Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
Tarix : 16-07-2018, 17:08
Mətbuat Şurasının İdarə Heyəti Gəncə hadisələrini iclasda müzakirə edib

Bu gün Mətbuat Şurasının İdarə Heyətinin iclasında Kütləvi İnformasiya Vasitələrinin Gəncədə baş verən hadisələri işıqlandırması müzakirə edilib. Müxtəlif mətbuat orqanları rəhbərlərinin iştirak etdiyi iclasda fövqəladə hallarda medianın fəaliyyətinə dair təkliflər səsləndirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Gəncə hadisələrinin mediada geniş işıqlandırıldığını bildirərək, xaricdən idarə olunan bəzi kütləvi informasiya vasitlərinin qeyri-obyektiv məlumatlar yaydığını, bu hadisələri şişirtdiklərini, cəmiyyəti xaosa çəkdirklərini təəssüflə qeyd etdi. Əflatun Amaşovun sözlərinə görə, Azərbaycandan kənarda fəaliyyət göstərən bəzi qrupların məqsədi Azərbaycanda konstitusion quruluşu devirmək idi. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov diqqətə çatdırdı ki, hər dövlətdə qəzanın, terror hadisəsinin baş verməsi mümkündür, lakin Gəncə hadisələri zamanı müxtəlif qüvvələr dindən pərdə kimi istifadə edərək sabitliyi pozmağa çalışdılar. Bəxtiyar Sadiqov bu sınaqdan ölkəmizin, o cümlədən mətbuatın uğurla keçdiyini vurğuladı. Onun sözlərinə görə, Kütləvi informasiya vasitələri operativlik, obyektivlik, birləşmə nümayiş etdirdilər. Sosial şəbəkələri mürəkkəb mexanizm kimi dəyərləndirən “Azərbaycan” qəzetinin baş redaktoru oradakı müzakirələrin saytlara daşınması və hər məsələdən sensasiya yaratmaq cəhdini səhv addım hesab edir. Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas isə medianın üzərinə böyük məsuliyyətin düşdüyünü dedi. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmədov bu ciddi hadisələr zamanı Azərbaycan ictimaiyyətinin rəyinin formalaşmasına təsir edən Kütləvi İnformasiya Vasitələrinə və onların rəhbərlərinə minnətdarlığını bildirdi. Mətbuatın davranışını təqdirəlayiq adlandıran baş redaktor belə məsələlərdə strateji yanaşmanın vacibliyini vurğuladı. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə xaricdə yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin həmin vaxt canlanma nümayiş etdirdiklərini dedi. Sosial şəbəkələrdəki yazılara gəlincə Vüsalə Mahirqızı bunun əksəriyyətinin xarici xüsusi xidmət orqanlarının hazırladıqları mesajlar olduğunu diqqətə çatdırdı. Onun fikrincə, sosial media ilə bağlı xüsusi dövlət konsepsiyası hazırlanmalıdır. strateq.az saytının baş redaktoru Elxan Şükürlü məsələnin dini müstəviyə yönəldilməsi yanlış hesab etdiyini bildirdi. “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə mətbuatın üzərinə götürdüyü məsuliyyəti yerinə yetirdiyini qeyd edərək bildirdi ki, aidiyyatı dövlət qurumları xaricdə fəaliyyət göstərən və cəmiyyətə yanlış informasiyanı ötürən bəzi saytlarla bağlı onların işlədikləri ölkələrə nota verilməlidir. Bundan başqa o, elektron medianın məlumatının dəqiqləşdirib yerləşdirilmıəsinin vacibliyi məsələsinə toxundu. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Gəncə hadisələrinin ilkin mərhələsində mediada yaranan informasiya vakuumu zamanı daha obyektiv mövqeyin ortaya qoyulması məqsədilə ekspert qrupunun yaradılmasını və bu mövqeyin mətbuatda işıqlandırılmasını təklif etdi. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət və digərləri fövqəladə hallar zamanı düzgün məlumatların çatdırılması üçün qərargahlar yaradılmasını təklif etdilər.
Butov.az


Paylaş



Bölmə: Sosial şəbəkələr / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!