XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                        İsrail İrana görə əməliyyatı təxirə saldı .....                        Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır .....                        Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu .....                        Hakan Fidan BMT-nin baş katibiylə telefon danışığı apardı .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                       
Tarix : 3-04-2017, 12:55
Sumqayıt əvəzedicilərinin vitse-kapitanı ilə müsahibə

İlk öncə özünü təqdim edərdin...

-Süleyman Piriyev 1996-cı ildə Sumqayıt şəhərində doğulmuşam. On-on bir yaşlarımda qardaşım məni futbola yazdırdı. Mən futbola bir az gec gəlmişəm. İndiki uşaqlar altı-yeddi yaşlarından gəlir (gülür). Futbolun sirlərini Ağamusa müəllimdən öyrənmişəm. İlk məşqçim Ağamusa müəllim olub. On altı-on yeddi yaşımda “Sumqayıt”-ın əvəzedicilərinə qatıldım. İyirmi bir yaşım var indi. Əvəzedicilərin vitse-kapitanıyam.

Ailədə səndən başqa futbolla peşəkar şəkildə məşğul olan var ?

-Ailədə beş uşağıq. İki qardaşım Türkiyədə turizmlə məşğuldurlar. Digər qardaşım Bakı Dövlət Universitetində müəllimdi. Düzdü onlar da futbol oynamağı bacarırlar. Ancaq həvəskar şəkildə. Xeyr. Bir tək futbolçu mənəm (gülür)

Karyeranda bu vaxtadək hansı komandalarda top qovmusan ?

-On altı yaşımda “Qəbələ” ilə müqavilə bağladım. Ancaq elə oldu ki, orada çox qalası olmadım geri döndüm. Ordu sıralarında vətənə xidmət edərkən MOİK-də çıxış etmişəm. Hərbi xidmətimi başa vurduqdan az sonra yenidən “Sumqayıt”-ın sıralarına qayıtmışam.

“Sumqayıt”ın əvəzediciləri hal-hazırda turnir cədvəlində neçənci yerdə qərar tutublar ?

-Səkkiz komanda arasında yeddinci yerdəyik hal-hazırda. Bir tək AZAL-ı qabaqlayırıq onlarla xal fərqimiz azdı. Mən əvəzedicilərin vitse-kapitanı kimi turnir cədvəlindəki yerimizi daha gənc uşaqlarla çıxış etməyimizlə əlaqələndirərdim. Digər komandaların əvəzedicilərində daha təcrübəli hətta legionerlərə də rast gəlmək olur ki, onlarla eyni meydanda mübarizə aparmaq gəncləri həm müəyyən mənada həyacanlandırır, həm də bizə təcrübə qazandırır. Əslində bizim üçün əsas olan turnir cədvəlindəki mövqe deyil. Bizim başlıca vəzifəmiz “Sumqayıt”-ın əsas komandasına güclü, “bişmiş” oyunçular verməkdi.

Əvəzedicilərin növbəti turda oyunu kimlədi ? Komandada oyundan öncəki ab-hava necədi ?

-Oyunumuz 1 Aprel saat 14:00-da “Neftçi” ilədi. Bundan öncəki oyunda məğlub olmuşduq onlara. Ancaq bu dəfə mən daxil olmaqla bütün komanda yoldaşlarımın gözündə “alov” görürəm. Yoldaşlarımın adından danışmağa səlahiyyətim çatır müəyyən mənada belə ki, hamımız ayın biri qələbə üçün oyanayacağıq. Keçən dəfəki oyunun “acısını çıxarmaq” istəyirik. Əvəzedicilərlə bağlı belə uğurlu seriya da var ki, biz üç oyundur ard-arda qalib gəlirik. Bu

uğurlu seriyanı dördə çatdırmaq istəyirik. Niyə də yox (gülür) Mən Samir müəlimin dəvət ilə əsas komandada da məşq edirəm. Yəni istər Elbrus müəllimin rəhbərliyi altında əvəzedicilərdə, istərsə də əsas komandada vəziyyət, ab-hava çox gözəldi. (əvəzedicilərin oyunu 1-1 bitib)

Sənin fikrincə bu il Azərbaycan çempionu hansı komanda olacaq ?

-Açığı istəyərdim öz komandamız-“Sumqayıt” çempion olsun. Ancaq ən azı bu mövsümlük təəssüf ki, bu mümkün olmayacaq. Öyrəşmişik “Qarabağ”-ın çempionluğuna ancaq mən istərdim “Qəbələ” çempionluğu qazansın. Çempionatımızın bir az da maraqlı, intiriqalı alınması üçün mən “Qəbələ” deyirəm.

