiyyən. “Ulduz” və “Azərbaycan” jurnalları başda olmaqla bütün orqanlarda, və bir çox ölkələrin qəzet və jurnallarında, internet portallarında çap olunuram. Azərbaycanda ,Türkiyədə və Fransada radiolarda şeirlərim səslənir. Ümumi 16 antalogiyada çap olunmuşam, özüm isə 3 antalogiyanın tərtibatçısıyam ki, bunun da ikisi dövlət maliyyə hesabına çap olunub. Bir sözlə dərc olunmağa ac deyiləm.
-Son vaxtlar “Xalqın şairi” yarışmasından uzaqlaşdırıldığınız üçün sosial şəbəkədə kəskin statusunuzu gördük. Sizə kimlər haqsızlıq etmişdi?

- Normal layihə idi, əgər münsiflər heyətində hamısı şair olsaydı. Ədəbiyyata adiyyatı olmayan insanların hansı xalqın şairini seçə bilərdilər?! Bu bir oyun idi və mən də oyunun qurbanı olanlardan oldum. Olsun, mən artıq haqsızlığıa alışmış bir insanam. Belə şeylər artıq mənə təsir eləmir. Mənim etiraz statusumdan sonra mənə etiraz edənlər növbəti həftə özləri layihəni topa tutdular. Yazar dostumuz Qərib dediyi kimi oldu elə (gülür)
-Ümumiyyətlə Qabil Ədalətin o yarışmaya qatılmağa ehtiyacı var idi?

-Bilirsiniz, bu gün bizə efir lazımdır. Artıq çoxumuz varaqdan, internetdən oxumağa maraq etmirik. Efir xatirinə lazim idi.

-Fəaliyyətinizdə sizə kimlər dəstək olur?

-Təbii ki, dəstək olan insanlar var, onların əməyini itirə bilmərəm. Ədəbiyyatda Qəşəm Nəcəfzadə, ictimai fəaliyyətdə MVQSYİB sədri Rada Abbas, məni QHT- yə ictimai fəaliyyətə Rada xanım gətirib və Hacı Azadə Taleh mənə müəyyən işlərdə dəstək olur.

-Son olaraq ədəbiyyatda və ədəbi mühitdə nələri görmək istəyirsiz?

-Ədədi mütidə qruplaşmaları, qohumlaşmaları, bir- iki şeirlə öyünməməyi, şeir alqı- satqısın, pulla tərifi görmək istəmirəm. Paxıllığı, yaşlı nəslin gənclərə, gənclərin bir- birinə qarşı qısqanclığını görmək istəmirəm. Vallah, necə yazırıqsa yazaq heç kim Füzuli kimi, Nizami kimi, Məhsəti kimi tarxidə qalmayacaq. Bəlkə elə öləndən sonra şerilərimiz də bizimlə birlikdə öləcək. Amma ictimai fəaliyyətdə vətənimizə nəsə faydamız olar.


Söbətləşdi: Əntiqə Səməndər
Dekbar, 2017
Bakı, Azərbaycan



Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!