“Sumqayıt” hal-hazırda çempionluq üçün mübarizə aparmasa da, Avro Liqaya vəsiqə verən dördüncü yer üçün “Zirə”, “Neftçi”, “Kəpəz”lə yaraşır. Sən bu dörd komandadan hansının şanslarını daha real qiymətləndirirsən ?

-“Sumqayıt” bir neçə tur əvvəl daha şanslı görünürdü. Əslində dördüncü yer üçün indi də şansları qalıb. Oyun cədvəlində elə oldu ki, “Sumqayıt” ardıcıl daha güclü komandalarla ağır oyunlar keçirdi. Uşaqlarda ola bilsin yorğunluq oldu və ya özünü qələbəyə kökləyib çıxırsan meydana əksinə oyundan məlubiyyətlə ayrıldıqda istər-istəməz bu hal futbolçuya pis təsir edir. Mən də bu səbəblərlə əlaqələndirərdim “Sumqayıt”-ın durumunu. Doğrusu “Kəpəz”-in də imkanlarını yüksək qiymətləndirmirəm. İndiki halda “Zirə” daha şanslı görünür Avropa yolunda. Ancaq “Neftçi”-in qış fasiləsində etdiyi transferlərə, yeni futbolçularla keçirilən oyunların statistikasına baxdıqda “Neftçi”-in də şansları böyük görünür.

Belə bir sual verim. Gənc futbolçu kimi Azərbaycanda qalmağı seçərdin yoxsa legioner həyatı yaşamağa üstünlük verərdin ?

-Təbii ki, legioner həyatı yaşamağı mən də istəyirəm. Onun üçün gərək öz üzərimdə daha çox çalışım, əsas komandaya yüksəlməyi bacarım daha sonra. Gərək hansısa əcnəbi komandaya keçəndə də adına və yaxud təklif olunan pula aldanmayasan. Daim əsas heyətdə oynaya biləcəyin komandaya keçəsən.

O zaman sənin üçün karyera və ya maddiyyat desəm ?

-Mən karyeranı seçərəm. Qoy iki min manat qazanmayım min manat qazanım əsas karyeradı mənim üçün. Futbolçu həyatı çox qısadır. Daim öz üzərimdə çalışıram ki, bacara bildiyim qədər futbolda irəliyə gedim.

Bəzi azərbaycanlı futbolçular var ki, burada peşəkar futbolçu kimi çıxış etsə də, hal-hazırda Türkiyənin həvəskarlar liqasında oynayır. Bəs sənə necə Türkiyənin həvəskarlar liqasından təklif olsa dəyərlindirərsən ? Əslində dünya praktikasında

bu gün də kifayət qədər tanınmış futbolçular var ki, onlar da həvəskarlar liqasında top qovublar.

-Türkiyənin həvəskarlar liqasında çıxış edən azərbaycanlı futbolçulara uğurlar arzulayıram. Ancaq mənə təklif olsa belə getmərəm. Çünki Türkiyədə həvəskarlar liqasına demək olar ki, seleksionerlər baxmır, ordan futbolçu seçmirlər. Ancaq beş böyük futbol ölkəsinin həvəskarlarından mənə təklif gəlsə dəyərləndirərəm. Ələlxüsus da İngiltərədən. Çünki onların həvəskarları belə diqqət mərkəzindədir.

Gələcəkdə özünü hansı komandanın futbolçusu kimi görmək istəyərsən ?

-“Beşiktaş”-ın. Mən uşaqlıqdan onların azarkeşi olmuşam (gülür)

Bəs top beş liqalardan hansında və hansı komandanın heyətində top qovmaq istəyərsən ?

-İspaniya. La Liga. “Barselona”. Onların oyununu çox bəyənirəm. Gələcəkdə özümü indi adlarını çəkdiyim komandalarda, liqalarda görmək istəyərəm. Ora gedən yolun uzun, səbr tələb edən, çalışqanlıq tələb edən yol olduğunu bilirəm. Ancaq mən də istər məşqlərdə, istərsə də meydana çıxdığım bütün oyunlarda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

İndi “Barselona”-ın adını çəkdin. O zaman yəqin ki, Messi ya Ronaldo sualına cavabın aydındı.

-Təxminən (gülür) Əslində çalışqanlıq və əzmkarlığına görə Ronaldonu bir furbolçu kimi bəyənirəm. Ancaq mənim fikrimcə Ronaldo bunları çalışqanlığı hesabına əldə edibsə Messidə futbol duyumu və bacarığı tanrı vergisidir.

Ənənəvi sual ünvanlayım sənə. Futbolçu olmasaydın kim olardın ?

-Yəqin ki, oxuyardım (gülür) Çox istəyərdim ali təhsil alım. Hətta bir vaxtlar ikisindən birini seçmək məcburiyyətində qaldım və futbola üstünlük verdim. Çünki mən həm futbolu sevirəm, həm də futbola bütün həyatımı həsr etmişəm. Bəlkə də, karyeramı bitirdikdən sonra ali təhsil haqqında düşünə bilərəm. Belə bir söz var ki, oxumaq həmişə var, futbolçu həyatı isə çox qısadır.

Bəs futbol səninçün nə deməkdi ?

-Futbol mənimçün bir sözlə həyatdı. Mən özümü futbolsuz təsəvvür etmirəm.

Şəxsi həyatında səni seçim qarşısında qoysalar ya futbol ya mən desələr. Kimə üstünlük verərsən ?

-Mən inanmıram mənə hansısa xanım o sualı versin. Çünki hər kəs bilir ki, mənim həyatımda ilk yerdə futboldur. Və mən həmişə futbolu seçərəm(gülür)

Saç düzümün diqqətimi çəkdi. Azərbaycan futbolunda uzun saçlı futbolçulara rast gəlmək çətindir.

-Hə. Hər kəs saç düzümümdən danışır (gülür) Hətta saç düzümümə görə məni Qaret Beylə də oxşadırlar.

Hobbi kimi nə ilə məşğulsan ? Boş vaxtlarını necə keçirirsən ?

-Bilirsiz mənim həyatım evlə “Sumqayıt” akademiyası arasındakı məsafədən ibarətdir. Belə məşqdən əlavə günümü evdə keçirməyə üstünlük verirəm. Evdə olan insanın da hobbisi nə ola bilər ? Musiqiyə qulaq asıram, kitab oxuyuram. Nağıl kitablarını sevirəm (gülür) Film izləyirəm. Televizorda futbol izləyirəm. Çalışıram hər baxdığım oyundan özümə nəsə götürüm.Boş vaxtlarımda basketbola da yer ayırıram. Basketbol oynamağı çox sevirəm.

Deyirsən ki, günün çox hissəsini evdə olursan. Bəs ev işləri ilə aran necədi ? Hətta biş-düşlə ?

-Mən qardaşımın ailəsi ilə birgə yaşayıram. Onlar günün çox hissəsini işdə olurlar. Belə də ev mənə qalır (gülür) Evi də yığışdırıram, yemək də hazırlayıram. Lobya hazırlamağı bacarıram. Toyuq, kartof və yumurta ilə əlaqəli bütün yeməkləri hazırlaya bilirəm. Fikrim var aş da hazırlamağı öyrənim (gülür)

Mərkəz müdafiəçisi mövqeyində oynayırsan. Öz mövqeyində oynayan futbolçulardan kimi bəyənirsən ?

-“Sumqayıt”-ın əsas komandasının kapitanı Vurğun Hüseynovu bəyənirəm, məşqlərdə ondan çox şey öyrənməyə çalışıram. Sağ olsun Vurğun da bizə futbolçu kimi inkişaf etməyimiz üçün təcrübələrin bölüşür. Rəşad Sadığovun oyununu çox bəyənirəm. Dünyadan isə Serxio Ramosun adını çəkə bilərəm.

Futbolçular yuxu yatma və qidalanmalarını hər zaman diqqətdə saxlamalıdırlar. Bəs sənin istər yuxu, istər qidalanma ilə əlaqədar proqramın necədi ?

-Axşam saat on bir də yuxulayıram. Çox nadir hallarda saat on ikiyə qədər yubanıram. Səhər isə saat yeddi-səkkizdə yuxudan oyanıram. Mən uşaqlıqdan rejimə öyrənmişəm. Hətta on beş-on altı yaşımadək axşam saat doqquzda yuxulayırdım (gülür) Qidalma isə onu xüsusi nəzarətdə saxlayıram. Çünki çəki almağa meyilliyəm. Şirniyyatdan və yağlı yeməklərdən, çəki artıran qidalardan qaçıram. Çox vaxt özüm yeməyimi hazırladığım üçün bu məsələdə elə də böyük problem yaşamıram.

Çempionatda fasilə yarandıqda və ya hansısa bayramla əlaqədar istirahət verildikdə məşq proqramını necə qurursan ?

-Səhər yuxudan oyandıqdan sonra Mehdi Hüseynzadə adına stadionu bir neçə dövrə qaçıram. “Sumqayıt”-ın trenajor zalında məşq edirəm elə olur dəniz kənarına da enib təmiz havada həm məşq edirəm. Yəni özümü çox tərifləmək istəmirəm (gülür) Maksimum səviyyədə çalışıram özümü inkişaf elətdirib. Bəzən tənbillik də olur ancaq çalışıram həmən hallar təkrarlanmasın (gülür)

Musiqi seçimin necədi ? Hansı müğənniləri dinləyirsən ?

-Əsasən dünya ulduzlarını dinləyirəm. Rihannanı, Castın Biberi dinləməyə üstünlük verirəm. Öz müğənnilərimizdən isə demək olar ki, dinlədiyim yoxdu.

Aktyor və ya aktrisalardan kimləri bəyənirsən ?

-Uzaq şərq döyüş sənəti ilə bağlı filmlərdə çəkilən aktyorları bəyənirəm (gülür) Belə də Ceki Canın adını çəkə bilərəm. Türk aktyorlardan Çağatay Ulusoyu bir axktyor kimi bəyənirəm.

Futbol haqqında kinolara münasibətin necədi ? İzləyirsən ?

-Bəli. C. Ronaldonun həyatından bəhs edən filmi böyük maraqla izləmişəm. Filmdə Ronaldonun hovuzda istirahət edərkən belə velosipedlə məşq etdiyi göstərilir. Təsəvvür edirsiz ? Bu fantastika idi (gülür)

Sənin fikrincə Azərbaycanda çıxış etmiş ən səviyyəli legioner kim olub ?

-Azərbaycanda doğurdan da səviyyəli legionerlər olub və bu gün də var. Ancaq mən bu suala İnnosent Emeqaranın adını çəkə bilərəm. Mən MOİK-in heyətində çıxış edərkən kubok oyununda “Qarabağ”la qarşılıaşdıq. O zaman Emeqaraya qarşı oynamışdım. Etiraf edirəm, iki ayaqla sürüşmə fəndi edirdim Emeqaraya təsir belə etmirdi. Təsəvvür edirsiz (gülür)

Azərbaycanda çıxış etmiş ən zəif legioner deyə soruşsam ?

-Bu suala konkret cavab vermək çətindi. Bəlkə bəziləri buna görə məni qınayacaq da ancaq mənim fikrimcə bu sualın cavabı Flavinyodur. Həmən futbolçu qaçanda mənim gülməyim gəlirdi. Elə bil çəkələklə qaçır (gülür)

Hər kəsin futbola öz baxışı var. Bəs sən futbolda müdafiə və ya hücum futboluna üstünlük verirsən ?

-Özüm müdafiəçi olsam da, futbolda müdafiə futbolu mənə görə deyil. Bir söz var deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən hücum futbolunu dəstəkləyirəm. “Atletiko Madrid”-in oyunlarını izləyərkən çox sıxılaram. Onların oyunu mənə sıxıcı gəlir. Çünki artıq müdafiə futbolunun ən pik nöqtəsindədirlər. Əsil futbol mənim fikrimcə o demək deyil. Hətta qismət olsa gələcəkdə baş məşqçi olaramsa, mən hücum futboluna üstünlük verəcəm.

Ən bəyəndiyin qapıçı kimdir ?

-Məncə bu suala bu gün bir çox futbolçu və azarkeş Noyer cavabı verər. Onun ayaqla və çox vaxt son müdafiəçi kimi oynaması məni heyran edir. Buffonu da fərqləndirərdim ancaq arada müəyyən qədər yaş fərqi olduğu üçün mən Noyer deyirəm. Donarummanı da bəyənirəm o qapıçı İtaliyada “Buffonun varisidir”. Məncə o da adından çox söz etdirəcək.

Bəyəndiyin baş məşqçi kimdir ?

-Karlo Ançelottinin işini çox bəyənirəm. Ondan əlavə Yurgen Kloppa da böyük simpatiyam var. İnşallah gələcəkdə onun rəhbərliyi altında futbol oynamaq istəyərəm.

Səncə bu mövsüm Çempionlar Liqasını hansı komanda qazanacaq ?

-Mən əvvəl “Bavariya”nın qalib gələcəyini düşünürdüm. Ancaq “Barselona”nın PSJ qarşısında möhtəşəm geri dönüşündən sonra belə düşünürəm ki, bu mövsüm “Barselona” turnirin qalibi olacaq. Hətta mən finalda “Barselona” – “Lester Siti” cütünün qarşılaşacağının belə proqnozunu verirəm (gülür)

Avro Liqanın qalibi olaraq hansı komandanın şanslarını yüksək sayırsan ?

-“Beşiktaş” (gülür) Bu sualın cavabını bilirsiz axı. Məncə həmən turnirdə “Beşiktaş”ı büdrədəcək tək komanda “Mançester Yunayted” ola bilər. Mançesterlilərin heyətində çox səviyyəli oyunçular var.

Xoş, səmimi söhbətə görə təşəkkürümü bildirirəm. Aprelin biri doğum iyirmi bir yaşının tamam olması ilə əlaqdar səni təbrik edirəm. Karyeranda uğurlar arzulayıram

-Mən də hər şeyə göə sizə təşəkkürümü bildirirəm.
Sumqayıt əvəzedicilərinin vitse-kapitanı ilə müsahibə
Sumqayıt əvəzedicilərinin vitse-kapitanı ilə müsahibə


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!